Rusiyanın və Azərbaycanın gələcəyini xalq diplomatiyası müəyyən edəcək

14:20 / 19.02.2016

Volonterlər və tələbələr bütün xalqların dinc yanaşı yaşamasını təmin edə bilər. AZƏRTAC xəbər verir ki, Belqorod şəhərində (Rusiya) keçirilən beynəlxalq forumun ekspertləri bu qənaətə gəliblər.

Ekspertlərin diplomatiya problemlərinə həsr edilmiş forumları regionlarda o qədər də tez-tez keçirilmir. Bu baxımdan, Belqorodda keçirilən “İctimai diplomatiya: regional ölçü” mövzusunda forum çox maraqlı istisna olub. Yeddi ölkəni təmsil edən ictimai xadimlər, peşəkar diplomatlar və politoloqlar diskussiya və “dəyirmi masa” tədbirlərində həmhüdud problemləri müzakirə edərək hamılıqla bu fikrə gəliblər ki, ictimai diplomatiya müasir cəmiyyətdə mövcud dövlətlərarası problemləri həll etməyə imkan verən ən perspektivli vasitələrdən biridir.

İctimai diplomatiya və ya xalq diplomatiyası dövlətlər arasında əməkdaşlıq problemlərinin həllinə ictimaiyyətin cəlb edilməsini nəzərdə tutur. Bunu ən müxtəlif yollarla, məsələn volonterlər hərəkatı, tələbə mübadiləsi, festivallar vasitəsilə həyata keçirmək olar. Təcrübə göstərir ki, bu, müxtəlif ölkələrin vətəndaşları, müxtəlif millətlərin nümayəndələri arasında horizontal insani əlaqələr yaratmağa kömək etməklə xalqları bir-birinə bağlayan ən möhkəm tellərdir.

Rusiya ilə Azərbaycan arasında münasibətlər rəsmi diplomatiya ilə xalq diplomatiyasının uzlaşdırılmasının əyani nəticəsidir. Bu gün Rusiya Federasiyasının 85 subyektindən 75-i Azərbaycanla birbaşa əlaqə saxlayır. İqtisadiyyat, turizm və humanitar sahələrdə əlaqələr, heç şübhəsiz, hər iki tərəfin xeyrinə və hər iki tərəfin maraqlarına uyğundur. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya qeyd edib ki, turizm, müştərək forumlar keçirilməsi, mədəni və təhsil layihələrinin mübadiləsi adi insanlar səviyyəsində qeyri-formal əlaqələri genişləndirir, bununla da çoxsaylı miflərin əsassız olduğunu göstərir. Ekspert vurğulayır: “Bu gün hər iki ölkənin ən yaxşı məkanlarında keçirilən Rusiya-Azərbaycan birgə mədəni tədbirlərin orbitinə çoxlu insan cəlb olunur. Müxtəlif festivallar, bədii sərgilərin, yaradıcı kollektivlərin mübadiləsi artıq normaya çevrilib. Bu gün minlərlə Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Azərbaycanın təhsil müəssisələrində rus dilində oxumaq imkanı var, Bakıda isə hətta Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir”.

Forumun iştirakçılarından biri - RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) beynəlxalq əməkdaşlıq kafedrasının müdiri Səməd Səmədov ictimai diplomatiyaya gənclərin, ilk növbədə tələbələrin geniş cəlb edilməsinin zəruriliyini vurğulayıb. O deyib: “Xarici ölkələrdən olan tələbələrin ali məktəblərə cəlb edilməsi xalq diplomatiyasının ən fəal şəkildə istifadə edilən vasitələrindən biridir. Ona görə ki, məzunlar təhsil aldıqları ölkənin mədəniyyəti ilə qaynayıb-qarışır, onların həmin ölkədə dostları, səmimi münasibətləri qalır. SSRİ-də bu metoddan geniş istifadə edilirdi, amma indi bu işin miqyası azalıb. RF ali məktəbləri bizim həyat tərzini xaricə translyasiya edən ictimai diplomatiya mərkəzləri kimi çıxış etməlidirlər”.

Forumun bütün iştirakçıları S. Səmədovun haqlı olduğunu etiraf ediblər. xüsusən ona görə ki, hazırda tələbələrin, o cümlədən yaxın xaric ölkələrindən olan gənclərin Rusiya universitetlərinə cəlb edilməsi üçün həqiqətən fəal iş aparılır. Təhsil sahəsində Azərbaycanla əməkdaşlığa aid nümunələr real vəziyyəti əyani şəkildə nümayiş etdirir. Bu gün həmin əməkdaşlıq elə səviyyəyə çatıb ki, artıq vahid təhsil məkanı yaradılmasından söhbət gedə bilər.

Rusiya Elmlər Akademiyasının (REA) Arxangelsk Elmi Mərkəzinin böyük elmi işçisi Andrey Podoplyokin qeyd edib ki, bu gün həmin Elmi Mərkəz Rusiya Federasiyasının vəsaitləri hesabına təhsil almaq üçün sifarişlər qəbul edir və azərbaycanlı tələbələrin buraya cəlb edilməsində çox maraqlıdır. A. Podoplyokin bildirib ki, hazırda Arxangelskdə beş minə yaxın azərbaycanlı yaşayır. Onların təxminən 60 faizinə Rusiya vətəndaşlığı verilib və azərbaycanlı tələbələr xalqlar arasında dostluq əlaqələri yaradılmasına yönəlmiş fəal həyat mövqeləri ilə fərqlənirlər. Gənclər Rusiyaya gələndən sonra ictimai diplomatiya ilə fəal məşğul olur, yaşıdlarında Azərbaycan xalqının mədəniyyətinə, adət və ənənələrinə maraq oyatmağa çalışırlar.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyir: “Belqorod forumu əlamətdar hadisədir, çünki bu forum aşağıdan göstərilən təşəbbüs əsasında keçirilib. Gördüyünüz kimi, həm dövlət qurumlarının nümayəndələri, həm də ictimaiyyətçilər razılaşırlar ki, bu gün xalq diplomatiyasının geniş tətbiq edilməsi məsələsi aktuallaşıb. Ona görə ki, istər Rusiyanın, istər Azərbaycanın, istərsə də Serbiyanın, Almaniyanın, Belarusun – bir sözlə, dünyanın bütün ölkələrinin gələcəyi məhz xalq diplomatiyasının köməyi ilə yaradıla biləcək əlaqələrlə müəyyən olunur”.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM