Milli Məclisdən verilən məlumata görə, məktub Azərbaycanın qurumdakı nümayəndə heyətinin yeni tərkibi ilə bağlıdır.
Məktuba əsasən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.
Yeni seçilən deputatlardan Vüsal Hüseynov, Elşən Musayev və Müslüm Məmmədov siyahıya daxil edilib. Onlar nümayəndə heyətinin tərkibindəƏli Hüseynlini, Fəzail İbrahimlini və Aydın Abbasovu əvəz ediblər.
Məktubun təsdiqinə AŞPA-nın yanvarın 25-29-da keçiriləcək qış sessiyası çərçivəsində baxılacaq.
Strategiya.az