"Alparslan Çelik rus pilotu öldürdüyünə görə tutulmayıb"

19:26 / 01.04.2016

Xəbər verdiyimiz kimi, Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. Alparslan Çelik İzmirin Hatay səmtində restoranda yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

A.Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması zamanı paraşütlə xilas olmağa çalışan pilotu qətlə yetirməsi ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi də təqdim edilirdi.

A.Çeliyin İzmirdə 14 nəfər silahdaşı ilə birgə nahar etdiyi haqda məlumat polisə çatdırılıb. Polisə verilən məlumatda iddia edilib ki, Çeliyin də aralarında olduğu 14 nəfər silahlı restoranda əyləşib. Bundan dərhal sonra polis hərəkətə keçib və 14 türkməni həbs edib.

Aparılan araşdırma zamanı saxlanılan 14 nəfərlik qrupdan bir "Kalaşnikov" avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.

Rusiya mətbuatında isə bu xəbər Türkiyə ilə Rusiya arasındakı böhran vəziyyətindən çıxış üçün atılacaq ilk addım kimi dəyərləndirilib. İddia edilir ki, rus pilotunu öldürdüyünü etiraf edən A.Çelikin həbsi, eləcə də R.T.Ərdoğanın Amerikanın Brookings İnstitutundakı çıxışında “bölgədə yaşanan problemlər ölkələrimiz arasındakı işbirliyini məcbur edir” açıqlaması ölkələr arasındakı münasibətlərin yumşaldığını göstərir.

Bundan başqa, Rusiyanın Ankaradakı eks-səfiri Pyotr Steqninin “Çeliyin həbsi doğru yolda atılmış bir addımdır”, - açıqlaması da proseslərin gedişində mühüm detal sayılır.

Bugünkü “Moskovskiy Komsomolets” qəzeti isə “Türkiyə rus pilotunun qatili Alparslan Çeliki Rusiyaya verəcəkmi” başlıqlı bir yazı hazırlayıb. Xəbərdə göstərilib ki, mütəxəssislər Türkiyənin münasibətləri düzəltmək uğruna Çeliki fəda edə biləcəyi ehtimalını inandırıcı hesab etmir. Amma belə bir hadisə baş verərsə, bu, ölkələrarası münasibətləri düzəldə bilər.

Demək olar ki, əksər Türkiyə saytlarının xəbərlərində A.Çelik Milliyyətçi Hərəkat Partiyasının da üzvü və vilayət Gənclər Təşkilatının rəhbəri kimi təqdim olunur. Xəbərlərin başlığında isə “MHP-çi həbs olundu” cümlələri xüsusi qabardılır.

MHP-çi millət vəkili Atilla Kaya isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyanın A.Çeliklə hər hansı münasibəti və təşkilati bir bağlılığı yoxdur: “O, bizim təlimatımızla hər hansı addım atmır. Özünü tanıyıram. Daha öncə Ülkü Ocaqlarına gedib-gəlib. Amma Türkiyə mediasının onu bu şəkildə təqdim etməsi artıq adət halına çevrilib. Hesab edək ki, bir şəxs cinayət əməli törədib. Zamanında isə MHP-nin üzvü olub. Ondan sonra ANAP-a, daha sonra isə AKP-yə keçib. Amma media onu MHP-li kimi təqdim edir. Bu, medianın arzuedilməz adətlərindən biridir”.

Müsahibimiz dedi ki, A.Çelik və onun dəstəsinin gözaltına alınması səbəbləri isə bəlli deyil. Millət vəkili hazırda bu məsələnin araşdırıldığını vurğuladı: “Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var. Çünki dəstə üzvlərinin üzərindən silah tapılıb. Silah daşımaq isə qanunla qadağandır”.

A.Kayanın fikrincə, A.Çeliki rus pilotu öldürməsi ilə bağlı saxlamayblar: “Çünki onun rus pilotu öldürməsi ilə bağlı ortada hər hansı sübut yoxdur. Bu, sadəcə sensasional bir iddiadır”.//Virttualaz.orq


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM