Baş Prokurorluq: Bəzi KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir

19:47 / 19.03.2016

Bəzi kütləvi informasiya vasitələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində sahibkar Yaşar Babayevin külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunması və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Ramil Qədimovun atası Tahir Qədimovun, oğlunun guya ləğv olunmuş MTN əməkdaşları tərəfindən oğurlanması, böhtana məruz qalaraq qanunsuz həbs olunması, eləcə də qeyd edilən idarənin müstəntiqi İbrahim Ləmbəranski tərəfindən qeyri-obyektiv istintaq aparılmasına dair informasiyalar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strategiya.az-a bildiriblər ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən, həmçinin T.Qədimovun iddiaları əsassız olduğundan Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və R.Qədimovun cinayət məsuliyyətindən yayındırılması məqsədi daşıyır.

Qeyd olunanlarla əlaqədar bildirilir ki, haqqında söhbət gedən cinayət işi Xəzər rayonu, Buzovna qəsəbəsində daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan sahibkar Yaşar Babayevin özlərini ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxslər tərəfindən külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunmasına dair şikayət ərizəsi əsasında həmin nazirlik tərəfindən aparılmış araşdırma materialları əsasında 2015-ci il sentyabrın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə başlanıb və istintaqın aparılması idarənin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İ.Ləmbəranskiyə həvalə olunub.

İstintaqla müəyyən edilib ki, Kəlbəcər rayonunun Çərəkdar kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində məskunlaşmış Ramil Qədimov 2015-ci ilin sentyabrında Bakı şəhərində daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan Yaşar Babayevin hədə-qorxu ilə külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, özünü imkanlı şəxs kimi nümayiş etdirmək üçün avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan şəxsdən “Range Rover Sport” markalı avtomobili kirayəyə götürüb. Həmçinin cinayətkar qrup üzvü vasitəsilə mobil telefon nömrələri əldə edərək 2015-ci il sentyabrın 16-da qrupun digər üzvü Vüqar Həsənovun öyrənib ona verdiyi Yaşar Babayevin istifadəsində olan telefon nömrəsinə zəng vurub özünü Dövlət Neft Şirkətində işləyən “Elnur” adı ilə təqdim edərək 1 hektar torpaq sahəsi almaq istədiyini bildirib. Bundan sonra sonuncunun iş yoldaşları İsmayıl Əsgərov və Nurəddin Aydınovla görüşüb, Buzovna və Qala qəsəbələrində yerləşən torpaq sahələrinə baxaraq guya 200 min manat müqabilində Buzovna qəsəbəsindən 8 sot, Qala qəsəbəsindən isə 1 hektar torpaq sahələrini almağı razılaşdırıb. Həmin pulun 50 min manat hissəsini beh kimi ödəmək adı ilə 2015-ci il sentyabrın 17-də qrup üzvləri və şəxsiyyəti istintaqla müəyyənləşdirilən “Samir” adlı şəxslə birlikdə Bakıxanov qəsəbəsində Yaşar Babayevlə görüşüb sonuncunu kirayəyə götürdüyü “Range Rover Sport” markalı avtomaşına əyləşdirdikdən sonra, özünü və avtomaşında olan digər qrup üzvlərini özbaşına vəzifəli şəxs kimi təqdim edərək ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi şöbəsinin əməkdaşları olduqlarını bildirib. Daha sonra Yaşar Babayevin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozub hərəkət sərbəstliyini və azadlığını məhdudlaşdırmaqla istifadəsində olan mobil telefonlarını alıb. Sonra avtomobili ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısına sürərək qeyri-qanuni torpaq alveri ilə məşğul olduğuna görə həbs olunacağı, ofis və avtomobilinə narkotik vasitələr yerləşdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı, təcridxanaya salınmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə ondan 100 min manat məbləğində pul tələb edib.

Yaşar Babayevin 30 min manat məbləğində pul verə biləcəyini bildirməsindən sonra, onu Bakıxanov qəsəbəsinə gətirərək avtomaşından düşürüb qrup üzvü Vüqar Həsənova zəng vuraraq bu barədə məlumat verib. Sonrakı günlərdə də 2015-ci il sentyabrın 28-dək onunla telefon əlaqəsi saxlamaqla və SMS mesajları göndərməklə pulu ödəməyəcəyi təqdirdə gecə ilə zorla evindən götürülüb həbs olunacağını bildirib, hədələrini israrla davam etdirib. Həmçinin razılaşdırdığı 30 min manat pulun ilkin ödəniş 10 min manat olmaqla “Bank Respublika” açıq səhmdar cəmiyyətinin Gəncə şəhərindəki filialında öz adına açılmış hesablaşma hesabına hissə-hissə ödənilməsini bildirməklə, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib.

Qeyd olunan xüsusatlar Ramil Qədimov, Vüqar Hüseynov, zərər çəkmiş şəxs Yaşar Babayev, şahidlər İsmayıl Əsgərov, Nurəddin Aydınov, Zaur Məmmədov və digərlərinin ifadələri, tanınma, üzləşdirmə, ifadələrin yerində yoxlanılması protokolları, mobil telefon nömrələrinin izahlı qaiməsi, antena göstəriciləri və SMS mesajlarının yazılı mətnlərinə baxış, cinayətin predmeti olan pul vəsaitlərinin ödənilməsi üçün Ramil Qədimov tərəfindən bank hesabının açılmasını təsdiqləyən sənədlər və sair sübutlarla təsdiq olunub.

Ramil Qədimov və Vüqar Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İ.Ləmbəranskinin Pirallahı rayon prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar həmin cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin digər əməkdaşına tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevin İbrahim Ləmbəranski ilə qohum olması barədə KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM