Əgər bunlar alınsa, turist əlindən tərpənə bilməyəcəyik

09:56 / 13.02.2016

Xəzər dənizinin sahilləri turistlər üçün açıq elan ediləcək.

Strategiya.az bildirir ki, bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, ATA ölkədə turizmin inkişafı məqsədilə müvafiq qurumlar qarşısında bir sıra təkliflərlə çıxış edib: "Bu təkliflər həmişə olub, indi də var və onlar heç də mücərrəd deyil, praktikidir. Biz ilk növbədə Xəzər dənizinin potensialından düzgün istifadə etmək və onun turistlər üçün açıq olmasını təklif etmişik. Bu məsələ müsbət həll olunacaq. İnşallah, bu haqda bu yaxınlarda mütləq eşidəcəksiz. Biz təklif etmişik ki, necə ki Türkiyə dövləti Aralıq, Egey,  Qara dənizlərinin sahillərində turistlər üçün çox gözəl şərait yaradıb, biz də eləcə Xəzər dənizinin potensialından lazımınca istifadə edək. İlk növbədə Xəzər dənizinin sahil zonası boyu, xüsusilə Nabran və Lənkəran zonasında təmizlik işləri aparılmalıdır. Eyni zamanda, sahilə giriş-çıxış pulsuz olmalıdır. Yalnız əlavə xidmətlər təklif olunanda onlar pulla ola bilər. Əgər pullu olsa, onda turpaketlər də bahalaşa bilər. Biz isə istəyirik ki, turistlərə ucuz məhsul təqdim edək ki, onlar başqa ölkələrə yox, məhz Azərbaycana gəlsinlər".

M.Ağakərimovun fikrincə, Türkiyə ilə münasibətlər pozulandan sonra Rusiya turistlərinin Azərbaycana gəlmək şansları daha çoxdur: "Lakin burada bir məsələ var. Bu da birbaşa dənizlə bağlıdır. Rusiya, Belarus turistləri Türkiyədə Antalyaya, Misirdə Şarm əl-Şeyxə daha çox niyə gedirdilər? Məhz Aralıq dənizinə görə, sahildə istirahət etməyə görə. Ona görə də biz də dənizətrafı turizm infrastrukturunu lazımi səviyyyə gətirməliyik ki, turistləri bura cəlb edə bilək. Bu olarsa, nəticədə hər şey çox gözəl alınacaq. Biz Azərbaycana daha çox xarici turist cəlb etmək istəyiriksə, mütləq Xəzər dənizin sahilindəki infrastrukturu yeniləşdirməli, sanitar-gigiyenik norma və qaydaları ciddi tətbiq etməliyik. Əgər bunlar alınsa, burada turist əlindən tərpənə bilməyəcəyik".

Bundan əlavə, ATA-da hesab edirlər ki, ölkədə turizmin inkişafı üçün 1-2 ulduzlu otellər, hostellərin, qonaq evlərinin inşası zəruridir: "Bizdə hostellər, demək olar ki, yoxdur. Hostel çoxyerli, yəni 4,5,6 yataq yeri olan mehmanxana növüdür. Ona görə də bunların inşası zəruridir. Bununla bağlı biz uzun müddətdir ki, təklif və tövsiyələrimizi vermişik. Hazırda bununla bağlı işlərin aparılıb-aparılmadığını deyə bilmərəm, amma hələlik ortada heç nə yoxdur. Ucuz hostelllər olarsa, biz Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstandan olan xarici turistləri daha rahat və daha çox cəlb edə bilərik. Belə çox yataq yerli hostellərin regionlarda da olması yaxşı olardı ki, xüsusən yay mövsümündə aztəminatlı yerli turistlər də regionlara istihatə gedəndə orada ucuz qiymətə dincələ bilsinlər. Bunun necə həyata keçirilməsi həm sahibkarlardan, eyni zamanda dövlətin hansı güzəştlər tətbiq etməsindən asılıdır. Çünki sahibkar bunları tikməkdə maraqlı olmalıdır. Əgər onlara sərf etsə, əlbəttə, sahibkarlar da bu işlərə başlayarlar".

Baş katibin sözlərinə görə, eyni zamanda Azərbaycanla vizasız gediş-gəlişi olan ölkələrin turistlərini burada qəbul etmək üçün işlər görülməlidir: "Bir müddət əvvəl yaxşı sərəncam verildi və Fars körfəzi ölkələrinin, eyni zamanda Çin, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə viza məsələlərinin sadələşdirilməsi həll olundu. Belə ki, turistlər bu vizanı artıq hava limanlarında ala biləcəklər. Bundan qabaq eyni problem Birləşmiş Ərəb Əmirlikləri ilə var idi. İndi bu məsələ digər ölkələrlə də həllini tapmalıdır".

Bundan başqa, o qeyd edib ki, Arvopa və Asiya ölkələrinin dilləri ilə yanaşı, Azərbaycanın tarixini, coğrafiyasını, etnoqrafiyasını, folklorunu yaxşı bilən ekskursiya bələdçilərinin hazırlanmasına da diqqət artırılmalıdır: "Biz artıq bu işə təmənnasız başlamışıq. İlk məzunlarımız da var və bu işimizi davam etdirəcəyik".

ATA-nin nümayəndəsi əlavə edib ki, indi elə bir zamandır ki, otellər və turizm şirkətləri müflis olmaq istəmirlərsə, tənbəlliyin daşını atmalı və əməkdaşlıqlarını gücləndirməlidirlər: "İşləməyən, müştəriləri cəlb etməyə çalışmayan, yalnız yarışları, simpozium, konfrans və tədbirləri gözləyən şirkət və otellər müflis ola bilər. Onlar fəaliyyətini dövrün tələbinə uyğun qurmalı, ölkəyə daha çox turist cəlb etmək üçün əlavə xidmətlər təklif etməli, maraqlı turpaketlər, marşrutlar hazırlamalıdırlar. Turizm şirkətləri və otellər bir-biri ilə sıx əlaqədə işləməlidirlər. Ayrı-ayrılıqda təcrid olunmuş formada işləmək olmaz. İndi elə bir iqtisadi vəziyyət yaranb ki, hamı bir-birinə kömək etməli, dəstək olmalı, öz təkliflərini verməli, Azərbaycana daha çox turist cəlb etməyə çalışmalıdır".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM