Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-na keçən gecə Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Anar Orucova məxsus “Ford-Transit” markalı avtomobilin salonunda qısa qapanmadan yanğın baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış A.Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.