Rusiyanın strategiyasını izah edən 10 xəritə

17:20 / 24.03.2016

Ekspert Corc Fridman

Kəşfiyyat və beynəlxalq geosiyasət eksperti Corc Fridman ən yaxşı bildiyi sahəyə - gələcəyə sıx şəkildə fikrini cəmləyib. 

Xəritə deyərkən çox insanların ağlına onun ilkin məqsədi gəlir:  ölkənin coğrafiyası və topoqrafiyasının göstərilməsi. Lakin xəritələr bütün istiqamətlərdə - siyasi, hərbi və iqtisadi aspektlərdən danışa bilər.

Əslində  bir ölkənin strategiyası haqqında düşünmək üçün başlanılması lazım olan ilk yer məhz başqa cür aydın olmayan faktorları aşkar edə biləcək xəritələrdir.

Aşağıdakı 10 xəritə Rusiyanın Sovet ittifaqının dağılmasından sonrakı çətin vəziyyətini göstərir və Putinin Avropadakı uzunmüddətli niyyətlərini izah edir.

Rusiya, demək olar ki, quru ilə əhatə olunub.

Bəzən tək bir xəritə ölkə barədə önəmli bir şeyi aşkar edə bilər. Rusiya məsələsində bu aşağıdakı xəritədir:

Rusiya strategiyasını başa düşməyin əsaslarından biri Avropanın qalan hissəsinə nisbətən onun yerləşməsinə baxmaqdır.

Avropa yarımadası 3 tərəfdən Baltik və Şimal dənizləri, Atlantik okeanı, Aralıq və Qara dənizləri ilə əhatə olunub. Yarımadanın şərq sərhədi Baltik dənizinin şərq ucundan cənubi Qara dənizəcən uzanır.

Yuxarıdakı xəritədə bu bölgü Sankt-Peterburqdan Rostov-Donacan uzanan xəttlə göstərilib. Bu xətt həm də təxmini Baltik dövlətlərinin, Belarusiya və Ukraynanın şərq sərhədlərini də müəyyənləşdirir. Bu ölkələr Avropa yarımadasının şərq uclarıdır.

Çətin ki Avropanın hansısa hissəsi dənizdən 300 mil (1 mil ≈ 1609 km) aralıda yerləşsin və Avropanın əksər hissəsi 300 mildən (≈ 482700 km) qısa məsafədədir. Rusiyanınsa böyük hissəsinin dənizə səmərəli çıxışı yoxdur. Şimal Buzlu okeanı Rusiyanın əhali məskunlaşan mərkəzlərindən çox uzaqdır və mövcud olan bir neçə limanın da çoxu qışda, demək olar ki, istifadəyə yararsız olur.

Rusiyanın okeanlara çıxışına Avropa nəzarət edir.

Şimal Buzlu okeanından başqa, Rusiyanın digər dünya okeanlarına da çıxışı məhduddur. Aşağıdakı xəritədən göründüyü kimi, onun çıxışlarının yolu başqa ölkələr tərəfindən kəsilib.

Rusiyanın Avropa hissəsinin qlobal dəniz ticarətinə giriş üçün 3 potensial məntəqəsi var. Biri Qara dəniz və Türkiyə tərəfindən nəzarət edilən kiçik su yolu olan və asanlıqla Rusiya üçün bağlanıla bilən Bosfordur.

Digəri Sankt-Peterburqdandır- haradan ki, gəmilər Danimarka suları ilə üzüb keçə bilərlər. Amma bu keçid də asanlıqla kəsilə bilər. Üçüncüsü isə Murmanskdan başlayıb, Qrenlandiya, İslandiya və Birləşmiş Krallıq arasındakı boşluq boyunca uzanan uzun şimal Buzlu okeanı yoludur.

Soyuq müharibə dövründə Norveç, Şotlandiya və İslandiyadakı hava bazaları hava hücumu döyüş qrupları ilə birləşərək, Rusiyanın dənizə çıxışının qarşısını almağa çalışdılar. Bu, Rusiyanın okeanlara və su yollarına çıxışının olmamasına görə üzləşdiyi çətinliklərə bağlı necə həssas olduğunu göstərir.  

Bu həm də praktik olaraq, Rusiyanın niyə quru ilə əhatələnmiş ölkə olduğunu göstərir.

Bir ölkənin okeana və dənizə çıxışı onun iqtisadi və siyasi gücünə böyük təsir göstərə bilər.

Qərb sərhədi Rusiyanın infrastrukturu üçün son dərəcə əhəmiyyətlidir.  

Biz Rusiya reallığını növbəti 3 xəritədən daha aydın görə bilərik. 

Rusiya əhalisi Avropa ilə olan qərb sərhədində və Qafqazla olan (Qara dənizlə cənubda Xəzər dənizi arasındakı ərazi nəzərdə tutulur) cənub sərhədində cəmləşib. Sibir zəif məskunlaşıb. Çaylar və infrastruktur Qərbdədir. 

Rusiya kənd təsərrüfatının mərkəzi cənub-qərbdir. Şimali Rusiyanın iqlimi ekstensiv kənd təsərrüfatı üçün əlverişli olmadığı üçün Rusiyanın Ukrayna, Qafqaz və Mərkəzi Asiya cəbhələrinin həyati əhəmiyyətini artırır. Əhalisi kimi, Rusiyanın qərb və cənubu kənd təsərrüfatı üçün də ən əhəmiyyətli və məhsuldar əraziləridir.

Qərb və cənub bölgələrinin əhəmiyyəti ölkənin nəqliyyat strukturundan da görünə bilər. 

Dəmiryolu nəqliyyatı Rusiya üçün əhəmiyyətli olaraq qalır. Onun qərbə və keçmiş sovet respublikalarına tərəf necə yönəldiyini müşahidə edin. Yenə də diqqət qərb və cənubadır. Yalnız iki dəmiryolu Rusiyanın Avropa hissəsini onun Sakit okean regionu ilə birləşdirir və Sibirin çox hissəsi nəqliyyat zəncirindən uzaqdır.

Bu 3 xəritə Rusiya daxilinin elementar modelini göstərir. Rusiyanın əsas diqqəti və narahatlığı onun qərbində...ikinci marağı isə Qafqazdadır. Sibir xəritədə böyük görsənsə də, amma onun əksər hissələrində çox az məskunlaşma var və strateji əhəmiyyəti çox kiçikdir.

Yuxarıdakı ilk 3 xəritə göstərir ki, Rusiyanın cari qərb sərhədləri Avropa yarımadasının əsas sərhədləri ilə üst-üstə düşür. Digər xəritələrsə göstərir ki, əhali, kənd təsərrüfatı və nəqliyyat qərb sərhədləri (ikinci qrup isə Qafqazda)  boyunca yerləşib. Bu ərazi Rusiyanın əsası, şərqdəki qalan əraziləri isə periferiyasıdır.

Rusiya Qərb əleyhinə olan buferini itirib.

Quru dövləti kimi,  Rusiya təbiəti etibarilə zəifdir. O, Avropa əleyhinə az tədbir görüb və Qərbdən gələn düşmənin qarşısını almaq üçün onun azsaylı təbii səddləri var. Karpat dağlarının şərqi, düzənlik cənuba doğru yönəlir və Rusiyaya qapı açılır.

Bundan başqa, Rusiyanın bir neçə çayı var ki, nəqliyyatı çətinləşdirir və iqtisadi səmərəliliyi daha da azaldır. Oradakı kənd təsərrüfatı məhsulları bazara çıxarılmalıdır. Deməli, nəqliyyat sistemi yaxşı işləməlidir.

Sərhəddə bu qədər çoxsaylı iqtisadi fəaliyyətinin yerləşməsi və səddlərinin azlığına görə Rusiya təhlükədədir. 

Buna görə də təəccüblü deyil ki, Rusiyanın milli strategiyası sərhədini olduqca uzaq qərbə köçürtməyə çalışmasıdır. Avropa yarımadasının şərqindəki ilk dövlət qrupları-Baltik ölkələri və Ukrayna əlavə iqtisadi imkanlar açmaqla yanaşı, Rsiyanın özünü qorumalı olduğu dərinliyi təmin edir. 

Rusiyanın 1914- cü ildəki- Birinci Dünya müharibəsi başlanmazdan az əvvəlki mövqeyinə baxın. 

Rusiya birinci cərgə ölkələrini tamamilə, ikinci cərgəninsə Polşa, Rumıniya kimi bəzi ölkələrini öz tərkib hissəsinə çevirib. Onun Polşanın əksər hissəsi üzərindəki nəzarəti isə xüsusi əhəmiyyət kəsb edirdi.

1914-cü ildə Almaniya və Avstriya-Macarıstan imperiyası Rusiyaya hücum edərkən, bu bufer zonanın dərinliyi Rusiyaya 1917-ci ilədək döyüşləri Rusiyanın daxilinə keçirmədən müqavimət göstərmək imkanı verdi.

1941-ci ildə Almaniya Rusiyaya hücum edəndə onun içərilərə nüfuz etməsi daha kəskin idi. Bu növbəti xəritə irəliləmənin həddini göstərir. Hamısını eyni vaxtda olmasa da, Almaniya bir zaman bütün bu əraziləri tutdu. 

Almanlar, demək olar ki, Avropa yarımadasının əksər hissəsini işğal etdilər və ən son hücumlarında isə şərqə və cənub – Qafqaza doğru hərəkər etdilər.  Nəhayət, Rusiya qoşunlarının intensivliyi və sərtliyi ilə Almaniyanı məğlub etdi.

Əvvəlki almanları əldən saldı və onlar da öz növbəsində tükədici müharibəyə girdi ki, bu da almanları iflasa uğratdı. Əgər Rusların o cür strateji dərinliyi olmasaydı, onlar müharibəni uduzardılar.

Ona görə də sərhədlərini mümkün odluğu qədər qərbə çəkmək İkinci Dünya müharibəsinin sonunda Rusiyanın əsas strategiyası idi.  

Bu Rusiyanın ən genişlənmiş vaxtı idi və nəhayət Sovet İttifaqını dağıtdı. Rusiya birinci cərgə ölkələrini-Baltikyanı, Belarusiya və Ukraynanı tutaraq, Almaniyanın şərq hissəsi də daxil olmaqla ikinci cərgəni də qərbə doğru sıxışdırmışdı. 

Rusiyanın ideal mövqeyi Avropanın qalan hissəsinə həyati təhlükə törədirdi. Avropalıların və ABŞ-ın 2 üstünlüyü var idi. Onlar Rusiyanı geniş şəkildə əhatələmişdilər və istədikləri vaxt onun dənizlərə çıxışını bağlaya bilərdilər.

Amma bundan da əhəmiyyətlisi o idi ki, onlar sovet ittifaqı (quru ilə əhatələnmiş Rusiya tərəfindən aşağı sürükləndiyi üçün) ilə müqayisədə külli miqdarda gəlir gətirən dəniz ticarət bloku yaratdılar. Silahlanma yarışı isə Qərb üçün kiçik gərginlik olsa da, Rusiya üçün aşılmaz xərclər yaradırdı.

1980-cı ildə neft qiymətləri düşəndə Rusiya gəlirlərin azalmasının qarşısını ala bilmədi. Bu Sovet İttifaqına zərər verdi.

İndi Rusiyanın itirəcəyi heç nə yoxdur.

İlk xəritəyə qayıtsaq, Rusiyanın onu Avropa yarımadasından ayıran xəttə geri qayıtması görünməmiş hadisə idi. XVIII əsrdən Rusiya yarımadanın ilk cərgə ölkələrinə nəzarət edirdi. 1991-ci ildən sonra, o, hər iki cərgəyə nəzarəti itirdi. Uzun müddət idi ki, Rusiyanın sərhədləri Moskvaya bu qədər yaxın deyildi.

Qərb,  Baltikyanı ölkələri NATO-ya daxil etməklə, Sankt-Peterburqu NATO şəhərinin bir neçə yüz milində yerləşən şəhərə çevirdi. Rusiyanın bununla bağlı edə biləcəyi bir şey yox idi. Əvəzində onlar diqqətlərini çeçen üsyançılarına qarşı öz sərhədlərində mübarizə aparmaqla, Gürcüstana müdaxilə etməklə, Ermənistana qoşun göndərməklə və s. vəziyyəti stabilləşdirməyə yönəltdilər.  

Amma bu xəritələrdən də görə biləcəyiniz kimi, 1991-ci ildən sonra Rusiya üçün əsas ölkə Ukrayna oldu. Baltik ölkələri indi əlçatmaz idi, Belarusiya isə Rusiya hökümətinə meylli siyasət yeridirdi. İstənilən halda, Rusiyanın kənd təsərrüfatı və əsas məskunlaşa mərkəzləri, eləcə də nəqliyyat şəbəkəsi boyunca sərhədləri uzandığı üçün Ukrayna əsas ölkə idi.

İkinci Dünya müharibəsində almanların Unkrayna sərhədlərini də keçərək, Rusiyaya çatmaq istəməsinin səbəblərindən biri də bu idi.

Ukrayna üzərindəki hazırkı mübarizədə Rusiya belə hesab edə bilər ki, qərbyönümlü rejim yaratmaqda avro-amerikan maraqları Ukraynadan da o yana keçə bilər. Rusiya nöqteyi-nəzərindən baxanda, onlar sadəcə bufer zonanı itirməyiblər, həmçinin Ukraynanın Rusiyaya düşmən qüvvələri Rusiya sərhədinə doğru hərəkət ediblər.

Qeyd olunmalıdır ki, Rusiyanın gərgin şəkildə müdafiə etdikləri ərazi mümkün qədər çox sahə alınmasına çalışıldığı Rusiya sərhədinin qərbindəki ərazidir.

Bu ssenarinin Rusiyanı təhlükəli vəziyyətdə qoyması o deməkdir ki, ruslar Ukrayna məsələsini olduğu yerdə qalmağa qoymayacaqlar. Rusiyanın Qərbin regiondakı maraqlarının xoş niyyətdən irəli gəlməsini  güman etmək üçün heç bir seçimi yoxdur.

Eyni zamanda, Qərb də belə hesab edə bilməz ki, Rusiya Ukraynaya yenidən idddia edirsə, orada da dayanacaq. Ona görə də biz indi hər iki tərəfin bir-biri haqqında ən pis şeyləri düşündüyü klassik vəziyyətdəyik. Amma Avropa yarımadasının ilk cərgəsini itirdiyi üçün Rusiya indi zəif mövqedədir. O, Vətəninin fiziki bütövlüyünü qoruyub saxlamaq üçün mübarizə aparır.

Rusiya əhəmiyyətli güc nümayiş etdirə bilməz, çünki onun hərbi dəniz qüvvələri zəiflədilib, əsas qüvvələri də havadan tək dəstəklənə bilməz. Baxmayaraq ki, o, Suriya münaqişəsinə cəlb olunmaqla qərbə öz hərbi gücünü göstərməyə çalışır, amma bu əməliyyatlar Rusiyanın əsas maraqlarının yanında periferikdir. Əsas məsələ qərb cəbhəsi və Ukraynadır. Cənubda isə diqqət Qafqaza cəmləşib.

Son ilyarımda neft qiymətlərinin kəskin azalması səbəbindən aydındır ki, ixrac üzərində qurulmuş Rusiya iqtisadiyyatı çətin vəziyyətdədir. Amma Rusiya həmişə ciddi iqtisadi çətinlik içində olub. İkinci Dünya müharibəsindən əvvəl iqtisadiyyatı pis vəziyyətdə olsa da, istənilən halda müharibəni elə bir hesabla uddu ki, çox az ölkə buna davam gətirə bilərdi.

Çətinliklər rusları birləşdirir.

Fukidid Afina ilə Spartanı fərqləndirərək, deyirdi ki, Afina dənizə yaxındır və əla limanı var-Pirey. Sparta isə əksinə dəniz dövləti deyildi. Afina Spartadan çox zəngin idi. Dəniz dövləti quru dövlətinin edə bilməyəcəyi şəkildə beynəlxalq ticarətdə iştirak edə bilər.

Ona görə də afinalılar zəngindir. Amma o zənginliyin 2 qüsuru var.  Birincisi, zənginlik lüks yaradır və lüks da korlayır. Ikincisi, çox dünya təcrübəsi mənəvi ziddiyyət yaradır.

Spartanın sərvəti Afinanınkından az idi. O ticarət tərəfindən deyil, gərgin işlə yaradılmışdı. Beləcə, onun dünya anlayışı az olsa da, amma möhkəm yaxşı və pis anlayışı var idi.

Zənginlikdən gələn güclə cəhdlərdən gələn güc arasındakı mübarizə tarixi mübarizədir. Bu Avropa yarımadası ilə Rusiya arasındakı fərqdən görünə bilər. Avropa daha dünyəviləşib və gücünü zənginliyindən alsa da, daxili çəkişmələrə də meyllidir.

Rusiya əyalətlərə bölünsə də, bölünməkdən daha çox birləşib və o gücünü çoxsaylı çətinliklərdən alır. Ölkə coğrafi baxımdan zəif vəziyyətdədir; onun mərkəzi əhəmiyyətli şəkildə quru ilə əhatə olunub, gəmilərinin okeanlara çıxış əldə edə biləcəyi məntəqələrinsə yolu asanlıqla bağlana bilər.

Ona görə də Rusiya Afina ola bilməz. Ona görə də o Sparta olmalıdır və quru dövləti olaraq, Sparta xarakterinə yaxın olmalıdır. Rusiya mürəkkəb olmasa da, ən azı quru müharibələri aparan sərt qoşunlara malik olmalıdır. O həmçinin kifayət qədər sərvət istehsal etməlidir ki, ordunu saxlaya bilsin və əhalini normal həyat şəraiti ilə təmin edə bilsin. Amma bu məsələdə Rusiya Avropa ilə rəqabət apara bilməyəcək.

Beləliklə də, ölkəni bir arada saxlayan çiçəklənmə deyil, Vətən Rusiyaya qarşı sadiqlik və ümumi ideallaşdırılmış baxışdır. Bu anlamda Avropa və ABŞ-la Rusiya arasımda dərin uçurum var. Avropa və ABŞ çiçəklənməni sadiqliyə haqq qazandırmaq üçün istifadə edir. Rusiyaya isə sadiqlik dövlətin gücündən və anadangəlmə rus olma kimliyindən irəli gəlir.

Ölkədə müxtəlif etnik qrupların yaşamasına baxmayaraq, rus milləti üçün bu dəstək çox güclüdür. 

Bütün bunlar ruslara imkanlar verir. Baxmayaraq ki, indi onun iqtisadi vəziyyəti pisdir, amma coğrafi mövqeyinin bütün mənalarda təbiiliyi ona elə imkanlar yaradır ki, o, öz düşmənlərini təəccübləndirə bilər və hətta rusları daha təhlükəli edə bilər.

Strategiya.az 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM