Ramazan ayında gündəlik ediləcək dualar

09:00 / 29.05.2016

Birinci günün duası -İlahi, bugünkü orucumu həqiqi oruc tutanların oruclarından et! Məni qəflətdə olanların qəflət yuxusundan oyat və bağışla!

İkinci günün duası - İlahi, bu gündə məni Öz qəzəbindən uzaq et! Quranı oxumağa, dərk etməyə və buyruqlarını yerinə yetirməyə müvəffəq et!

Üçüncü günün duası - İlahi, bu gündə mənə aydınlıq ver, boş danışıqlardan qoru. Hər bir xeyirdən mənə də nəsib et, ey ehsan edənlərin ən yaxşısı!

Dördüncü günün duası - İlahi, bu gündə göstərişlərini icra etmək üçün mənə güc ver! Sənə şükür etməyi mənə ilham et və eyiblərimi aradan götür!

Beşinci günün duası - İlahi, bu gündə məni bağışlanmaq istəyənlərdən və saleh şəxslərdən et!Ey rəhm edənlərin ən rəhimlisi!

Altıncı günün duası - İlahi, bu gündə məni günah etdiyimə görə rüsvay etmə, cəzalandırma. Mənə qəzəbinə səbəb olan şeylərdən uzaq et!

Yeddinci günün duası - İlahi, bu günün orucunu tutub, ibadətlərimi yerinə yetirməkdə mənə kömək et. Bol ruzi nəsib et və yolumu azmağa qoyma!

Səkkizinci günün duası - İlahi, bu gün yetimlərə rəhm, ehtiyaclılara yardım etməyi, salam verməyi, yaxşı insanlara yoldaş olmağı mənə nəsib et!

Doqquzuncu günün duası - İlahi, bu gündə etdiyim səhvlərə görə məni bağışla və rəhmətini məndən əsirgəmə. Məni gözəl işlər görməyə sövq et!

Onuncu günün duası - İlahi, bu gündə məni sənə təvəkkül edənlərdən, Səndən heç vaxt ümidini kəsməyənlərdən et. Qəlbimi rahat et!

On birinci günün duası - İlahi, bu gündə yaxşılıq etməyi mənə sevdir, pis işlərə qarşı nifrət yarat. Qəzəbini məndən uzaq et!

On ikinci günün duası - İlahi, bu gündə məni şükür edənlərdən, ədalətli və insaflı et və qorxduğum hər şeydən qoru! Ey gözəl Allahım!

On üçüncü günün duası - İlahi, bu gün məni bütün çirkinliklərdən təmizlə. İnsanlara olan qorxumu yox et. Sənə olan qorxumu isə gücləndir!

On dördüncü günün duası - İlahi, bu gün xətalarıma görə məni cəzalandırma. Valideynlərimə qarşı mərhəmətli et, bəlalara düçar etmə!

On beşinci günün duası - İlahi, bu gün məni kinli olmaqdan, kiminsə qeybətini etməkdən çəkindir! Ey böyük kərəm sahibi!

On altıncı günün duası - İlahi, bu gün məni yaxşı insanlarla əhatə et, pislərdən isə qoru! Mərhəmətini əsirgəmə, Cənnəti mənə nəsib et!

On yeddinci günün duası - İlahi, bu gün məni söyüş söyməkdən, qəlb qırmaqdan, yalandan uzaq et. Bütün günümü xeyir işlərlə bəzə!

On səkkizinci günün duası - İlahi, məni bu gündə səhərin bərəkəti üçün oyat. Bütün bədən üzvlərimə, əzalarıma Sənə itaət etməyi əmr et!

On doqquzuncu günün duası - İlahi, bu gün mənə bərəkət yetir, oruc tutmaq üçün güc, səbir, sağlamlıq bəxş et. Məni haqq yoluna yönəlt!

İyirminci günün duası - İlahi, bu gün Cənnət qapılarını üzümə aç. Məni qonşularıma, qohumlarıma qarşı mehriban, güzəştə gedən et!

İyirmi birinci günün duası - İlahi, bu gün məni düz yola yönəlt. Şeytanın mənə hakim olmasını qoyma! Məni Cəhənnəm odundan qoru!

İyirmi ikinci günün duası - İlahi, bu gün üzümə xeyirli qapıları aç! Evimi, işimi bərəkətli et! Xəstəlikləri, əzablı ölümü qismətimə yazma!

İyirmi üçüncü günün duası - İlahi, bu gün məni günahdan təmizlə, qəlbimi Allah qorxusu ilə saflaşdır. Ey Qadir Allah, məni günahdan uzaq et!

İyirmi dördüncü günün duası - İlahi, bu gün canımı sağ et. Elə et ki, nəfsimə tabe olmayıb güclü olub Sənin dediklərinlə oturub-durum!

İyirmi beşinci günün duası - İlahi, bu gün məni Həzrət Məhəmmədin sünnətinə əməl edənlərdən et. Buyruqlarını sevgilə etməyi nəsib et!

İyirmi altıncı günün duası - İlahi, bu gün savab əməllərimi mükafatlandır, günahlarımı bağışla və bütün eyiblərimi pərdələ!

İyirmi yeddinci günün duası - İlahi, bu gün bilərək və bilmədən etdiyim günahlarımı bağışla, çətinliklərimi asanlaşdır. Mənə uzun ömür ver!

İyirmi səkkizinci günün duası - İlahi, bu gün xeyir işlərimi artır, bütün dualarımı eşit. Ailəmi, sevdiklərimi qoru, məni onlardan ayırma!

İyirmi doqquzuncu günün duası - İlahi, bu gün şəxsi həyatımı, işimi uğurlu et. Elə et ki, ən kiçik günah gözümdə böyük görsənsin və günah etdikdə dərhal tövbə edib Sənə qayıdım!

Otuzuncu günün duası - İlahi, tutduğum oruclarımı qəbul et. Dilimdən, əlimdən pislik gəlibsə, məni bağışla. Ramazan boyu dilədiyim arzularımı çin et! Həmd olsun Allaha!
islam.az


 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM