ÇİNİN STRATEGİYASI - Müəllif: Corc Fridman

10:33 / 16.03.2016

 

Çinin birja bazarlarında baş verən kəskin eniş 2 şeyin əlamətidir. Biri Çin bazarının davam etməkdə olan zəifliyidir. İkincisi isə istənilən iqtisadi pozğunluğun Çinin istər daxili, istərsə də xarici siyasətinə siyasi təsirlərinin olmasıdır. Bu da öz növbəsində Çinin iqtisadi perfomansına təsir edir. Buna görə də Çinin milli strategiyasını anlamaq çox mühümdür.

Çin Xalq Respublikası (ÇXR) ABŞ-ı çətinliyə salmağa hazırlaşan,  get-gedə artan aqressivliyə malik ölkə kimi təsvir olunsa da, eyni zamanda, Çin, Cənubi və Şərqi Çin dənizlərindəki kiçik hücumlardan başqa, Avrasiyanın digər ərazilərindəki çaxnaşmalara əhəmiyyətli şəkildə qarışmayan dövlətdir. Çinin real etdikləri illə ümumən Çindən gözlənilənlər arasında böyük bir boşluq var. Çinin gerçək milli strategiyasını anlamaq üçün aşağıdakı 5 xəritənin məntiqini izləmək çox faydalı ola bilər.

Əvvəlcə, Çin deyərkən nəyi nəzərdə tutduğumuzu müəyyən edək. Əvvəla, bizim xəritədə gördüyümüz Çin, bir də Çinin əsas etnik qrupu olan xanlar tərəfindən məskunlaşmış Çin var. Çin dövlətinin və etnik qruplarının xəritəsi çox fərqli görünür.

 

Xan Çini, Çin daxilində digər mühüm millətlərin yaşadığı ərazilərlə əhatə olunub. Onlardan dörd ən mühümü cənub-qərbdə Tibet, şimal-qərbdə Sincan, şimalda Daxili Monqolustan,  və şimal-şərqdə Mancuriyadır. Bunların ilk üçü Pekin tərəfindən muxtar rayon kimi tanındığı halda, Mancuriya 3 şimal-şərq vilayətindən ibarət nisbətən böyük rayondur. Aydındır ki, Xan Çinində yaşayan monqollar da, Daxili Monqolustanda yaşayan Xan çinliləri də var. Bu 4 rayondan heç biri eynicinsli olmasa da, qismən Mancuriyanı çıxmaqla, digər rayonlarda etnik Xan çinliləri üstünlük təşkil etmir. Bizim Çin hesab etdiyimiz ərazinin təxminən yarısı Xan çinlilərindən ibarətdir.

Bu 4 rayon Çin ətrafından işğalçıları geri qaytarma strateji gücü verən bufer ərazidir. Sincan və Tibetin bu gün də etdiyi kimi, 4 rayonun hamısı bu və ya digər vaxtda Çin ağalığına qarşı müqavimət göstərib. Sincan müsəlman əyalətidir və üsyançılar, eləcə də terrorist hərəkatı orada, xüsusilə aktivdir. Çin ağalığına heç də az etiraz etməmiş olsa da, Tibetin fəallığı daha azdır. Daxili Monqolustan və Mancuriya hazırda ümumən razı vəziyyətdədir. Regionlarda ab-hava fərqli olsa da, Çin daim onları nəzarətdə saxlamağa çalışmalıdır.

Təsadüfi deyil ki, yağıntı nümunələrinə də baxanda çox oxşar coğrafiya ortaya çıxır. Kənd təsərrüfatı iqtisadiyyatını saxlamaq üçün illik təxminən 15 inç (1 inç=2.54 sm) yağıntı olmalıdır. Növbəti xəritədə Çin Xalq Respublikasındakı əhali sıxlığı və 15 inçlik izoxət adlanan xətt göstərilib.

15 inçlik izoxəttin şərqindəki ərazilər Xan Çini və Mancuriyanın bir hissəsidir. Qərb və şimaldakı ərazilərsə Xan Çininin də bəzi az məskunlaşmış regionları da daxil olmaqla bufer ərazilərdir. Beləliklə, Xan Çininin bufer dövlətləri üstələyə bilməsinin bir səbəbi də nisbi əhali üstünlüyüdür. Bu həm də o deməkdir ki, ümumi sayı 1.4 milyarda çatan Çin əhalisinin çox hissəsi xəritədə görünən ümumi böyük ərazilərdə deyil, ÇXR-in qonşularından da çox uzaqda-ümumi Çinin çox kiçik bir hissəsində məskunlaşıb. Hələliksə çinlilər haqqında düşündüklərimizin sərhədini yağıntı xətti müəyyən edir.

Növbəti xəritə bu şəklə əlavələr edir. O, vilayətlər üzrə adambaşına düşən illik gəlirin xəritəsidir.  O, Çində 15 inçlik izoxətdən şərqdəki əsas bölünməni göstərir. Birincisi, Xan Çini ilə ÇXR-in digər əraziləri arasındakı fərq çox nəzərəçarpandır. Qərbdəki buferlərdə adambaşına düşən illik gəlir Çinin digər ərazilərindəki orta gəlirdən 30-50 faiz aşağıdır. Çində bəziləri orta göstəricidən hətta 100 faiz artıq olan ərazilər də daxil olmaqla, ümumən, ortadan yüksək olan ərazilər sahillə incə xətt boyunca uzanan vilayətlərdir. Xan Çininin daxilindəki vəziyyət qərbin buferləri qədər pis olmasa da, amma sahilboyu uzanan ərazilərdəki kimi də yaxşı deyil. İqtisadi baxımdan, yalnız sahilboyu ərazilər orta göstəricidən yüksəkdir. Bütün digər ərazilərdə isə bu göstərici ondan aşağıdır. Bu, Xan Çininin özündəki bölgünü göstərir.

 

Sərvətin paylanması haqqında heç bir məlumat vermədiyi üçün adambaşına düşən gəlir iqtisadi rifahı ölçə bilməz. Daha yaxşı ölçü ailə gəliridir. Dünya Bankının məlumatına görə, 650 milyondan artıq Çin vətəndaşı gündəlik 4 dollardan az gəliri olan ailələrdə yaşayır. Onların yarısı ailə gəlirlərinin gündəlik 3.10 $ və ya illik 1000 $ olduğu şərtlərdə yaşayır.

Bu özü təklikdə bütün həqiqəti ehtiva etmir. Aydındır ki, bu insanların əksəriyyəti daha zəngin olan sahil bölgəsindən uzaqda yaşayırlar. Başqa cür desək, Çin sərvətinin əksəriyyəti sahildən 200 millik ərazidə yerləşir. Qərbə doğru növbəti 500-1000 mil ərazi Üçüncü Dünya kasıbçılığında yaşayan Xan çinlilərinin əraziləridir. Çox qərblilərin düşündüyü Çin əslində sahil boyunca uzanan ensiz zolaqdan ibarətdir. Fakt odur ki, Çin çox kiçik çiçəklənmə görüntüsü olan həddən ziyadə kasıb ölkədir.

Biz artıq indidən meydana çıxmaqda olan bir sıra strateji reallıqları görə bilərik, amma onlara keçməzdən əvvəl daha bir xəritəyə- Çini əhatə edən bölgələrin ərazi xəritəsinə nəzər salaq.

Çinin cənub sərhədi Himalay dağlarından, şəqri isə təpəliklərdən ibarətdir. Himalay dağlarında əsaslı hərbi əməliyyatlar aparmaq qeyri-mümkün olduğundan, Hindistanla Çin arasında müharibədən yalnız hərbi təchizatla məşğul olmayanlar danışa bilərlər. Britaniya və amerikalılar da aşkar etdiyi kimi, Asiyanın cənub-şərqindəki təpəliklərdə də müharibə aparmaq qarabasma kimidir. Çin cənub tərəfdən nə hansısa ərazini işğal edə bilər, nə də işğal oluna bilər. Cənubi Çin, həqiqətən də, Böyük Çin Səddi tərəfindən mühafizə olunur.

 

Şimalda ÇXR Sibirlə həmsərhəddir. Baxmayaraq ki, Sibirin uzaq şərqində müharibə aparmaq olar, amma hələ heç bir dövlət o ərazidə müharibə etmək, Sibiri tutmaq və ya Sibirdə möhkəmlənərək, işğalçı müharibə aparmağı düşünməyib. Ona görə də Sakit okeanı sahili istisna olmaqla, Çin təhlükəsiz və müdaxilədən saxlanan dövlətdir.

Çinin Mərkəzi Asiyadakı hərbi əməliyyatları haqqında ara-sıra söhbətlər olur. Birincisi, bu nisbətən düşmən ərazilər olar Tibet və Sincan vasitəsilə baş tutmalıdır. Əsas qüvvələr və təchizat Çinin əsas sənaye mərkəzi olan Xan Çinindən 1000 mil aralıda yerləşən sərhəd zonasına çatdırılmalıdır. Təchizat xəttləri səhralıq və dağlıq ərazilərdən keçməlidir. Qazaxstanda Astanannı işğal etmək üçün Çin ən azı 700 mil dağlıq və səhralıq ərazi aşmalıdır. Bu hüdudlarda döyüş elə Himalay dağlarını aşıb haranısa işğal etməyə bərabər olar.

Əslində, Çin Avrasiyada adadır. O, pulu, bəzən də texnologiyanı kənara çıxara bilər, amma müasir böyük qoşunları isə heç vaxt. Ona görə də nə Çin qonşuları üçün, nə də qonşuları Çin üçün təhlükə deyil. Çinin əsas strateji marağı daxili çəkişmələrə qarşı Çinin ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Əgər Tibet və Sincana nəzarəti itirsə, ÇXR-in sərhədi uzaq şərqə doğru hərəkət edəcək, Xan Çininin bufer zonası itiriləcək və bu zaman Çin strateji böhranla üzləşəcək. Ona görə də onun məqsədi Tibet və Sincanda baş verə biləcək istənilən müstəqillik hərəkatının yatırılması ilə bu böhranın qarşısını almaqdır.

Eyni dərəcədə vacib digər məsələ isə odur ki, sahilboyu ərazilərlə Xanın daxili əraziləri arasındakı sosial konfliktin artmasına imkan verilməsin. Xarici ixrac imkanlarının itirilməsi sahilboyu əraziləri təzyiq altında qoyub. Pekinin daxildə stabilliyi qoruyub saxlamağa çalışmaq marağı sahilboyu ərazilərdən pul transferini tələb edir. Lakin hazırda əsas ticarət tərəfdaşı olduğu və daxil sahilin məhsullarını ala bilmədiyi üçün sahilin maraqları əsas ticarət tərəfdaşı olan ABŞ, Avropa və Asiyanın qalan hissəsində cəmləşib. Mövcud kasıblıq həddini nəzərə alsaq, daxili ərazilərin nə vaxtsa inkişaf edərək sahil üçün bazara çevrilə biləcəyini təsəvvür belə etmək olmur. Bu çoxnəsillik bir layihə olar.

Bu, Çinin yeni problem deyil. XIX əsrdəki Tiryək müharibələri və Britaniyaya qədər  Çin təcrid olmuş və nisbətən birləşmiş idi. Britaniya Çini açanda Çinin sahili ilə daxili bölgələri arasındakı kütləvi qeyri-bərabərlik artdı. Belə ki,  sahil ərazilər daxildən daha çox qlobal iqtisadiyyata inteqrasiya olundu. Hər regionun özünəməxsus marağı olduğu üçün bu regionçuluğa və diktatorluğa gətirib çıxardı. Mao Böyük yürüşlə daxilə girərək, kəndli ordusu yığdı və yerli rəhbərliyi dağıdaraq, Çini bağladı. Çin kasıb, lakin birləşmiş idi. Onun ölümü ilə Çin növbəti dəfə daxil-sahil arasındakı bölgünün artmayacağını güman edərək, özünü açdı.

Bölgünün qalxmasına baxmayaraq, bütün siyasi gedişlər oynanılmamışdı. Belə ki, Kommunist Partiyasının strategiyası müxalifətin istənilən əlamətini əzmək və iqtisadi rəhbərlik arasında kütləvi təmizləmə aparmaqla bunu qabaqlamağa çalışırdı. Bu həm zəngin sahili, həm də kasıb daxili nəzarətdə saxlamaq üçün hazırlanmışdı. Bunun işləyib-işləməyəcəyi əsas daxili təhlükəsizlik qüvvəsi olan Xalq Azadlıq Ordusunun müxtəlif istiqamətlərdə cəhdlər edən qüvvələrə müqavimət göstərə bilmək gücündən asılı idi.  Qeyd olunmalıdır ki, Xalq Azadlıq Ordusunda təmizləmə və yenidən təşkilatlanma təzəcə başlamışdı.

Çinin əsas strategiyası daxilidir.  Onun tək xarici strateji marağı şərqdəki dənizlərdir.

Çinin qlobal ticarət ətrafında qurulmuş həyati dəniz maraqları var. Problem ondadır ki, dəniz yolları daha çox onun yox, Amerikanın nəzarətindədir.  Bundan başqa, Çinin coğrafi problemləri də var. Onun sahil dənizləri Cənubi Çin dənizi, Tayvanın cənubu və şimalında da Şərqi Çin dənizidir. Hər iki dəniz Yaponiyadan tutmuş Sinqapuracan aralarında kiçik keçid olan ada dövlətlərinin arxipelaqları ilə əhatə olunub. ABŞ Hərbi Donanmasının istəyindən asılı olaraq, keçidlər bağlana bilər. ABŞ istəsə, Çini blokadaya sala bilər. Milli strategiyada bacarıq məsələsinə baxanda niyyət məsələsi ikinci dərəcəlidir. ABŞ buna qadir olduğu üçün Çin buna qarşılıq axtarır.

Bir qarşılıq o ola bilər ki, Çin Asiyanın hansısa digər ərazisində hərbi-dəniz bazası yaratsın. Amma ABŞ-ın blokadası ilə həmin bazalarla əlaqənin kəsilə biləcəyini nəzərə alsaq, bu regionda psixoloji durum formalaşdırmaqdan başqa bir işə yaramayacaq. Nəhayət, çinlilər elə bir qüvvə yaratmalıdırlar ki, onun Sakit və Hind okeanlarına çıxışını bağlaya bilməsinlər. Çinlilər ABŞ-ınkına uyğun hərbi dəniz donanması qurmağa çalışırlar, amma buna iki maneə var. Birincisi, hərbi gəmilər qurmaq və onları dəstəkləmək çox bahalı prosedurdur ki, hazırda Çin bütün prioritetini daxildəki daxili məsələlərə verib. İkincisi, gəmi qurmaq hərbi dəniz donanması qurulmasına bənzəmir. Gəmilər donanmaya çevrilməlidir ki, bu da mürəkkəb müharibələrdə iştirak etmiş təcrübəli komandirlər və heyət tələb edir.  Çinin zəif donanma ənənəsi olduğundan, təcrübəsiz o heyəti qurmaq bir nəslin edə biləcəyi bir iş deyil.

Hazırda çinlilər onların ətrafında ABŞ-ın qura biləcəyi blokadanı yarmaq gücündə deyillər. Ona görə Çin indi olduğundan daha güclü görünməyə çalışmaqla vaxt qazanmaq istəyir. Pekin hazırda Şərqi və Cənubi Çin dənizlərində çox da strateji əhəmiyyət kəsb etməyən manevrlər etməklə buna nail olmağa çalışır və əslində bu prosesdə iştirak etməkdən daha çox poz verir. Boşluğu doldurmaq imkanı olanacan Çin bu mövqədə davam edəcək. Bu isə ən yaxşı halda nəsillər çəkəcək və nəzərə almaq lazımdır ki, hazırda Çin ən yaxşı şərtlər daxilində buna çalışmır.

Ona görə də Çinin 3 əsas strateji məcburiyyəti var. Onlardan ikisi daxilidir, biri isə istənilən normal zaman çərçivəsində əlçatmaz olandır. Əvvəla, O, Sincan və Tibet üzərində nəzarəti saxlamalıdır. İkincisi, o, repressiya və təmizləmə ilə rejimi saxlayıb, regionçuluğun qarşısını almalıdır. Üçüncüsü, o, Şərqi və Cənubi Çin dənizlərində əhatələnməsinə həll tapmalıdır. Eyni zamanda o, amerikan müdaxiləsinə cavab verə bilməyəcəyi üçün Amerikanı qıcıqlandırmadan regionda hərbi dəniz donanmasına qadir olduğuna iddia etməlidir.

Çinin geosiyasi reallığı ondan ibarətdir ki, o, daxilən də parçalanmış və təcrid olunmuş dövlətdir.  Ona görə də onun strateji prioriteti daxili stabillikdir. Daxildə təcrid olunma Çin üçün ən pis ssenari olub. Prezident Si Jinpinin (Jinping Xi) hökuməti bu qeyri-sabitliyin qarşısını almaq üçün səylə çalışır və bu da Çinin etdiyi digər şeyləri müəyyən edir. Tarixi presedent göstərir ki, Çin regional dövlət olmaqla yanaşı, daxilən də qeyri-stabil olacaq. Buna görə də, Si çalışır ki, tarixi presedentin qarşısını alsın.

Material Strategiya.az saytının Siyasət şöbəsində tərcümə olunub

Bu məqalə ilk olaraq Mauldin Economics və Corc Fridmanın birgə nəşr etdirdiyi “ Geosiyasətdə bu həftə (This Week in Geopolitics)”də çıxıb. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM