Ərdoğanla görüşən tanımadığımız rəssamımız haqqında - FOTO

14:30 / 13.03.2014

Etiraf edim ki, onun adını ilk dəfə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə keçən ilin avqust ayında Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin və Kastamonu Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə təşkil edilən “Türk Dünyası Günləri” çərçivəsində tədbirlər zamanı eşitdim. O günə qədər belə bir rəssamın varlığından xəbərsiz idim. Haqlı olmağım üçün də əsas vardı. Çünki onunla bağlı internetdə axtarış apardım. O qədər də dolğun məlumat çıxmadı. Vəfat xəbərindən başqa heç nə yox idi. Onunla mütləq görüşün... Hər zaman böyük sənət insanları reklamdan qaçırlar, özlərini gözə soxmaqdan uzaq olurlar. Bildiyimiz qədər də mərhum reklamsız öz sənətini yaşadıb və Azərbaycan rəssamlıq sənətini tanıdanlardan olub. Kastamonda tədbirlər çərçivəsində Xocalı soyqırımı ilə bağlı sərgisinin açılışında iştirak edirdik və sərgidə Türkiyənin siyasi-ictimai və media mənsubları dəvətli idilər. Sərgidə Xocalı soyqırımı ilə bağlı, Azərbaycan tarixi-mədəniyyəti özündə əks etdirən rəsm əsərləri yayımlanırdı. Sərgidə tarixi fotolarla bağlı geniş məlumatı iştirakçılara Adil Əliyev verirdi. Bu zaman Adil müəllimin köməkçisi Rüstəmdən telefonuma belə mesaj gəldi: ”Elnur, maraqlanan Ədalət Bayramov adında Kastamon şəhərində rəssam var, zamanında Adil müəllim ona böyük dəstək verib. Çox böyük rəssamdı. Onunla mütləq görüşün...” Kastamonun fəxri vətəndaşı Sonradan öyrəndim ki, həmin mesajı onun yaxın dostu fotoqraf Mahir Hüseynbəyli yazıb. Sərgi qurtardıqdan sonra Adil müəllimə dedim ki, belə bir rəssam dostunuz Kastamon şəhərində yaşayır. Adil müəllim gəlmişkən onunla görüşməyimizi söylədi. Bu işdə bizə ancaq bələdiyyə kömək ola bilərdi. Təəssüf ki, bizə onunla bağlı verilən xəbər ürək açan olmadı. Kastamon şəhər bələdiyyəsinin bizi müşahidə edən sədr müavini Mehmet Çağılcı Ədalət Bayramoğlunun 5 il bundan əvvəl rəhmətə getdiyini söylədi: “Sərf etmirəmsə, Ədalət Bayramoğlu 2008-ci ildə xərçəng xəstəliyində vəfat etdi. Burada onu hörmət və izzətlə xatırlayırlar. Ədalət Bayramoğlu adı kastamonlular üçün çox əzizdi. Kastamonda onun işləri qalır. Kastamonun fəxri vətəndaşı olub və hazırda adına müzey var. Onun vəfat xəbəri yerli qəzetlərdə geniş işıqlandırıldı. O zamankı Kastamon valisi mərhum Mustafa Kara onun vəfat xəbərini eşidən kimi xəstəxanaya gedərək, mərhumun ailəsinə baş sağlığı vermişdi. Vali sənətkarla bağlı fikrini bölüşərkən yüksək sözlər bildirmişdi”, - deyə Çağılcı onun haqqında qürurla danışırdı. Doğrudan da soydaşımız haqqında belə sözlər eşitmək qürurvericidir. Ərdoğan onun əl işlərini qonaqlarına hədiyyə edirmiş... Təbii ki, belə böyük rəssam haqqında nəsə yazmaq və onun tanıtmaq hər bir media işçisinin borcu və vəzifəsi olmalıdır. Ədalət Bayramoğlu zamanın böyük rəssamı olub. Sadəcə, yaşadığımız dünyada hər şeyin arxasında təbliğat dayandığı üçün Ədalət Bayramoğlu ölkəmizdə istənilən səviyyədə tanınmayıb. Bəlkə də rəssam özü bunu istəməyib. Onu da öyrəndik ki, rəssam Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşüb, öz əl işlərini ona təqdim edib. Baş nazir isə onun əl işlərini xaricdən gələn hörmətli qonaqlarına hədiyyə edirmiş... Deməli, rəssamın əl işləri xarici dövlətlərin binalarında saxlanılır. Balaban musiqisi altında gözəl əsərlər Ədalət Bayramoğlunun yaxın sirdaşı və foroqraf Mahir Hüseynbəyli mərhum haqqında danışarkən gözləri dolur: - Ədalət mənimçün çox əziz insandı. Onun çox maraqlı dünyası var idi. Ədalətlə 1992-ci ildə toyların birində tanış olmuşdum. Bir gün onun Əhmədli tərəfdə yerləşən emalatxanasına getdim. Maqnitafona tanınmış balaban ustası Hakim Abdullayevin ifasını qoyub özüm üçün qulaq asırdım. İfa çox möhtəşəm və təsirli idi. Bir də gördüm ki, Ədalətin gözlərindən yaş gəlir. Soruşdum ki, ay Ədalət nə olub, niyə ağlayırsan? Dedi ki, Mahir, bu ifa mənə uşaqlıq xatirələrimdə yaşayan acı günü xatırladır. Sonra danışdı ki, uşaq vaxtı atası ilə bir dəfə harasa gedirmişlər və evə qayıdarkən selə düşüblər, özlərini güc-bala ilə qurtarıblar. Bu ifa isə, ona tamamilə yadından çıxan həmin xatirəni yada salır... Həmin dəqiqə ağlıma bir ideya gəldi ki, Ədalət balaban musiqisi altında gözəl əsərlər yarada bilər. Çünki dünya rəssamlıq tarixində Dolqanov adında rəssam olub ki, kosmik səslərlə möhtəşəm əsərlər yaradıb. Mən Ədalətə balaban ifası ilə rəsm çəkməsini təklif etdim. O mənə ideyanın maraqlı olduğunu və üzərində işləməyə dəydiyini bildirdi. Beləliklə, Ədalət Hakim Abdullayevin ifasında ilk işlərini başladı. Mən yavaş-yavaş Hakimin ifasını toylarda izləməyə başladım. Onun ifasını kasetə köçürəndən sonra Ədalətə təqdim edirdim. Haradasa, 80-90 əsər işlədi. Sizi inandıraram ki, miniatür sənətində yeniliklər yaradırdı. Bununla yanaşı Ədalətə dəstək lazım idi. O zaman 26 yaşı olan yaxın dostum, indiki millət vəkili Adil Əliyevlə görüşdüm və ona Ədalət haqqında məlumat verdim. O isə belə maraqlı insanla görüşmək istədiyini dedi və dəstək olacağına vəd verdi. Ölkənin bütün rəssamları sərgidə iştirak edirdi Müəyyən vaxtdan sonra onların görüşünü təşkil etdim və hər ikisi də görüşdən məmnun qaldı. Adil müəllim ona hər cür dəstək olacağını söylədi. O zaman belə sənətkara dəstək olmaq bilirsiniz nə demək idi?!. Sənətkarı yenidən həyata qaytarmaq və ona yaradıcılıq ruhu vermək idi bu. Çünki Ədalət çox pessimist həval-ruhiyyədə olurdu və onu bu vəziyyətdən çıxartmaq üçün çox çalışırdım. Onu bildirim ki, Ədalətin mədəsində də problemlər var və ağrılardan çox əziyyət çəkir. Adil müəllim onu qısa zaman içində Türkiyənin Antalya şəhərinə iki həftəlik müalicəyə göndərdi. Bu müalicələrin Ədalətə çox böyük təsiri oldu. Ədalət Türkiyədə müalicə olunmaqla yanaşı, həm də orda təsviri və miniatür sənəti ilə maraqlanırdı. Türkiyədə bu sənət çox güclü inkişaf etmişdi. Xüsusilə, Türkiyədə tarixi abidələrin, məscidlərin minarələri görünüşləri onun diqqətini cəlb etmişdi. Sonradan bu onun yaradıcılığında öz əksini tapdı. İki həftədən sonra Ədalət Bakıya qayıtdı. Qısa zaman ərzində sərgi təşkil etmək haqqında danışırdıq və müzakirələr aparırdıq. Bir müddət sonra 1995-ci ildə Adil Əliyevin dəstəyi ilə Ədalətin Rəssamlar İttifaqında sərgisi oldu. Bütün ölkənin rəssamları sərgidə iştirak edirdi. Sərginin bütün xərclərinin hamısını Adil Əliyev öz boynuna götürmüşdü. Adil bəyin özü isə kənardan sərgini izləyirdi. Sərgi istədiyimiz kimi gedirdi. Eyni zamanda həmin gün Ədalətin 4 yaşlı oğlu, mərhum Cavidin sərgisi də oldu. Yadıma gəlir, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qırmızı lentin kəsilmiş hissəsini Cavidin cibinə qoydu. Bunu sərgidən xatirə olaraq saxlamasını tövsiyyə etdi. Bu sərgi Ədalətə çox böyük təsirini göstərdi və ona böyük güc verdi. Bir müddət sonra ona XVI əsrdə yaşayan miniatür sənətinin böyük xadimi “Sultan Məhəmməd” mükafatı verildi. Ədalətin yaradıcılığı Türkiyədə də parladı və onun nüfuzu yuxarılara qədər gedib çıxdı. Ədalət Türkiyənin Kastamon şəhərində yerləşdi və orda da fəaliyyətini davam etdirdi. Bildiyim qədər onun xatirəsi hər zaman əziz tutulur. Ədalət haqqında çox danışmaq olar. İnanıram ki, gələcək nəsillər onun yaradıcılığını öyrənəcəklər. Rəssamın ev uçqununda ölən oğlu Onu xatırdım ki, bu il sənətkarın ailəsində böyük faciə baş verdi. Belə ki, rəssamın yadigarı Cavid öz xalası oğlu Asimanla birlikdə Nərimanov rayonunda ev söküntüsü zamanı tikilinin altında qalaraq, faciəli şəkildə dünyalarını dəyişdilər. Bu acı xəbər bütün ölkəni bürüdü. Atasının yolu ilə gedərək rəssamlıq sənətini davam etdirən Cavid amansız dünyada anasını tək qoyaraq atasının yanına getdi. Gənc olmasına baxmayaraq, sənətdə yeniliklərə imza atmağa çalışırdı.

 Elnur Eltürk


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM