IV Qlobal Forum rəsmi hissədən sonra işini davam etdirib

14:31 / 10.03.2016

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Forum rəsmi hissədən sonra işini “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiya ilə davam etdirib.

Sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger belə mötəbər tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin “Biz mövcud problemləri həll etməsək, gələcəkdə daha böyük çətinliklərlə qarşılaşacağıq” sözlərini xatırladan C.Bolger sessiyada bir neçə vacib məsələyə, xüsusən də qaçqınlarla bağlı problemlərə toxunulacağını diqqətə çatdırdı, son illərdə get-gedə daha çox insanın qaçqına çevrildiyini qeyd etdi.

Tədbirdə çıxış edən Bosniya və Herseqovina Sədarətinin üzvü Mladen İvaniç bir neçə il əvvəl ölkəsinin ciddi böhranlarla qarşı-qarşıya qaldığını vurğuladı. Qeyd etdi ki, artıq bu böhranlar arxada qalıb və ölkəmiz dinamik inkişaf etsə də, həmin ağır dövrdən dərs çıxarmağa çalışırıq. O, münaqişələrin həllində tərəflərin bir-birini qarşılıqlı anlamalarının və kompromislərin əhəmiyyətini qeyd etdi. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını qeyd edən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışdı.

Albaniyanın Prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi. O, müasir dünyada yaşanan problemlərin bu Forumda müzakirə edilməsini yüksək qiymətləndirdi. Albaniyanın İkinci Dünya müharibəsindən sonrakı tarixinə nəzər salan B.Nişani bildirdi ki, təhlükəsizlik təkcə bizim region üçün təhdid deyil. Bu, bütün cəmiyyətlər və ölkələr üçün ciddi təhlükədir. NATO-nun üzvü olan Albaniya məhz sivilizasiyanı, sivil inkişafı, sülhü və azadlığı qorumaq üçün beynəlxalq terrorizmə qarşı antiterror əməliyyatlarında fəal iştirak edir.

Regionda yaşanan problemlərdən danışan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilibeynəlxalq layihələrin iştirakçısına çevrilən ölkəsinin Avropaya sürətlə inteqrasiya etdiyini, “Şərq Tərəfdaşlığı” Proqramında fəal olduğunu bildirdi. O, regionda sabitliyin bərpası üçün Gürcüstanın bütün qonşularla fəal əməkdaşlıq etdiyini, bölgədə mühüm strateji əhəmiyyətə malik ortaq layihələrin icra olunduğunu dedi. G.Marqvelaşvili Gürcüstanın xüsusilə Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söylədi. Gürcüstan Prezidenti dedi: “Biz çalışırıq ki, regionun çiçəklənməsinə, sülhün təmin olunmasına töhfə verək. Ona görə biz elə həll yolu təklif etmək istəyirik ki, regionda bütün tərəflərin maraqlarına cavab versin”.

Monteneqronun Prezidenti Filip Vuyanoviç bu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirərək Forumun qlobal əhəmiyyətli çağırışlarla çıxış etdiyini diqqətə çatdırdı. Ölkələrin inkişaf səviyyəsinin qeyri-bərabər olmasının miqrasiya proseslərinə mühüm təsir etdiyini vurğulayan F.Vuyanoviç dedi ki, Minilliyin İnkişaf Məqsədlərində də əksini tapan yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının yaradılması, iqlim dəyişikliyi və s. hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Həmin dəyərlərə sadiq qalan Monteneqro da bu prosesdə səylərini əsirgəmir. O, beynəlxalq sülhün və əməkdaşlığın inkişafında etnik və dini tolerantlığın mühüm rol oynadığını bildirdi.

Makedoniya Prezidenti Gyorge İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymalarının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq problemlərin həlli üçün dövlətlər öz aralarında düzgün əlaqələndirməni təmin etməlidirlər. XXI əsrin ən müasir texnologiyalarından istifadə edən beynəlxalq terrorçu qruplaşmalarla mübarizədə beynəlxalq təşkilatlar hələ də passiv mövqe nümayiş etdirir, müəyyən bəyannamə və qərarların qəbulu ilə bu problemlərlə mübarizə aparmağa çalışırlar. Bu da həmin terrorçu qruplaşmaların öz fəaliyyətlərini daha da genişləndirmələrinə şərait yaradır.

Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland beynəlxalq problemlərin həllində, xüsusən iqlim dəyişikliyi ilə əlaqədar artıq daha çox ölkənin öz səslərini ucaltdıqlarını, bu prosesə fəal şəkildə qoşulduqlarını vurğuladı. Hamı anlayır ki, bu problemi səylərin birləşdirilməsi nəticəsində həll etmək mümkündür. Bütün problemlərin həlli yollarının və imkanlarının olduğunu bildirən sabiq Baş nazir bu baxımdan dünyanın aparıcı dövlətlərinin üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd etdi.

İsrailin sabiq Baş naziri Ehud Barak çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizmə toxundu. İsrail-Fələstin münaqişəsinin həlli üçün liderlərin daha ciddi səy göstərmələrinin vacibliyini qeyd edən sabiq Baş nazir bu prosesin başa çatdırılması üçün güclü siyasi iradənin ortaya qoyulmasının əhəmiyyətini xüsusi vurğuladı.

Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq Prezidenti Tarya Halonen bu prosesdə QHT-lərin də dövlətlər qədər mühüm rol oynadığını və həmin təsisatların səylərini artırmalı olduqlarını qeyd etdi. Sabiq Prezident dedi ki, biz dayanıqlı inkişafı təmin etmək üçün, xüsusən biznesi təşviq etməli, ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirməliyik. Çıxışının sonunda Forumun əhəmiyyətini yüksək qiymətləndirən T.Halonen bu mötəbər tədbirdə gənclərin də fikirlərinə yer verilməsini problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını bildirdi.//Azərtac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM