ABŞ-ın etibarlı müttəfiq olan Azərbaycanı dəstəkləməsi vacibdir - "The Daily Caller"

13:30 / 24.03.2016

Amerikada nəşr edilən "The Daily Caller" qəzeti avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini dərc edib.

Strategiya/az AZƏRTAC-a istinadən bildirir ki, "Müttəfiqlərimiz dəstəklənməyə layiqdir" adlı məqalədə ABŞ-ın öz müttəfiqlərinə qeyri-proporsional münasibəti ilə bağlı fikirlər açıqlanır. Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşmış C.Emler yazır ki, prezident Barak Obama tez-tez Yaxın Şərq, Əfqanıstan və Afrikada qeyri-sabitlik təhlükəsini xatırladır. O qeyd edir ki, bu regionlar terrorçu qruplaşmalar üçün sığınacaq ola bilər. Lakin hətta terrorizm təhlükəsi olmadıqda belə, sabitliyin yoxluğu etnik münaqişələrlə nəticələnə bilər. Belə münaqişələr keçmiş Sovet İttifaqının, Yaxın Şərqin və Afrikanın müxtəlif regionlarında mövcuddur. Sabitliyin yoxluğunu qeyd edərkən B.Obama "özünü doğrulda bilməmiş dövlətlər"in sayca artmasını nəzərdə tutur. Bu ölkələr qeyri-sabitlik ucbatından faktiki olaraq qanunların icrasını izləyə, öz vətəndaşlarının əmtəə və xidmətlərlə təmin edə, sərhədlərini və ölkənin təhlükəsizliyini qoruya bilmirlər.

Məqalə müəllifi vurğulayır ki, Yaxın Şərq deyilənlərə əyani sübutdur. Bu bölgədə "ərəb baharı" çox tez bir zamanda ümumi etiraz doğurmuş "ərəb qışı"na çevrildi və bunun nəticəsində İraq və Suriya kimi ölkələr xaos girdabına sürükləndilər. Həmin ölkələrdə təhlükəsizlik sisteminin dağılması İŞİD və digər terrorçu qruplaşmalara dayaq mövqelər əldə etmək imkan verdi. ABŞ dünyanın hər bir problemli zonasında təhlükəsizliyin dəstəklənməsindən ötrü real resurslara malik deyil. Deməli, qlobal təhlükəsizliyə öz töhfəsini verən və Amerika ilə eyni dəyərlər sisteminə malik dövlətlərin diplomatik, siyasi və hərbi resurslarla təchizi strategiyasına müvafiq şəkildə hərəkət etmək gərəkdir. Castin Emler yazır ki, bu cür müttəfiqlik meyarına uyğun gələn ölkələrdən biri də Azərbaycandır.

Əgər Azərbaycan xalqı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Qərbə istiqamətlənməsəydi, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan da "özünü doğrulda bilməmiş dövlətlər"dən biri ola bilərdi. C.Emler qeyd edir ki, Heydər Əliyevin liderliyi və davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan təvazökar ölkədən uğurlu dövlətə, habelə texnologiya, energetika, aviakosmik sahələrdə, hərbi sənayedə regionun liderinə və regional iqtisadiyyatın lokomotivinə çevrildi.

Daha sonra müəllif Azərbaycanın terrorizmlə mübarizədə, eləcə də ABŞ və NATO ilə tərəfdaşlıqda Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlarda iştirakı, logistik dəstək və koalisiya qüvvələrinin təyyarələri üçün hava məkanı verməsi, nüvə silahının yayılmasının qarşısını almaqda əməkdaşlığı haqqında məlumat verir. Ekspert Azərbaycanın Avropanın və ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatında rolunu, respublikanın etnik və dini tolerantlıq məkanı kimi tanınmasını xatırladır.

Məqalənin sonunda müəllif yazır ki, ABŞ-ın nəticə əldə etmədən bəzi ölkələr üçün boşuna ayırdığı vəsaitlərin miqdarını göz önünə gətirərək, Birləşmiş Ştatların məhz qarşılıqlı fayda verən və bütün dünyaya xeyir gətirən bir ölkəyə dəstək göstərməsi daha yaxşı olardı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM