Prezident İlham Əliyev: Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var

22:58 / 21.06.2016

Qarşımıza yeni çağırışlar çıxır və biz onlara hazır olmalıyıq ki, ilk növbədə, ölkəmizin təhlükəsizlik məsələlərini həll edək, davamlı inkişafını təmin edək, iqtisadi inkişafını və sosial məsələlərin həllini təmin edək.

Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.

İlk növbədə, düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə inteqrasiya edilməsi prosesi və xalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək görərik ki, bu amillər olmadığı təqdirdə ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur.

Azərbaycan isə çox böyük sürətlə inkişaf edir, çox uğurla irəliyə addımlayır. Azərbaycanda bütün regionlarda inkişaf göz qabağındadır.

Azərbaycan o ölkədir ki, həm bizim bölgədə, həm Avropa qitəsində, həm də dünya miqyasında onunla hesablaşırlar. Regional əməkdaşlıq işlərində Azərbaycandan çox şey asılıdır. Yəqin ki, Azərbaycan ictimaiyyəti bizim son illər ərzində apardığımız xarici siyasətə də diqqət yetirir və görür ki, xarici siyasətimiz Azərbaycanın milli maraqlarına söykənir, bu maraqların təmin edilməsi üçün aparılır. Digər tərəfdən, bizim dünyadakı rolumuz, önəmimiz, nüfuzumuz artmaqdadır.

Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı sürətlə artır.

İqtisadi uğurlar, siyasi müstəvidə aparılan çox düzgün siyasət gərək bizim başımızı gicəlləndirməsin. Biz gərək həmişə ayıq olaq, diqqətli olaq, həmişə işləyək, çalışaq. Bu, daimi prosesdir. Hansı ölkədə arxayınçılıq yaranırsa, ölkənin inkişafı da dayanır, yaxud da durğunluq dövrü başlanır. Azərbaycan dinamik şəkildə inkişaf edir. Bu inkişafda bütün cəmiyyət iştirak edir. Əlbəttə ki, siyasi məsələlərlə məşğul olanlar, iqtisadi məsələlərlə məşğul olanlar, yəni bütün cəmiyyət bu işlərdə fəal iştirak edir. Yəni, bizim uğurlarımızın da əsas səbəbi məhz bundadır: birlik, vətəndaş həmrəyliyi, milli maraqlara, milli adət-ənənələrə bağlılığımız və eyni zamanda, müasirlik.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 27-ci cildində yer alan bu fikirlər Naxçıvan Dövlət Universiteti konservatoriyasının binasının açılış mərasimində dövlətimizin başçısının nitqindən götürülüb.

Yenicə çapdan çıxmış çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin oktyabrından dekabradək olan dövrü əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərinə dair materiallarla başlanan bu cilddə dövlətimizin başçısının Naxçıvan Olimpiya İdman Kompleksi ilə tanışlıq, şəhər və kənd məktəblərinin, Naxçıvan Dövlət Universiteti konservatoriyasının binasının açılış mərasimlərində nitqi verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi İlə Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa, respublikamızın Qobustan, Yevlax, Dəvəçi rayonlarında böyük infrastruktur layihələrinə, tikinti-abadlıq işlərinə, sosial-iqtisadi sahələrin inkişafına, aqrar sektora böyük diqqət göstərilməsinə dair materiallar öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri çərçivəsində Türkiyə-Yunanıstan qaz xəttinin çəkilişi mərasimində iştirakı və nitqi verilib. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri, Prezident Nikola Sarkozi ilə görüşü və bütün görüşlərdə Azərbaycan ilə Fransa arasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıqdan bəhs edən materiallar verilib.

Cilddə, həmçinin Prezidentin müxtəlif dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində, çıxış və nitqlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həll edilməsinin prinsipial məsələ olduğuna dair sənədlər, eləcə də mətbuat konfransında çıxışı, beynəlxalq tədbirlərin iştirakçılarına müraciəti, müxtəlif məktubları da yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 27-ci cildin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM