Azərbaycanın siyasi və hərbi gücü qarşısında aciz qalan Ermənistan

09:04 / 04.04.2016

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində, həmçinin beynəlxalq arenada siyasi uğursuzluqlarını ört-basdır etmək üçün növbəti dəfə silahlı təxribata əl ataraq mülki obyektlərimizi və dinc vətəndaşlarımızı da hədəfə aldı.

Lakin rəsmi Yerevanın bu dəfəki özbaşnalığı ona baha başa gəldi. Azərbaycan Ordusu hökumətin siyasi gücünə hərbi güc qataraq düşməni yerinə oturtdu.

Azərbaycanın Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini yenidən bəyan etməsi Ermənistanın istəklərinə uyğun olmadı. Sammitin yekununda liderlərin birgə xatirə şəkli çəkdirdikləri zaman təkcə Ermənistan Prezidenti Serj Sarkisyanın əl sallamaması da onun ümidsizliyindən xəbər verirdi. Vaşinqton-Bakı münasibətlərinin soyuqlaşmasını arzulayan rəsmi Yerevan daha bir ümidini dəfn etmiş oldu.

Regiondakı bütün güclü dövlətlərlə - Rusiya, Türkiyə və İranla münasibətləri yüksək səviyyədə olan rəsmi Bakı ilə müqayisədə Ermənistan işğalçılıq siyasəti ilə özünü beynəlxalq əməkdaşlıqdan təcrid etmiş vəziyyətdədir. Rəsmi Moskva, Ankara və Tehran ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və bunu ikitərəfli və çoxtərəfli formatlarda keçirilən görüşlərlə, həmçinin imzalanmış saziş və müqavilələrlə təsdiqləyirlər. Bu ilin fevral ayında Azərbaycanın İranla imzaladığı “Xudafərin” sazişi də Dağlıq Qarabağ və ətraf rayonların müvəqqəti olaraq Ermənistanın işğalı altında olduğunu göstərir.

Ən əsası odur ki, Ermənistanla müqayisədə Azərbaycan dünya ictimaiyyəti üçün yük deyil, əksinə dünyadakı problemlərin həllində real yardım edə biləcək dövlətdir. Bu ilin fevralında Londonda “Suriyaya və regiona dəstək” konfransında Azərbaycanın iştirakı da bunun bariz nümunəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq terrorçuluqla mübarizədə verdiyi səylər və təşəbüs göstərdiyi layihələr, eləcə də ölkənin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrilməsi də bu silsilədəndir.

Havadarlarına güvənərək dəfələrlə cəbhə boyunca təxribatlara əl atan və yekunda itki verməklə uğursuzluğa düçar olan Ermənistan tərəfi bu dəfə azğınlaşaraq ağır silahlardan istifadə etməklə dinc sakinləri də hədəfə aldı.

Dağlıq Qarabağ məsələsində status-kvonu saxlamaqda maraqlı olan Ermənistanın növbəti silahlı təxribatına Cənubi Qafqazın ən böyük ordusu olan Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz mülki insanları qorumaq üçün əks həmləyə keçərək strateji yüksəklikləri və yaşayış məntəqəsini işğaldan tam azad etdi.

Azərbaycan işağl edilmiş ərazilərini sülh yolu ilə baş tutmayacağı təqdirdə, hərbi yolla da olsa gec-tez qaytaracığını dəfələrlə bəyan etsə də, Ermənistan buna hərbi ritorika kimi yanaşmışdı. Yəqin bundan sonra rəsmi Yerevan fikirlərinə korrektə etmiş olacaq.

Təmas xəttində ağır məğlubiyyət alan düşmən dərhal beynəlxalq təşkilatların qapısını döyərək ənənəvi əzabkeş obrazına girdi. Döyüşlər barədə saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa başladı. Reallıq isə başqadır: döyüşlər işğal edilmiş Azərbaycan torpaqlarında gedir, bu isə o deməkdir ki, bundan əziyyət çəkən məhz bizim mülki şəxslərdir.

Ermənistanın bəzi saytları təmas xəttindəki vəziyyətlə bağlı yalan informasiya yaymaqla erməniləri aldada bilməyəcini görüb veb resurslarında xəbərlərə şərh verilməsi bölümünü yığışdırıb. Onlar azərbaycanlı istifadəçilərin döyüşlər barədə doğru məlumat və linklər paylaşa biləcəyindən də ehtiyatlanırlar.

Artıq Azərbaycan Silahlı Qüvvələri beynəlxalq qurumların təkidli müraciətlərini də nəzərə alaraq işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını açıqlayıb. Bu, Azərbaycanın sülhsevər dövlət olduğunun və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyinin göstəricisidir.

Lakin ən əsası odur ki, bu qərar Ermənistanın vəziyyəti real qiymətləndirməsi və ağlını başına yığması üçün bir şansdır. Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənə unudulmaz dərs verdi. Ermənistanın bu şansdan necə istifadə edəcəyini və verilmiş dərsdən hansı nəticə çıxaracağını isə zaman göstərəcək.

trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM