ÖZ BİLDİYİ KİMİ İNANANLAR

13:14 / 04.12.2013

    Siyasətçi, ədəbiyyatçı, musiqiçi, sahibkar, işçi, məmur hansı cəmiyyətin içində olduğunu dərk etməyəndə özünü tapa bilmir. Çevrədə baş verənlərin axarına düşüb havalı gəzən insanların sırasına düzülür. Çoxumuz normal nəqli cümlədə nə istədiyimizi ifadə edən fikri bitirə bilmirik. Çoxumuzun qoyduğu sualların tərtibatı cavab verməyə uyğun gəlmir.

Bəs nə baş verir? O baş verir ki, hamı cəmiyyətdəki birgəyaşayış qaydalarının hansısa naqisliklərlə dolu olduğunu duymağa başlayır və onların dəyişməsi üçün yavaş-yavaş səsini çıxarır. Bu baxımdan yazarların kampaniyası tam yerinə düşdü. Adını daha sərt seçmək olardı: "Vəhşilikdən imtina aksiyası!" Yaxud tez-tez səslənən azyaşlı qızların ərə verilməsindən daha acınacaqlısı kiçik yaşlı qız uşaqlarının "mələk" qiyafəsində bu dəlixana toy məclislərini axşam saatlarında feyziyab etməsinə etiraz kampaniyası. Digər tərəfdən, xatırladım ki, Azərbaycanda çox az adam yaxınları ilə "Bar" yazılan yerlərə ayaq basır. Ancaq bugünkü toy formatlarının bar formatından fərqi nədir?

Ancaq yenə də yazarlar tərəfindən problemin qoyuluşu etirazdan məsələnin həllinə gətirəcək doğruluqda deyil. Hamı gözəl bilir ki, Azərbaycanda toyların da, yasların da bu üslubda davam etməsi birbaşa inhisarçılıqla bağlı məsələdir. Bu imtinadan öncə alternativlərin olması vacib. Toyu, yası adamlar başqa cür necə keçirsinlər? İnhisarçı şadlıq evləri, inhisarçı mərasim yerləri, inhisarçı çadır sahibləri menyudan heç nəyi çıxarmırlar, qiymətdən heç nəyi azaltmırlar, adam hansı seçimi etmə imkanına sahib? Qanunvericilik səviyyəsində də bu məsələyə ona görə toxunulmur ki, bu obyektlərin böyük əksəriyyəti ayrı-ayrı məmurların vəzifədən kənar gəlir yerləridir. Hələ bu harasıdır? Toyun keçirilmə qaydasından başqa, mənası da itib. Ötən gün bir toy məclisində aparıcı bir ağsaqqala söz verdi. Söylədi ki, indi ağsaqqalımız xeyir-dua verəcək. Ağsaqqal mikrofonu götürdü, əlində araq şüşəsi, bəylə-gəlinə xeyir-dua verdi. Xeyir-dua, yəni içək bəyimizlə gəlinimizin sağlığına. Hər halda bunu Qafqaz ənənələrinə uyğun bir Tost kimi söyləsəydi daha ağlabatan sayılardı. Araqla Xeyir və Araqla Dua- təsəvvür edirsinizmi? Davranış mahiyyətə uyğun deyil. Uşağın müsəlman sayılması üçün sünnət məclisi təşkil edir. Yenə də Araqla Xeyir, Araqla Dua.

Hər bir cəmiyyətin nöqsanı var, kriminalı, korrupsiyası, alkaşı, avarası var. Bunları yola vermək olar. Ancaq Azərbaycan cəmiyyətinin ümumi bir natamamlıq kodu var. Bu kodun yanlışlığı bizi məğlubiyyətdən-məğlubiyyətə sürükləyir. İndi də keçmiş baş nazirin Milli Qəhrəman adının qaytarılması ilə bağlı tələbi mediada müzakirələrə səbəb olub. Belə müzakirələr ancaq bizdə gedə bilər. İkinci Dünya müharibəsindən sonra Almaniyada kimsə özünün Milli Qəhrəman olduğunu gözə soxmağa çalışsaydı, dərhal qınaqla qarşılanardı. İndi Qarabağ savaşında məğlub olmuş cəmiyyətdə bəzən şücaətə görə deyil, şəraitə, adama, siyasi konyunktura görə verilmiş haqq edilməyən bu adları təftiş etmək əvəzinə, cəmiyyətin qarşısına çıxıb məşhur filmdə kontrabasçının bağırdığı şəkildə "Adımı verin!" deyə bağırmağa qarşı hansısa ictimai qınaq eşidilmir. Çünki dinini ciddiyə almayan bir cəmiyyət əslində yaşamaq məqsədinin nə olduğunu da ciddiyə alacaq halda deyil. Bəlkə başqa görüşlərdən fərqlənəcək, ancaq mən bunun səbəbini bir xarakter kimi təbiətimizə yerləşmiş dini dualizmdə görürəm. Azərbaycan insanı dünya ilə axirət arasında tərəddüddədir. Dünyanı sevmiş, axirəti tanımamış və hətta məsxərəyə qoymuş. Axirəti, hesab vermə duyğusunun içinə sindirməmiş sanki...

Elə burdan başlasaq, görərik ki, hər addımımızda insanın yaradılış mahiyyətinə zidd cəhətlər geninə-boluna sıralanıb. O gün dinlədiyim bir mahnının sözlərindən az qala sarsılmışam:

 

Neyləyirəm o dünyada cənnəti,

Bu dünyada cənnətimdir Qarabağ.

 

Bu, əslində təsadüfi deyim deyil, bizim dünya və axirət haqqında ümumiləşmiş təsəvvürlərimizdir. Guya ki, cənnət verən var, ondan imtina edib, bu dünyanın cənnət alternativini seçir. Şəhvətlə baxdığı qadın Cənnət mələyi, ağac altında yatıb xoruldadığı yer Cənnət bağı, kababı kababa qatıb yediyi yer Cənnət restoranı... Cənnəti maddiləşdirmiş, qazanmış, özəlləşdirmiş Azərbaycan insanı.

Cavid dostum yazır ki, yaxın qohumu dörd dostu ilə maşında dərəyə yuvarlanmış, bir saat sonra onları ağır vəziyyətdə çıxarmışlar. Kənd camaatı çıxarmış, xəstəxanaya çatdırmış. Yəni yaralı heç bir peşəkar cibgir və oğru çevrəsi ilə qarşılaşmamış, ancaq barmağından üzüyü, qolundan bilərziyi və cibindən Azərbaycan manatı olan pullar çıxarılmış, yerinə saxta dollar qoyulmuş. Bu zaman xatırlayıram şahidlərin söylədiyini. 1995-ci ildə Naxçıvandan Bakıya qalxan təyyarə hava limanı yaxınlığında ikiyə parçalanmış, insanların öləni, yaralananı, sağ qalanı olmuş. Yaxınları qəza yerinə gəlib yetişəndə gözlərinə inanmamışlar. Ölülərin və yaralıların əksəriyyətinin zinət əşyaları və pulları götürülmüş. Yaxud da qəbirdəki ölülərin ağzından qızıl diş çıxaranların istintaqda danışdıqlarını dinlədikcə keçirdiyimiz tük ürpədən duyğular. Bunlar adi kriminallar deyil, məhz Allah qatında hesab vermə anlayışının olmamasından qaynaqlanan nəticədir. Ona görə də böyük çoxluğun ifadə etdiyi kimi, "içirəm, çəkirəm, ... edirəm, nə olsun, qoyun öz bildiyim kimi Allaha inanım" deyimi Azərbaycan cəmiyyəti üçün yayğın, adiləşmiş bir deyimdir. Yaradanın istədiyi kimi yox, hər kəsin özünün korrektə etdiyi kimi inanmağa qalsaydı, onda elçilərə, kitablara nə lüzum vardı?

Bircə onu bilirəm ki, "öz bildiyi kimi inanan" cəmiyyətin Qarabağı da olmayacaq, mədəni dövlət quruluşu da. Çünki hamı öz bildiyi kimi yaşayacaq, savaşacaq, oğurlayacaq, yeyib-içəcək.

Budur əsas səbəb: İslam dəyərlərinə dayanan məsələlərə baxışlar və mühakimə tərzi başdan-ayağa yanlışlıqlarla dolu olduğuna görə Azərbaycanda İslam kimi fenomenal bir dinə sayğısızlıq var. Baxın, Azərbaycanda Allahın səbir kimi insanın yaşam tarazlığını qoruyan bir sistemini insanın sağlamlığının içinə qatıb bəsitləşdirmişlər. Kimsə asqırdığı zaman başqa toplumlarda "asqırdım" deyirlər, "çox yaşa!" və ya "sağlam ol!" deyirlər. Azərbaycanda isə "səbir gətirdim" deyirlər. Hələ keyfiyyətinə də fikir verirlər: Tək Səbir, Cüt Səbir. Yox bir, Onluq Səbir, Yüzlük Səbir. Ona görə də bizdə Səbrin vaxt axarı bir asqırma müddətindən o tərəfə getmir. Yaxud kimi dindirsən, deyəcək ki, "əldən tutmaq Əlidən qalıb". Doğru, Həzrəti Əli böyük səxavət sahibi olub və insanlara yardım etməkdə ün qazanıb. Ancaq əldən tutmaq heçmi Hz. Məhəmməddən qalmayıb? Ondan öncəki peyğəmbərlərdən qalmayıb? Onun xanımı Hz. Xədicənin comərdliyi dillər əzbəridir. Hz. Əbubəkr öz sərvətini tamamilə Allah yolunda insanlara xərcləmədimi? Onlarla belə nümunə varkən insanlara edilən yardımı, dəstəyi bir adla simvollaşdırmağa nə lüzum var?

Yaxud da dünyanın heç bir İslam ölkəsində Allah adı ilə başlayan adların insanlara qoyulmasına rast gəlməzsən. Adı Allahla başlayan insanların qəlbinə dəyərəmsə, bağışlasınlar, buna çevrənin, valideynlərin İslama cahil yanaşmasının qalığı kimi baxıram. Bununla belə, adam cəmiyyətə faydasız olursa, kriminal olursa, kiminsə söyüşünə tuş gəlirsə, birinci zərbə Allah adına dəymiş olur. Ərəblərdə bu yox. Türkiyədə də rast gəlmirəm. Hətta İslamı ən çox təhrif edən İranda bu cür adqoymaya təsadüfən rast gələrsən. Azərbaycanda isə xeyli yayğındır. Həmin dualist, İslamı ciddiyə almayan bir yanaşmanın nəticələridir bunlar. Adama Allahla başlayan ad qoyulmasının adiləşdiyi bir cəmiyyətdə İslam adının da siyasi partiyaya qoyulmasına təəccüblənməmək lazım. Yenə İslam adını daşıyan bir siyasi partiya insanların maraqlarına zidd işlər görürsə, söyüş və ya tənbeh hədəfinə İslam adı çevrilmirmi? Eləcə də virtual məkanda gedən siyasi, ictimai, habelə məişət xarakterli dartışmalarda hansı cinahda olmasından asılı olmayaraq, mühakimə tərzinin doğru olub-olmadığını ayırd etməyə çalışıram. Mövzuya, predmetə giriş doğrumu, yanlışmı?

Türkiyədə 70-ci illərdə ideoloji cinahlarda gedən dartışmalar indi bizimkinə çox yaxın. Dövlətlə barışmayan solçular, millətçilər, islamçılar ölkədə əsas məsələnin hakimiyyətə gəlmək olduğunu vurğulayırdılar. Hər şeyi hakimiyyət uğrunda barışmaz mübarizəyə indekslədilər. Əvəzində əzildilər, döyüldülər, sındırıldılar. Həbsxananın kandarından o tərəfə gedə bilmədilər. İrəli görüşlü və mühakiməsi doğru olan aydınlar isə əsas problemin insanla bağlı olduğunu qəbul edib, o insanı yetişdirməyə başladılar. Zaman özü o insanları iqtidara daşıdı.

Öz bildiyiniz kimi həyatınızı tənzimləmək çətin. Ancaq heç olmazsa, Yaradana mütləq onun istədiyi kimi inanın. Yalnız o zaman istəkli bəndələrdən olarsınız...

Fazil Mustafa,
Milli Məclisin deputatı 
   

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM