Rayon sakini, 1983-cü il təvəllüdlü Anar Məmmədov qolunun müxtəlif nahiyələrinin kəsilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, A.Məmmədov rayonun Quşçu kəndində olan kafelərin birində stəkan sındırdığına görə həmkəndliləri tərəfindən döyülüb və o, bundan hiddətlənərək özünə xəsarət yetirib.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)