Trampla görüşən azərbaycanlı gözəl kimdir? - FOTOLAR

22:16 / 02.05.2016

Aysel Manafovanın prezidentliyə namizədlə yolları necə kəsişib? 
 
“Respublikaçıların isteblişmenti əndişədədir ki, o, partiyanın ən mümkün namizədidir. Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn Miss İsveç, Miss Argentina, Miss Azərbaycan…”
 
Strategiya.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, bu açıqlamanı ABŞ prezidenti Barak Obama verib. ABŞ prezidenti Barak Obama Ağ Ev müxbirlərinin təşkil etdiyi nahardakı çıxışı zamanı bir neçə siyasətçiyə sataşıb. Onlardan biri də ABŞ prezidentliyinə namizəd Donald Trampdır. 
 
Ölkədəki prezident seçkiləri dönəmində rəqib partiyanın təmsilçisinin, fəaliyyətdə olan prezidentin Donald Trampla bağlı dediyi bu sözlər isə gündəmə bomba kimi düşüb. Seçkiöncəsi namizədlərin bir-biri ilə bağlı sərt, ironik, hətta “qurşaqdan aşağı” açıqlamalar verməsi siyasətin vazkeçilməzidir. Kimin keçmişində hansı “ÇP” varsa, rəqibi ondan məharətlə istifadə edir və bu, pis qarşılanmır. Lakin Obama Trampın rəqibi deyil -  ABŞ-ın ilk qaradərili prezidenti limitini doldurub və seçkilərdə bir daha iştirak etməyəcək. Buna baxmayaraq, hazırda az qala Amerikanın yarısı Trampa rəqib kəsilib -  bir çoxları bu onun ABŞ prezidenti olması perspektivi ilə barışmaq istəmir. Onlardan biri də B.H. Obamadır.  
 
ABŞ mediası bildirir ki, Obama bu zarafatı ilə Donald Tramp-ın Kainat Gözəli (Miss Universe) Yarışındakı fəaliyyətinə “ilişib”.
 
Miss USA – ABŞ Gözəli yarışı, Kainat Gözəli, Dünya Gözəli (Miss World ) beynəlxalq müsabiqəsi ilə yanaşı dünyanın ən böyük gözəllik yarışlarından biridir. Donald Tramp ABŞ Gözəli (Miss USA) klubunun sahib idi.
 
Amma bu açıqlamada azərbaycanlı oxucunun diqqətini çəkən heç şübhəsiz ki, Miss Azərbaycanın da bu siyahıda adının çəkilməsidir. Görünən budur ki, dünyanın ən məlumatlı adamı olan Obama konkret bilgilərdən çıxış edib. Yoxsa onun Azərbaycanın adını çəkməsi mümkünsüz olardı. “Yeni Müsavat” kiçik bir araşdırma ilə Obamanı haqlı çıxardıb. Məlum olub ki, Amerikalı milyarder doğrudan da Azərbaycan gözəllərindən biri ilə görüşübmüş! Obama ölkəmizin adını havadan çəkmirmiş! 
 
Qəzetimiz bu gözəlin kimliyi, onun Trampla görüşü və bu görüşün təfərrüatları ilə maraqlanıb. 
 
Öncə ondan başlayaq ki, “Kainat gözəli -2013” gözəllik müsabiqəsində Azərbaycan ilk dəfə olaraq məhz 2013-cü ildə iştirak edib. Yarışmada ölkəmizi “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edib. Müsabiqə uzun müddət, 60 ildən sonra ilk dəfə Rusiyada gerçəkləşib. 
 
Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçirilən yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutub. Şou iki mərhələdən ibarət olub. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutub. Həmin vaxt müsabiqənin sahibi Tramp Donald mediaya açıqlamasında bildirib ki, təşkilatçılıq yüksək səviyyədədir və öncəki illərdən daha möhtəşəm şou baş tutacaq. 
 
Dünyanın 90 ölkəsindən gözəllərin qatıldığı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edib. "Kainat gözəli - 2013" müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşıb. 25 oktyabrdan paytaxtda promo-həftə keçiriləcək, hər gün qızlar müxtəlif tədbirlərə qatılıblar. 
 
Xatırladaq ki, “Miss Kainat” yarışması 1952-ci ildən etibarən keçirilir. 
 
Fotolardan da gördüyünüz kimi, azərbaycanlı Aysel Manafova da həmin yarışmada iştirak edib. Bəs onun Trampla şəxsi tanışlığı necə baş tutub? Obamanın zarafatla dünyaya ötürdüyü bu məlumatın arxasında nə dayanır? 
 
“Miss Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova açıqlamasında  bildirdi ki, 2013-cü ildə Trampla görüşən azərbaycanlı gözəl Aysel Manafova olub. Onun sözlərinə görə, Tramp  gözələrlə təşkilatçıların təşkil etdiyi partidə bir araya gəlib: “Obamanın istehzası yersizdir. Tramp Miss USA-nın təşkilatçısı idi. O təşkilatçı kimi iştirakçılarla görüşür. Belə axşamlarda o, müsabiqənin iştirakçıları ilə söhbət edir. Burda pis məna ola bilməz. Ola bilər ki, onun daim gözəllərin arasında olmasına istehza edib. Amma o görüşdə pis məqsəd olmayıb”.
 
Müsahibimiz dedi ki, A.Manafova da onlara həmin parti barədə danışıb: “Aysel demişdi ki, orda iştirakçılar, təşkilatçılar var idi. Orda diskoteka olub, fürsət keçirilib. Klassik bir parti. Bizim Azərbaycandan olan gözəlin orda iştirakı da olduqca müsbət haldır. Pis heç nə axtarmaq lazım deyil”. 
 
Əməkdaşımız A.Manafova ilə əlaqə yaradıb, bu görüşün təfərrüatlarını öyrənmək istədi. Amma məlum oldu ki, o, hazırda Bakıda yoxdur və telefonlarına zəng çatmır. 
 
A.Manafova 1990-cı il təvəllüdlüdür, boyunun uzunluğu 1.68 santimetrdir. Gimnastika və üzgüçülüklə məşğul olur.
 
Strategiya.az 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM