Lökbatanda qazdan kütləvi zəhərlənmənin səbəbi bəlli oldu

11:54 / 06.03.2014

"Araz Ağayev: "Azəriqaz İB qazı SOCAR-ın Qaz İxrac İdarəsindən alır"

Qaz İxrac İdarəsi: "Qazın tərkibinə odorantı biz vurmuruq"
 
"Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır. Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil". 
Bu sözləri Movqe.az-a açıqlamasında Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib. Azəriqaz rəsmisi bildirib ki, odorant adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur: "Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələki araşdırmalar davam edir".
A.Ağayev mavi yanacağın verilişinin dayandırılmasına da aydınlıq gətirib.: "Birləşmə zamanı müvəqqəti həmin binalara qaz  verilişi məhdudlaşdırılıb. Qazın verilişi dayandırılıb sonra verilib. Həmin binalar da qaz xətinin sonunda yerləşir. Ola bilər, bu səbəbdən həmin binalarda zəhərlənmə olub. Bütün qəsəbəyə eyni xətdən qaz verilir. Amma bura hansısa səmt qazının yönəldilməsindən söhbət gedə bilməz. Hərə bir versiya irəli sürür. Hər kəsə aydındır ki, burada hadisənin baş vermə səbəbi odorant adlı maddənin qazın tərkibinə normadan artıq vurulması ilə bağlıdır".
 A. Ağayev Azəriqaz İB-nin qazı SOCAR-ın Qaz İxrac İdarəsindən aldığını söyləyib. Qeyd edək ki,Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. İdarədən Movqe.az-a bildiriblər ki, ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır. Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır: " İdarədən abonentlərlə işləmir. Odorantı qaza Qaz İstismar İdarələri vurur". 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM