Əliqismət Lalayevin 60 yaşı tamam olur

13:48 / 01.07.2016

İyulun 4-ü Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Hümmət oğlu Lalayevin 60 yaşı tamam olur. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış teatr xadimi Əliqismət Lalayev 60 illik yubileyini iş başında - Musiqili Teatrda qeyd edəcək. “Doğrudur, 60 - yubiley yaşıdır. Adətən insanlar yubileylərini böyük təmtəraqla qeyd edirlər. Mən isə təntənəni, təmtərağı heç sevmirəm. Musiqili Teatr mənim ikinci evimdir, teatrımızın kollektivi isə bir ailədir. 60 yaşımın tamam olduğu gün - 4 iyul tarixi iş günü olduğu üçün mən işdə olacağam. Həmin tarixdə teatrımızda başa çatmaqda olan 106-cı müvsümün yekunlarına həsr olunmuş möhtəşəm bir tədbir - mükafatlandırma mərasimi olacaq. Mövsüm boyu fərqlənən, seçilən, bir sıra uğurlara imza atan əməkdaşlarımızı ötən il olduğu kimi bu il də mükafatlandıracağıq. “Mövsümün ən yaxşı tamaşası” ilə yanaşı, “Mövsümün ən yaxşı aktrisası”, “Mövsümün ən yaxşı aktyoru”, “Mövsümün debütü”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün sevilən aktrisası”, “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək. Beləliklə, mən doğum günümdə Musiqili Teatr adlı ailəmizin üzvləri ilə bir yerdə olacağam, fəaliyyətlərinə, uğurlarına görə mükafatlandırılan əməkdaşlarımızın sevincini bölüşəcəyəm. Zənnimcə, doğum gününü bundan gözəl qeyd etmək mümkün deyil”, - deyə Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyulun 4-də Salyan şəhərində anadan olub. Atası Hümmət Mədət oğlu Lalayev Salyanın sayılıb-seçilən ziyalılardaında biri idi. Hümmət Lalayevin kiçik oğlu olan Əliqismət Lalayev 1972-ci ildə Salyan şəhər 4 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Əmək fəaliyyətinə həmin ildə başlayan Əliqismət ilk müstəqil addımlarını mədəniyyət sahəsində atıb: əvvəl klub müdiri olub, daha sonra Salyan rayon “Qələbə” qəzetində korrektor vəzifəsində çalışıb.

Ə. Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olub, 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respubliksı Mədəniyyət Nazirliyiynin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyində çalışan gənc rejissor daha sonra ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb.

1982-ci ildə ordudan tərxis olunan Ə. Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor və aktyor kimi əmək fəaliyyətini davam etdirib. Elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb edib və mütəxəssislər onu istedadlı, ümidverici, yaradıcı bir gənc kimi qiymətləndiriblər. Onun hazırladığı tamaşalar, ifa etdiyi rollar ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənib, Azərbaycan teatr həyatında əsl hadisəyə çevrilərək milli teatrın dəyərli nümunələri kimi müxtəlif illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını qazanıb.

1988-ci ildə Salyan şəhərinə qayıdan Ə. Lalayev əvvəlcə “Qələbə” qəzeti redaksiyasında məsul katib, daha sonra isə Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində çalışıb, 1993-cü ilin sentyabrında isə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilib. 1996-cı ilin aprelində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 1996-2006-cı illərdə baş idarə rəisi, 2006-2008-ci illərdə isə Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.

Əliqismət Lalayev 1968-ci ildən – 12 yaşından dövrü-mətbuatda çıxış edir. Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. O, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1986-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.

Ə. Lalayev Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və sərəncamlarına əsasən respublikada keçirilən bir çox dövlət səviyyəli tədbirlərin, milli mədəniyyətimizin təbliği məqsədi ilə Rusiyada, Türkiyədə, İran İslam Respublikasında, Almaniyada, Avstriyada, Norveçdə, Birləşmiş Ərəb Əmirliklərində, Ukraynada, Qazaxıstanda, Türkmənistanda, Gürcüstanda təşkil olunan Azərbaycan Mədəniyyəti günlərinin, müxtəlif səpkili mədəni-kütləvi tədbirlərin, festival və müsabiqələrin təşkilatçısı və iştirakçısı olmuşdur.

Strategiya.az



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM