Strategiya.az Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Lənkəran rayonunun Türkəncil kəndində yaşayan Elxan Bayramov həyətində “DT-75” markalı traktorunu arxaya verərkən aşırıb. Hadisə nəticəsində E.Bayramov hadisə yerində ölüb.
Araşdırma aparılır.
 
                         
                         
                         
                         
                         
                     
                                             
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    