Prezident İlham Əliyevin çıxışının tam mətni

15:39 / 26.04.2016

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir.

Forumun açılışında nitq söyləyən Prezident İlham Əliyev qonaqları salamlayaraq belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin böyük şərəf olduğunu, ölkəmizin multikulturalizm dəyərlərini uğurla yaydığını dedi. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdiklərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və İspaniyanın keçmiş Baş naziri Xose Luis Rodrigez Sapateroya təşəkkür etdi. “Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin qovuşuğunda yerləşib, ölkəmiz Şərq ilə Qərb arasında mədəni körpü rolunu oynayıb”, - deyən Prezident İlham Əliyev tolerantlığın və multikulturalizmin Azərbaycanda hər zaman hökm sürdüyünü, bunun bizim böyük zənginliklərimizdən biri olduğunu və bu tarixin bizi fərəhləndirdiyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, 743-cü ildə ən qədim məscidlərdən biri Şamaxıda tikilib, torpağımızda qədim Alban kilsələri olub. Bu gün ölkəmizdəki məscidlər, katolik və pravoslav kilsələri təmir olunur və qorunur. Bu da onu göstərir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir.

Prezident İlham Əliyev bildirdi ki, 2008-ci ildə Azərbaycanın irəli sürdüyü təşəbbüslə Bakıda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının bir çox tədbirləri baş tutub. Ötən il ilk Avropa Oyunları keçirilib, gələn il isə paytaxtımız İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun multikulturalizm dəyələrinin təzahürü olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, dünyanın siyasi xadimləri bu müsbət dinamikaya dəstək verməlidirlər. Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda fəal iştirak etdiyini, 2011-ci ildə ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini deyən dövlətimizin başçısı ötən dövrdə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regional inkişafa töhfə verdiyini, müstəqillik illərində mühüm dövlət təsisatlarının formalaşdığını, bütün azadlıqların təmin edildiyini, siyasi və iqtisadi islahatların aparıldığını diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə məruz qaldığını, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, işğal olunan ərazilərdə hər şeyin dağıdıldığını bildirdi. “Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur”, - deyən dövlətimizin başçısı vurğuladı ki, məsələnin həlli ilə əlaqədar Ermənistana beynəlxalq təzyiq göstərilməli, münaqişə beynəlxalq hüququn normaları çərçivəsində nizama salınmalıdır.

Prezident İlham Əliyev onu da dedi ki, ölkəmiz inkişaf edir. Son illərdə işsizliyin və yoxsulluğun azaldılması ilə bağlı ciddi tədbirlər görülüb, təhsil və səhiyyə problemləri uğurla həll olunub, gender bərabərliyinin təmin olunması, ekoloji problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilib. Ölkəmizin nəhəng enerji və nəqliyyat layihələrinin müəllifi və iştirakçısı olduğunu deyən Prezident İlham Əliyev çıxışının sonunda Forumun işinə uğurlar arzuladı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM