Mobil telefonların partlama səbəbi bilindi - VİDEO

11:52 / 06.03.2016

Mobil telefonlar həyatımızın ayrılmaz parçasına, hətta ən yaxın köməkçimizə çevriliblər. Müasir dövrdə "ağıllı" telefonlar vasitəsilə qısa zaman ərzində istədiyimiz filmə bilet ala, yaxud okeanın o tayında hansısa lüks hoteldə şam yeməyi sifariş edə bilərik. Lakin mobil telefonların funksiyaları artdıqca onların enerji saxlamaq qabiliyyəti də mütənasib olaraq azalır. Bir çoxlarımız isə telefonumuzu enerji yığması üçün gecədən səhərə kimi şəbəkəyə qoşulmuş vəziyyətdə saxlayırıq. Bu bizi enerji cəhətdən gün ərzində təmin etsə də, bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, uzun müddət enerji yığan telefon həm sağlamlığımıza ziyandır, həm də təhlükəsizlik baxımından müxtəlif problemlərə yol açır. Bunlardan ən təhlükəlisi isə son zamanlar tez-tez təkrarlanan partlamalardır.

Qeyd edək ki, son dövrlər mütəxəssislər batareyaların partlamasının əsas səbəbi kimi məhz qısaqapanma versiyasını irəli sürürlər. Ancaq partlayış və yanğınlar təkcə batareyaların keyfiyyətsiz olması səbəbindən baş vermir. Statistik məlumatlara görə, fəlakətlə nəticələnən hadisələrin çoxunda bəzən telefon sahiblərinin səhlənkarlığı da böyük rol oynayır. Belə ki, telefonun enerji yığmaq üçün elektrikdə çox qalması da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Yeri gəlmişkən, batareyanın artıq enerji yığması nəticəsində təkcə mobil telefonlar deyil, noutbuklar da partlayır.

Ümumiyyətlə, telefonların partlamasına səbəb nədir? Bu hallara bizdə də tez-tez rast gəlinirmi? Bəs belə halların qarşısını necə ala bilərik? Ekspertlər mövzu ətrafında fikirlərini bildirib.

Telefon təmirçisi Tural Hüseynov qəzetimizə açıqlamasında tefonların partlama səbəblərindən danışdı. O deyir ki, telefonların partlama səbəbləri müxtəlifdir. Lakin əsas səbəblərdən biri də onların uzun müddət enerjidə qalması məsələsidir: "Telefonların partlamasına müxtəlif hadisələr səbəb ola bilər. Lakin əsas səbəb onların uzun müddət, bəzən hətta gecədən səhərə kimi enerjidə qoşulu qalmasıdır. Çünki səhərə qədər enerjidə qalan telefonların batareyası şişir və quruyur. Şişən batareya isə tez partlayır. Daha bir səbəb isə telefonların suya düşməsi, yaxud üzərinə tez-tez maye tökülməsidir".

T.Hüseynov telefonların enerjidə optimal saxlanma müddətini də qeyd etdi: "Mobil telefon adətən iki saat enerjidə qalmalıdır. Yaxşı olardı ki, telefonu söndürüb enerjiyə qoşasınız. Belə olanda telefon həm tez enerji yığır, həm də enerjinin ömrü uzun olur. Məsləhətdir ki, telefonun orijinal adapterindən istifadə olunsun. Əks təqdirdə saxta adapterlər telefonun batareyasını qısa müddət ərzində sıradan çıxarır və qurumasına səbəb olur. Quruyan batareya isə potensial təhlükədir. Bir də ən vacib məqamlardan biri də odur ki, enerjidə olan telefonu istifadə etmək məsləhət deyil. Bu zaman həmin telefonun batareyası sıradan çıxır və tez bir zamanda yararsız hala düşür".

Təmirçi müasir telefonların problemlərindən də söz açdı. O deyir ki, əvvəlki nəsil telfonların adapterləri təhlükəsizlik baxımından daha əlverişli idi: "Əvvəlki telefonların adapterləri telefon enerji ilə tam dolandan sonra artıq enerji yığmırdı. İndi həmin adapterlər yoxdur. Müasir telefonların demək olar ki, əksəriyyəti enerjinin tam dolmasından asılı olmayaraq davamlı enerji qəbul edir. Bu da öz növbəsində telefona öz mənfi təsirini göstərir. Adətən bizə telefonların enerji saxlamaması ilə bağlı tez-tez müraciətlər olur. Artıq bunu təmir etmək elə də çətin deyil. Lakin partlamış telefonlarla bağlı şikayətlər elə də çox olmayıb. Bir dəfə partlayan telefonla bağlı bir tanışım mənə müraciət edib. Partlamaya səbəb isə telefon batareyasanın quruması olub. Telefonun korpusunu dəyişdim və təmir etdim. Telefon yiyəsinin bəxti onda gətirib ki, partlayan zaman telefon onun gödəkcəsinin cibində olub. Gödəkçə əynində olmadığından özünə xəsarət verməyib. Partlayan zaman telefonların adətən arxa hissəsi partlayır və zərər ən çox arxa hissəyə dəyir. Partlamadan isə ən çox telefonun prosessoru zərər çəkir. Düzdür, partladıqdan sonra da onu təmir edib işlətmək mümkündür. Lakin artıq telefon əvvəlki kimi işləmir".

T.Hüseynovun sözlərinə görə, partlayan telefonların marka fərqi yoxdur. Bütün telefonlar təyinatı əsasında istifadə edilmədikdə partlaya bilər. Bunun heç bir fərqi yoxdur, düzgün istifadə edilmədikdə və enerjidə çox qaldıqda hamısı partlaya bilər: "Burada marka heç bir əhəmiyyət daşımır. Bütün markalı telefonlar partlaya və alovlana bilər. Burada əsas səbəb telefonun batareyasının orijinal olması və yuxarıda sadaladığım texniki amillərdir. Ümumilikdə bütün telefonların partlama təhlükəsi var".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Kaspi"yə açıqlamasında dedi ki, mobil telefonlarla bağlı istehlakçıların şikayətləri çox deyil: "Adətən televizor və telefon kimi alətlər tez-tez uzun müddət enerjidə qalır. Televizor və telefonlar uzun müddət enerjidə qaldıqda partlaya bilər. Dünyada və Azərbaycanda belə hadisələrə çox rast gəlinib. Bəzən partlama o qədər güclü olub ki, bundan hətta bütöv ev yanıb yararsız hala düşüb. Telefonların partlamasına səbəb daha çox keyfiyyətsiz batareyalar olur. Çalışmaq lazımdır ki, daha çox orijinal adapter və batareyadan istifadə olunsun. Telefonun partlaması ilə bağlı bizə şikayət daxil olmayıb". 

 

E.Hüseynov bildirdi ki, partlama ehtimalı sertifikatlaşdırılmayan və təhlükəsizliyi təmin olunmayan telefonlarda daha çoxdur: "Bununla bağlı Nazirlər Kabinetinin 1 yanvar 1994-cü il tarixli 343 saylı qərarı var. Bu qərara əsasən, bir sıra məhsullar, o cümlədən telefonlar məcburi olaraq sertifikatlaşdırılmalıdır. Bu siyahıya təqribən 120-ə yaxın məhsul daxildir. Qərara əsasən, məhsul ölkənin əmtəəə bazarına daxil olmamışdaan əvvəl mütləq yoxlamadan keçməlidir. Azad İstehlakçılar Birliyinin apardığı tədqiqat göstərir ki, bəzi məhsullar bu sertifikatlaşmadan keçməyib və həmin məhsulların təhlükəsizliyi təmin olunmayıb. Yaxın 10 gün ərzində bu məsələ ilə bağlı monitorinq aparıb nəticələri gözdən keçirəcəyik. Yoxlamadan keçməyən məhsullarla bağlı dövlət orqanlarında məsələ qaldıracağıq. Güman olunur ki, partlayan mobil telefonlar məhz sertifikatlaşmadan keçməyən telefonlardır". //Kaspi.az

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM