Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərindəki yarımtikilidə, tüfeyli həyat tərzi keçirən Vadim Sokolov və Emil Nuriyev ehtiyatsızlıqdan yandırdıqları tonqalın üstünə yıxılıblar. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
                         
                         
                         
                         
                         
                     
                                             
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    