“Xocalı...Sərsəng...davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib

19:03 / 24.02.2016

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) fevralın 24-də “Xocalı...Sərsəng... davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov qeyd edib ki, Ermənistan dövlətinin silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində misli görünməmiş faciə törətdi. Həmin gecə cəmi bir neçə saat ərzində törədilmiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

Bildirilib ki, AVCİYA-nın 12 illik fəaliyyətinin ana xəttini məkrli qonşularımızın bu kimi cinayətlərini ifşa etmək təşkil edir. Qurumun bu istiqamətdə ən böyük layihələrindən biri kimi “Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsini qeyd etmək olar. Bu layihə çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzası toplanılıb, 16 cildlik kitab nəşr etdirilib. Kitaba təkcə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı və bu faciə ilə bağlı tarixi-hüquqi sənədlər deyil, həmçinin Dağlıq Qarabağ probleminin tarixi kökləri, erməni millətçilərinin ötən əsrin əvvəllərində bir sıra bölgələrimizdə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, erməni terror təşkilatları, onların respublikamızda, eləcə də xarici ölkələrdə həyata keçirdikləri terror aktları haqqında materiallar daxil edilib. Kitab bir çox aparıcı ölkələrin milli kitabxanalarına, əksər dünya dövlətləri parlamentlərinin kitabxanalarına, dövlət arxiv idarələrinə və Haaqa Məhkəməsinə göndərilib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı ermənilərin terror və cinayətlərinin tarixindən söz açıb, Azərbaycan xalqına qarşı erməni kilsəsinin və siyasi partiyalarının soyqırımı aktlarının 1905-ci ildən başlandığını, daha sonra isə Ermənistan dövlətinin silahlı qüvvələrinin sistemli və davamlı şəkildə soyqırımı siyasətini davamı etdirdiyini vurğulayıb.

Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev soyqırımı və terror siyasətinin Ermənistanın milli ideologiyasının ana xəttini təşkil etdiyini vurğulayıb. O, Azərbaycan xalqına qarşı lap qədim zamanlardan törədilmiş soyqırımlarının və terror aktlarının bəşəri cinayət olduğunu söyləyib. Bu ədalətsizliyə dünya birliyinin laqeyd yanaşmasının ikili standartların bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

“İnsan Hüquqları XXI əsr Fondu”nun prezidenti Şahin Camalov işğal olunmuş ərazilərimizdə Ermənistan dövlətinin törətdiyi cinayətlərin beynəlxalq hüquqi təsnifatından danışıb. Qeyd edib ki, dinc əhaliyə qarşı törədilmiş hər hansı bir cinayət faktı beynəlxalq humanitar hüququn, eləcə də silahlı münaqişələrin həlli qaydalarında ciddi qanun pozuntusu kimi qiymətləndirilir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov “dəyirmi masa”da “Ermənistan dövlətinin işğalçı və soyqırımı siyasətinin beynəlxalq təşkilatlarda tanıdılmasının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, Sərsəng su anbarının Ermənistanın işğalı altında olmasının özü elə Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır. Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı qəbul edilən qətnamə Ermənistanın işğalçı olmasını bir daha təsdiqlədi.

“Sərsəng–Sos” layihəsinin əlaqələndiricisi Samir İsayev bildirib ki, Sərsəng su anbarı Ermənistanın işğalı altındakı ərazilərimizdə olan strateji obyektlərdən biridir. İşğalçı tərəf Sərsəng su anbarından suyu qışda çox buraxıb, yayda tamamilə kəsməklə cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurur, əkin sahələrinin suvarılmasında problemlər, bölgədə ciddi ekoloji, bioloji, iqtisadi gərginlik yaradır. Digər tərəfdən, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun - Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bütün bu faktlar Sərsəng təcavüzünün Ermənistanın Azərbaycan xalqına qarşı davamlı soyqırımı siyasətinin tərkib hissəsi olduğunu, Ermənistanın Sərsəng su anbarını Azərbaycana qarşı dəhşətli silah kimi istifadə etdiyini sübuta yetirir.

Mövzu ətrafında çıxışlar başa çatandan sonra AVCİYA adından xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan ərazilərdə davam edən cinayətlərlə bağlı müraciət qəbul olunub.

Tədbir iştirakçılarına Xocalıya həsr edilmiş kitablar və broşürlər paylanılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM