“Divarları qapılara çevirək”

09:40 / 17.05.2016

Zöhrə Əsgərova

Yazıçı-publisist

 

Yeni yazım öz məcrasını “Şəhidlər xiyabanı”ndan aldı. Qəlbimdə kövrək duyğular yaşayırdım. Burda “Vətən” kəlməsi daha müqəddəs səslənir. Şəhidlər xiyabanının sükutu da, yanan məşəli də tarixlə nəfəs alır.Yəhudi müdrikləri deyib: “Sükut da danışmağı bacarır.” Bu sükut isə danışan tarixdir.

Mayın 8-də hava tez-rez dəyişməyə başladı. İsti günəşli havanı qəflətən sərin külək əvəz etdi və külək gücləndikcə səma boz rəngə boyandı. Arabir yağış atırdı. Günəş “Şəhidlər xiyabanı”na toplanan insanları isti qarşılasa da, qaralan buludlar arxasından qəmli yola salırdı. Şəhid qanı kimi qırmızı qərənfillər də qəhrəmanlarını qucaqlamaq üçün sanki şəhidlərin uyuduğu yerə tələsirdi. Xiyaban Qarabağ savaşında qurban gedən qəhrəman oğullarımızın son mənzili olsa da, inanırıq ki, nəhayət, torpaqlarımızın təcavüzünə son nöqtə qoyulacaq.

8 may- Şuşanın ermənilər tərəfindən işğal olunan günüdür. Döyüşdə qəhrəmanlığı, qeyrəti ilə seçilən Albert Aqarunovun şəhid olduğu gündür. Dövlətimiz tərəfindən Azərbaycan torpağı uğrunda göstərdiyi fədakarlığa, igidliyə görə ona Milli Qəhrəman adı verilmişdir. Albert əslən yəhudidir, xain ermənilərdən fərqli olaraq o, doğulduğu, yaşadığı torpağın müdafiəsində canından keçmişdir.

8 may “Şəhidlər xiyabanına” Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Yevdayev Milix, şair Yuşbayev Simax Şeyda, politoloq-publisist Reyhan Mirzəzadə, Albert Aqarunovun oxuduğu 154 saylı məktəbin direktoru, şagirdlər, qohumları, “Səbayıl” tank taborunun komandiri Hacı Əzimov və döyüş yoldaşları ilə birgə yığışmışdıq. Vaxtı ikən komandiri Albertlə tanış olarkən ona ilk sualı bu olmuşdu: “Qarabaq uğrunda döyüşməyə səni nə vadar edir?“ Albert cavab vermişdi: “Mən bu torpağın övladıyam, burada doğulmuşam. Atam, anam və babam bu torpaqda yaşayır. Azərbaycan bizim vətənimizdir.” Təsadüfi deyil ki, 2015-ci ildə “Dədə Qorqud” Milli Fondu, Ağsaqqallar Şurasının qərarı və “Azərbaycan dünyası” beynəlxalq jurnalının təşəbbüsü ilə Milli Qəhrəman Albert Aqarunov “Vətən övladı” qızıl ordeninə layiq görülüb. Orden İsraildə qardaşında saxlanılır.

Yeri gəlmişkən qeyd edək ki, hələ 1918-ci ildə Qubada ermənilər tərəfindən çoxlu sayda yəhudi qətlə yetirilmişdi. Məhz erməni fitnəsi, təcavüzü nəticəsində hər iki xalqımızın övladlarının qətliamı törədilmişdir...Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov ixtisasca tarixçidir yəhudi xalqının Qubada qətli ilə bağlı 31 mart 2013-cü ildə AzNews.az-a müsahibəsində bildirmişdir: “Yəhudilər qətliam zamanı Qubanın adlı-sanlı din xadimlərini öz evlərində gizlədirdilər...Bundan xəbər tutan ermənilər isə yəhudiləri də qırmaq taktikası tuturlar...Sonradan mən bununla maraqlandım. Məlum oldu ki, Stepan Şaumyanın oğlu Horen Şaumyan hər dəfə Azərbaycana gələrkən arxivə girirmiş və bir sıra arxiv sənədləri məhz onun

tərəfindən yox edilib...Amma çox şükür ki, Bakı və Qubada yəhudilər tərəfindən bu faktlar gizli olaraq saxlanılıb.”

Ermənilərlə əməkdaşlıqdan imtina edən 3 minə qədər Qubada yaşayan dağ yəhudiləri qətlə yetirilib. Cinayətlərini ermənilər ört-basdır etmək üçün bildirirlər ki, guya ləzgilər yəhudiləri məhv etmək istəyir, ona görə də bolşeviklər və daşnaklar Qubada yəhudiləri qorumağa gəlmişdilər. Erməni yalanlarının çoxəsrlik tarixi ilbəil öz gücünü itirməkdədir. Hər bir fikrin arxasında əməllər dayanır, özü də tarixlə təsdiq olunmuş əməllər...

Bizim ərazimizdə 80-ə yaxın müxtəlif millətlərin və etnik azlıqların nümayəndələri yaşayır. Qədim ərazilərimizdə məskunlaşmış xalqların dini inancları, adət və ənənələri ilə bağlı müqəddəs ocaqlar mövcuddur. Azərbaycan dövləti din sahəsində öz tolerantlığı ilə nəinki regionda dünyada tarazlaşdırılmış siyasət yürüdür. Bakı, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir.Tarixə nəzər salsaq, 25 əsrdir ki, yəhudilər Azərbaycan torpağında əmin-əmanlıq şəraitində yaşayır. Bu, həqiqətdir ki, Azərbaycanda heç vaxt antisemitizm siyasəti mövcud olmayıb. 1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr cəmiyyəti təsis edilmiş, 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulmuşdur.

7 aprel 2011-ci il tarixində Bakıda keçirilən “Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu”nda Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin çıxışından: “...necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin...Başqa dinin tarixi və dini abidələrinə hörmət ilk növbədə öz dininə olan hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdir. Biz Azərbaycanda bunu belə başa düşürük...”

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq istifadəyə verilib. O vaxtdan Milix Yevdayev sinaqoqa sədrlik edir. 2011-ci ilin “Roş-a-Şana” bayramından başlayaraq və bu günədək “Sukkot, Simxat-Tora, Xanuka, Purim, Reysax, Şavuot kimi bayramlarda sinaqoqda tədbir iştirakçıları üçün süfrələr açılır.

8 may Şəhidlər Xiyabanından qayıtdıqdan sonra Milix Yevdayevin qonağıyıq. Bu neçə saat ərzində Milix müəllimin geniş dünya görüşü, müdrik fikirləri, hər cümlədən bir azərbaycan dilində səsləndirdiyi şeirlər bizi heyran etdi. 02.12.2015-cil tarixində ”Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılovun onun haqqında yazdığı fikirlərə müraciət edək: “Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyri-adi düşüncəyə malik və yüksək intellekt sahibi olan, insanlığı, xeyirxahlığı ilə seçilən lider və şərəfli şəxsiyyətdir. İnsanlara yaxşılıq etmək ona Allahdan verilən vergidir...Milix Yevdayev bu gün hər bir kəsi narahat edən Qarabağ müharibəsindən, onun həlli yollarından danışdı. Ömründə izləri qalan, lakin bu gün dünyada olmayan gözəl dostlarını xatırladı.”

Heydər Əliyev Fondunun “Azərbaycan Parisin qəlbində” adlı layihəsi çərçivəsində “Dini toleranntlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” adlı Paris konfransında Milix Yevdayev öz çıxışında qeyd etmişdir: “Biz, dağ yəhudiləri özümüzü Azərbaycansız təsəvvür edə bilmirik. Düzdür, bir çox azərbaycanl yəhudilər başqa ölkələrə köçmüşlər. Buna baxmayaraq, hər hansı

bir yəhudidən soruşsan ki, milliyyətin nədir, öz yaşına baxmayaraq onların hər biri cavab verər ki, azərbaycanlıyam. Azərbaycan bizim vətənimizdir.”

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Milix müəllimin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirmişdir: “Ö, öz yorulmaz işi ilə sinaqoqda ibadətlərin hər gün vaxtlı-vaxtında yerinə yetirilməsinə, bayram şənliklərinin yüksək səviyyədə keçirilməsinə, bir sıra icma üzvlərinin öz tarixi mənbələrinə, yəni inanclarına qayıtmasına nail olmuşdur. Qısa bir müddət ərzində sinaqoqa 3 müqəddəs Tövrat gətirilmişdir...Milix Yevdayev Azərbaycanda fəaliyyətdə olan digər dini konfensiyalarla sıx əməkdaşlıq və qardaşlıq münasibətləri yaradaraq bu əlaqələri yüksək bir səviyyəyə çatdırmışdır. Bütov Azərbaycan cəmiyyətinə mənəvi-əxlaqi inteqrasiya və azərbaycanlıların vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində onun xidmətləri danılmazdır.”

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin: “Tolerantlıq- yüksək mədəniyyətin nəticəsidir” fikirləri bu gün Azərbaycanda bir daha öz təsdiqini tapır. Ölkəmizdə iki yəhudi məktəbi, bir neçə məktəbəqədər uşaq müəssisələri fəaliyyət göstərir.

Bakı Dağ Yəhudiləri Dini İcmasında Fransa, Amerika və İsrail yəhudilərinin nümayəndə heyətləri olmuş, İsrailin Xarici İşlər Naziri A.Liberman sinaqoqa baş çəkmişdir. Qeyd edək ki, Milix Yevdayev xarici ölkələrdə daima Azərbaycanın milli maraqlarını, siyasətini dəstəkləmiş, Qarabağ torpağının ermənilər tərəfindən işğalını pisləmişdir.

Fərəhli haldır ki, Milix Yevdayev Azərbaycanda dini tolerantlığın layiqincə təşkilinə və dünyada təbliğinə görə “Vətən övladı” ordeninə layiq görülüb. Səmimi qəlbdən onu -“Vətən övladı”mızı doğma adla təbrik edirik.

“Şəhidlər Xiyabanın”da, Milix müəllimin otağında tanınmış şair Simax Şeyda ilə görüşümüzün ayrı bir sevinci var idi. Əslində onun haqqında məqalə deyil, kitablar yazmaq olar. İki xalqımız arasında dostluğa xidmət edən ziyalımızı oxucularımızla daha yaxından tanış etmək lazımdır. O, əsl Azrəbaycan şairidir. İkinci dünya müharibəsinə həsr etdiyi “Topçu Həsən” poemasını müharibədə Stalinqrad döyüşlərində qəhrəmanlıqla vuruşan atası Barux Yaqub oğlu Yuşvayevə ithaf etmişdir. 2013-cü ildə çapdan çıxan “Topçu Həsən” kitabının ön sözündə müəllif yazır: “...Topçu Həsən mənim sevdiyim, əzizlədiyim, ağır-ağır döyüşlərdən çıxardığım qəhrəmandır. Əziz oxucular, mənə elə gəlir ki, siz də onu sevəcək, keçdiyi döyüş yolunu maraqla izləyəcəksiniz. Bu əsəri ona görə yazdım ki, sizin görmədiyiniz Böyük Vətən Müharibəsi haqqında təəssüratınız olsun, qəlbinizdə bütün müharibələrə nifrət oyansın.” Böyük həcmli poema azərbaycanlı oğlu Həsənin müharibədə göstərdiyi igidliklərdən bəhs edir.

Simax Şeyda deyərkən, gözlərimiz önünə onun uşaqlar üçün yazdığı kitablar gəlir. Onun 3 cildlik kitablarında Azərbaycana olan sevgisi səmimi hisslərlə verilmişdir. Hal-hazırda o, Münxen şəhərində yaşayır. Simax Şeyda Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək antalogiya tərtib etmişdir.

Azərbaycan və yəhudi xalqlarının vətənpərvər şairi 80 yaşında da yazıb yaratmaq həvəsi ilə yaşayır. Yeri gəlmişkən, 80 illik yubileyi münasibəti ilə Simax müəllimi kitablarının, şəxsiyyətinin pərəstişkarları adından səmimi qəlbdən təbrik edirik. Mən Simax müəllimi şəxsən tanıdığım üçün onun ali insani keyfiyyətlərinin şahidiyəm. Onun kimi mehriban, səmimi ziyalılara həmişə mənəvi ehtiyacımız var. Simax müəllim kimi insanlar canlı kitabdır, gənc nəslin tərbiyəsində canlı nümunədir, bu şəxsi keyfiyyətlər isə vacib şərtlərdən biridir. Aprel, may aylarında Simax müəllim Bakıda olarkən politoloq-publisist Reyhan Mirzəzadənin onun 80 illiyi münasibəti ilə təşkil etdiyi tədbirlərdə fəallığını, zəhmətini xüsusi qeyd etmək lazımdır.

Bununla yanaşı Simax Şeydanın sözlərinə gənc bəstəkar İlahə Qismət isə musiqi bəstələyib. Yeni mahnının klipi hazırlanır. İlahə Qismətin bundan əvvəl İsrail-Azərbaycan dostluğunu tərənnüm edən musiqisi ilə tanış olmuşdum. Olduqca vətənpərvər ruhda çəkilən klipdə mahnını İlahə Qismət İsrail müğənnisi Araz Həsənoğluyla birlikdə oxuyur. 28 may tarixində Akko və digər şəhərlərdə klipin təqdimatı keçiriləcək.

Yazım “Divarları qapılara çevirək” adlanır. Bu təsadüfi deyil. Bu müdrik fikirlər qollarından və ayaqlarından anadangəlmə məhrum olan Nik Vuçiçə məxsusdur. O, nə siyasətçi, nə də dini liderdir, əli olsaydı belə silahdan atəş açıb insanların həyatına son qoymazdı. Nik insanlara məhəbbət aşılayır, onunla görüşə milyonlarla insan can atır. Onu köksünə sığmaq istəyənlər çoxdur. Xüsusilə, dünyada müharibələrin tüğyan etdiyi bir zamanda Nik Vuçiç həyatda üzərinə düşən müqəddəs missiyanı dərk edir. İnsanları sülhə, mərhəmətə və saflığa doğru dəvət edir. Vay o günə ki, qəddar, məkrli əllər insanların ümid qapılarını ermənilər kimi divarlara çevirə. Azərbaycanın sərhədlərində ermənilər tərəfindən güllə yağmuru səngimək bilmir...Düşmən öz müdafiəsi üçün söz tapmayanda həmişə silaha daha çox üstünlük verir. Silah dili isə insanları birləşdirən, həmrəy edən ünsiyyət vasitəsi deyil. Nəhayət, düşmənin “hördüyü divarları” yarıb ümid qapılarını açmaq, Qarabağı özümüzə, qədim tariximizə qaytarmaq vaxtı çatmışdır.

Simax Şeydanın uşaqlara həsr etdiyi “Nağıl istəyən qız” kitabını kaş erməni uşaqları oxuya biləydi. Kaş erməni uşaqları nənə və babalarının uydurduğu yalanı- “türk erməninin düşmənidir” fikrini təkzib edəydi, yalanı həqiqətdən ayırmağı bacaraydı. Heç olmasa Nik Vuçiçin çıxışlarını izləyəydi, çünki orda siyasət əvəzinə insanlığa səmimiyyət, gələcəyə ümid, həmrəylik, məhəbbət aşılanır. Erməni uşaqları əsl tarixlə tanış olsunlar, ermənilər heç vaxt Qafqazın qədim, yerli əhalisi olmayıb. Erməni rejissoru Robert Saakyantsın 2006-cı ildə uşaqlar üçün çəkdiyi “Evə dönüş-2050” cizgi filminə aldanmasın. Bitlisə nə vaxtsa qayıdacaqlarına ümid edirlər. Uşaqları inandırmağa çalışırlar ki, 2050-ci ildə Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” bərpa olunacaq və xəritəsini də təqdim etməyi unutmayıblar. Uşaqları yalan danışmağa, yalanı həqiqət kimi təqdim etməyə məcbur etmək ən böyük günahdır. Olmuş əhvalatı xatırladım: 1989-cu ildə “Axır çərşənbə” günü Tuğ kəndində yaşayan Tamara adlı erməni qadının elektrik xətlərinin qısa qapanması nəticəsində evində yanğın baş verir. O, əvvəlcə hadisəni olduğu kimi etiraf edir. Bildirir ki, yanğına tok səbəb olub. Üstündən bir neçə gün keçəndən sonra əvvəlki fikrini danır və erməni yalanını işə salır: “Mən tok yox, “tork”

(yəni türk) demişdim, evimi tork yandırıb”, -deyə israr edir. Həmin qadın da uşaqlıqda valideynlərinin yalan təbliğatını yeni yalanlar hesabına davam etdirirdi.

Erməni siyasətçiləri Qara dənizi, Qarabağı özünküləşdirmək xülyası ilə Böyük Ermənistanı da gərək “Qara Ermənistan” adlandıraydılar...Türkcə “qara” “böyük” deməkdir. Erməni siyasətinin qarabasmaları artıq həqiqət işığında yox olmaq üzrədir. Qarabağ ermənilərə məxsus olsaydı əvvəldən o erməni dilində “Mezaygin” adlanardı...Şərəfli həyat yaşamaq hər kəsə müyəssər deyil.

Bir haşiyəyə çıxım. Dünyanın ən məşhur caz ustası Lui Armstronq ömrünün sonuna qədər boynunda Davudun ulduzunu gəzdirib. Bu, onu öz doğması kimi böyüdüb ərsəyə gətirən yəhudi valideynlərinə göstərdiyi məhəbbət və hörmətdən irəli gəlmişdi. Bu haqda oxuyanda Lui Armstronq təkcə istedadlı müğənni kimi deyil, ləyaqətli, nəcib şəxsiyyət kimi də nəzərimdə ucaldı. Onun ən məşhur mahnılarından biri Musa peyğəmbər haqqındadır.

Sevimli şairimiz Simax Şeyda da bəşər övladı kimi düşünür. Şeirlərində günəş doğur, sevinc, həyat eşqi bulaq kimi çağlayır. O, insanları milliyyətindən asılı olmayaraq sevməyi, dəyərləndirməyi bacarır. Doğulub böyüdüyü Azərbaycana olan məhəbbəti isə bitib-tükənmək bilmir. Məhz bu cəhətdən o, ikinci doğma azərbaycan dilində yazıb yaradır. Vətənimizin qəhrəmanları ona doğma və əzizdir. Azərbaycanın bütövlüyünü görmək arzusu yəhudi dostumuzun, azərbaycanlı şairimizin insan kimi bütöv şəxsiyyət olduğunu bir daha sübut edir. O, “Qəhrəman Mübariz” şerində erməni əsgərlərini müharibədən çəkindirir, nahaq qan tökülməsini istəmir:

Gəlmə düşmən, Vətənimə,

Gəlmə yaxın.

Mübariz tək oğlu çoxdur

Bu torpağın.

Simax müəllim, nə yaxşı ki, Azərbaycanda Çingiz, Robert, Mübariz kimi qeyrətli oğullar var və gələcəkdə də belə qəhrəman övladlarımız doğulacaq. Sevindirici haldlr ki, sizin kimi dostlarımız istər Azərbaycanda, istərsə də uzaq ölkələrdə bizimlə həmrəylik göstərib tədbirlərimizə dəstək olurlar.

Erməni siyasətçilərinin, daşnakların ortaya atdığı “erməni məsələsi” isə öz xalqına məhəbbətdən deyil, çirkin siyasətdən yaranmışdır. Tarixdən məlumdur ki, ədalətsiz, xain, qərəzli məqsədlər daşıyan siyasət gec-tez fiaskaya uğrayıb.

Təəssüf ki, siyasət meydanında “dost” düşmənlər və düşmən “dostlar” az görmədik. Əslində “dost” sözü heç vaxt dırnaqda yazılmır. Bu aforizmi unutmayaq: “Hətta tarixi saatların da öz saatsazları var.” Erməni kimi düşmənimiz olsa da qəlbi Azərbaycan xalqının qəlbi ilə bir döyünən yəhudi xalqı, yəhudi dostlarımız var. Düşmənlərimiz dostluğa qarşı xəbis niyyətlə

qurduğu divarlar arxasında həmişəlik qalacaqdır. Qədirbilən dostlarımızın isə üzünə məhəbbət qapılarımız həmişə açıqdır. Sokratın sözüdür: “Özünü yox, həqiqəti müdafiə et.”


Etiket:

Strategiya.az

Xəbərlər
06.12.2019

Hollandiyada cinayətkar qıtlığı: Həbsxanalar bağlanır

06.12.2019

Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi

06.12.2019

Alkoqolsuz içki istehsalı sexində iyrənc mənzərə 

06.12.2019

Bu marşrut üçün yeni istiqamət müəyyən edildi

06.12.2019

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

06.12.2019

Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib

06.12.2019

Prezident İlham Əliyev: Biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik

06.12.2019

Şahmatçılarımız qitə çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər

05.12.2019

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

05.12.2019

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib

05.12.2019

Prezident İlham Əliyevin müsahibəsi “Rossiya-24” telekanalının “Bakutel-2019” sərgisi ilə bağlı reportajında yer alıb

05.12.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05.12.2019

Bələdiyyə sədrinə “məcburi göstəriş”

05.12.2019

Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib

05.12.2019

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi - SƏRƏNCAM

05.12.2019

Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq

05.12.2019

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

05.12.2019

“Boeing”in baş mühəndisi istefaya getdi

05.12.2019

Zakir Həsənov Pakistan səfiri ilə görüşüb

05.12.2019

"Manenin dördüncü olması ayıbdır" - Messi

05.12.2019

Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik

05.12.2019

Xaricdən alınan telefon xarab olduğu halda yenisi ilə əvəzlənsə, ikinci dəfə qeydiyyat rüsumu ödəməliyikmi?

05.12.2019

Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanılıb

05.12.2019

Baş nazirin qərarı kərə yağının bahalaşmasının qarşısını alacaq - RƏSMİ

05.12.2019

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

05.12.2019

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

05.12.2019

Faşist ideologiyası Ermənistanda dövlət tərəfindən dəstəklənir

05.12.2019

Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir

05.12.2019

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

05.12.2019

DİM sədri: "Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir"

05.12.2019

Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var

05.12.2019

Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq

05.12.2019

Sabahın hava proqnozu açıqlanıb

05.12.2019

Vağzaldan üz döndərən sakinlər - Buna səbəb nədir? - VİDEO 

05.12.2019

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

05.12.2019

Bakıda direktor işdən çıxarıldı - Şagirdlərə qanunsuz attestat verdiyi üçün

05.12.2019

Azyaşlını hədələyib soydular

05.12.2019

Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı

05.12.2019

Ermənistanda nazir müavini həbs edildi

05.12.2019

Baş Prokurorluq: Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir

05.12.2019

Xalq artisti Əlibaba Məmmədov - Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

05.12.2019

XİN rəhbərlərinin görüşü 3 saatdan çox davam edib

05.12.2019

Azərbaycan neftinin bir barrelinin qiyməti 68 dolları ötüb

05.12.2019

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı

05.12.2019

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

05.12.2019

Almaniya NATO-nun əsas düşməninin adını açıqladı

05.12.2019

Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı

05.12.2019

Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək

05.12.2019

Qubada evdən oğurluq edən şəxs saxlanılıb

05.12.2019

Serj Sarqsyana qarşı cinayət işi açıldı