"Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın adamlar onsuz da bəllidir"

17:35 / 13.03.2014

Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı Modern.az-a müsahibə verib.

- Türkiyədə məhkəmələrin qərarı ilə “Ergenekon” əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola bilərmi?

- Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15 ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar. Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar, demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vururdu. 

Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil seçkilərə də təsirsiz ötüşməyəcək.

-Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək. “Ergenekon”çuların azadlığa çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini söyləmək olar?

- Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən daha artıq olacaq.

- Ordu generallarının həbsi dini lider Fəthullah Gülən və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin diktəsi idi?

- Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına qurban getmişdilər. “Ergenekon” əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi.

- Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə bilərsiniz?

- Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi. Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki, Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan adamlardır.

- Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra onunla əlaqə saxlamısınızmı?

- Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən kimi danışacağam.

- Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu Ərdoğan hökumətinin “Ergenekon” əməliyyatlarının həyata keçirilməsi zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə etmirmi?

- Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi. Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi və generallar həbs olundu.

- Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək...

- Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq görürük və bundan sonra da elə olacaq.

- Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz necədir?

- Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda “Çağ Öyrətim” şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm. 

Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər...

- Azərbaycandan kimlər var idi orada?

- Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin ölkə üçün xoş olmayan nəticələrini görmüşəm.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM