“Əri qızımı döyərək öldürüb, məmurlar isə ört-basdır edir” - 2 uşaq anasının müəmmalı qətli

13:22 / 17.06.2016

Sabunçu rayon, Savalan qəsəbəsinin sakini Samirə Mikayılova əri Mikayılov Yasin Mirzə oğlu tərəfindən öldürülüb.

Strategiya.az bildirir ki, bu barədə AzNews.az-a mərhumun atası Sabir İsmayılov məlumat verib. Onun sözlərinə görə, hadisə martın 23-də baş verib. Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Samirə Mikayılovanın ölüm faktıyla bağlı rəy verib. 

Rəydə mərhumun bədənində 3 gün əvvələ aid izlər müəyyən edildiyi yazılıb: “Morqun həkimi Seyid Aslanla şəxsən görüşdüm. Dedi ki, həmin gecə meyiti özüm müayinə etmişəm. Meyitin başına küt alətlə vurulub, qansızma var. Həkim rəyində yazıb ki, qızın bədənindəki qançırlar ölümündən 3-4 gün əvvələ aiddir. Lakin ölümündən az əvvəl başında, ürəyində, ciyərində və böyrəyində və mədəaltı vəzində travmalar yaranıb. Qançırlar olan şəkillərin hamısını da göstərdi. Lakin rəydə həm də zəhərlənmə faktının olduğu qeyd olunub. İndi isə həkimi sıxışdırırlar. Deyirlər guya, istintaqın sirrini açıb. Mən qızımın başına gələn şeydən xəbərsiz olmalıyam?”

S.Mikayılovanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda 126.3-cü maddəylə cinayət işi açılıb. Ölüm faktında təqsirli bilinən Yasin Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Mikayılovların 2 – 3 və 5 yaşlarında oğlu var. S.İsmayılovun sözlərinə görə hadisə baş verən zaman evdə kənar adam olmayıb. Yasin Mikayılov izahatında yoldaşının divandan yıxıldığını bildirib. Onun ailəsi isə iddia edir ki, qız zəhərlənib: “Əvvəl dedilər ki, guya, qızım “Nurofen”dən (Ağrıkəsici dərman, adətən uşaqlar üçün istifadə olunur - red.) dərmanından dən zəhərlənib, sonra bir soyuqdəymə dərmanının adını çəkdilər ki, ondan ölüb. Dərman zəhəri adamı 1 saata öldürməz axı. Yox, əgər çox atıbsa, demək ki, onu özünüöldürmə həddinə çatdırıblar. Bunlar araşdırılmalıdır”.

Qızının zəhərlənmədən ölmədiyi və onu ərinin öldürdüyü fikrində olan ata Sabunçu rayon Prokurorluğuna yollanıb. Prokurorluqda isə zəhərlənmə faktının daha üstün olduğunu deyiblər. S.İsmayılov prokurorluğun böyük müstəntiqi Ceyhun Hümbətovun cinayət işini zəhərlənmə faktı ilə ört-basdır etmək istəyindən şübhələrək, Respublika Prokurorluğuna şikayət edib: “Sabunçu rayon Prokurorluğunda işi zəhərlənmə adıyla bağlayıb, qızımın ölümünə səbəb olan ərinin günahsız olduğunu sübut etmək istəyirdilər. Ona görə şikayət etdim. İş oradan alınıb Bakı şəhər Prokurorluğuna verildi. Hazırda cinayət işinə müstəntiq Hafiz Əliyev baxır”.

Sabir İsmayılov bəzi məqamların qaranlıq olduğunu deyib: “Məni maraqlandıran odur ki, əgər, qızım xəstələnmişdisə, niyə bizim xəbərimiz olmayıb? Zəng vurub ailəsinə xəbər verəydilər.

İkincisi, niyə hadisə olan kimi təcili tibbi yardıma məlumat verilməyib və xəstəxanaya taksi ilə aparıblar? Sabunçu ilə Savalanın arası çox azdır. Lakin Sabunçu xəstəxanasına deyil, Maştağa xəstəxanasına aparılıb. Maraqları nə imiş? Bütün bunlar müəmma olaraq qalır”.

Mərhumun atası qızının ailəsində hər zaman problemlər olduğunu, onun əri tərəfindən öldürülməsinin heç bir şübhə doğurmadığını əlavə edib: “2010-cu ildə ailə qurublar. Ailələrində problem var idi. Bizimlə əlaqə saxlamağa icazə vermirdilər. Adi telefonla danışmağa belə qoymurdular. Dəfələrlə qızımı vurmuşdu. Yoldaşımı götürüb gedib qızımı gətirmək istəyirdim, amma qız özü qoymurdu. Deyirdi nə vaxtsa düzələcək. 6 il ərzində 2 dəfə gəlmişdi bizə. Son dəfə martda gəlmişdi. Martın 21-də ad günü idi, zəng etdim, təbrik etdim, 23-ü qızım öldü”.

Sabir İsmayılov bildirib ki, yaxın günlərdə prezident İlham Əliyevə məktub ünvanlayaraq, ondan zəhərlənmə adıyla qızının qanını batırmağa çalışan bəzi məmurların cəzalandırılması, işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM