Azərbaycan Prezidentinin qələbə əzmli döyüş ruhu...

11:32 / 04.04.2016

Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda son bir neçə gündə Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar cəmiyyətin bütün təbəqələri arasında böyük ruh yüksəkliyi yaradıb.

Danılmaz bir faktdır ki, bu gün bütün əhali, yaşından, inancından, siyasi əqidəsindən asılı olmayaraq keçirilən əməliyyatları müsbət qarşılayır və qələbə kimi təbriklərlə qeyd edirlər, bütün şəhidlərimizə rəhmət diləyərək, onların ruhları qarşısında baş əyirlər.

Bir neçə günün tarixinə nəzər salanda görünür ki, son vaxtlar Ermənistanın azğınlaşan təcavüzkar silahlı birləşmələri Dağlıq Qarabağ ərazisində və ümumiyyətlə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti kifayət qədər gərginləşdirdilər.

Aqressivləşən düşmən dinc əhalini belə hədəf seçməkdən çəkinmədi. Onlar yaşayış məntəqələrimizi artilleriya qurğularından, minaatanlardan və iriçaplı silahlardan atəşə tutdular.

KTMT-nin üzvü olmaq bəhanələri, öz havadarlarının köməklərinə hesabladıqları təcavüz siyasətini əldə bayraq edən ermənilər Azərbaycan Ordusunun rəşadəti, hünəri və qələbə əzmi, şəhidlərimizin qəhrəmanlığı nəticəsində geri şəkilməyə məcbur edildilər və rəhbərliklərinin gizlətməklərinə baxmayaraq, strateji mövqeləri itirməklə, çoxsaylı canlı qüvvə və texnikadan itkiyə məruz qalaraq qaçmağa üz tutdular.

Aprelin 2-də hərbi əməliyyatlarla bağlı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Azərbaycan Prezidenti daima Azərbaycan xalqı ilə, onun xoş günündə olduğu kimi, ağrılı-acılı günlərində də bir yerdə olduğunu bir daha sübut etdi.

Cənab Prezident öz çıxışında bildirdi ki, “Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat erməni təxribatına cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Prezidentin bu sözləri Vətən üçün canından, qanından keçməyə hazır olan hər bir Azərbaycan vətəndaşına verilən, Milli Ordumuza verilən yüksək qiymədir. Məhz bu yüksək qiymətə görə, bu gün silah tutmağı bacaran hər bir Azərbaycan vətəndaşı döyüşməyə, təcavüzkarı Vətənimizdən qovmağa hazırdır. İlham Əliyevin döyüş ruhu, qələbə əzmkarlığı bu fikirlərdə öz əksini tapır.

Prezidentin çıxışında bir məqama da nəzər salsaq görərik ki, bu sözlər Vətənini sevən, qələbəni səbrsizliklə gözləyən Ali Baş komandanın dilindən çıxan sözlərdir: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.”

Bu sözlər döğrudan da hər bir azərbaycanlının, ölkəmizin bütün vətəndaşlarının, xaricdə yaşayan həmyerlilərimizin ürəyindən gələn və gözlədiyi ən şərəfli, layiqli sözlərdir. Azərbaycan Prezidentinin çıxışında səslənən bu çağırışlar onun qələbə əzmkarlığından, döyüş ruhundan xəbər verən kəlmələrdir. Bu sözlər Azərbaycanla razılaşmaq istəməyən qara qüvvələrə, antiazərbaycan mövqeyində duran qurumlara çox ciddi bir mesajdır.

İlham Əliyev öz çıxışında bir daha bu məsələyə qayıtdı: “Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”.

Bu məqam isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial, "Torpaq əgər uğrunda ölən varsa, Vətəndir" məhfumunu bir daha gündəmə gətirən, qələbə əzmkarlığını, döyüş ruhunu, mövqeyini əks etdirən çağırışlardır və hər bir Azərbaycan vətəndaşı bununla qürur hissi duyur və fəxarət hissi keçirir. /trend/

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM