Əli Həsənov: "Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin çağırışlarına dəstək verir"

17:08 / 22.07.2016

Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan milli mətbuatının 141-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edən Ə.Həsənov bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Milli mətbuatımızın tarixi haqqında danışan PA rəsmisi əlavə edib ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoydu.

Ə.Həsənov hesab edir ki, XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinə inqilabi yeniliklər gətirən, insanların dünyagörüşünü dəyişərək xalqı yeni tarix yaratmağa istiqamətləndirən Azərbaycan milli mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsində böyük rol oynadı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuatımız azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısına çevrildi: “Buna görə də Azərbaycan milli mətbuatı deyəndə göz önünə sözün gücü ilə xalqı düşündürməyi bacaran, onu qəhrəmanlıq salnaməsi yaradaraq firavan gələcək qurmağa sövq edən, bu gün də Həsən bəy Zərdabidən başlayaraq adları böyük hörmətlə xatırlanan tanınmış ziyalılarımız, maarifçilərimiz, onların tribunasına çevrilmiş qəzet və jurnal nüsxələri gəlir. Məhz bu səbəbdən biz tarix yaratmış o böyük şəxsiyyətlərin xatirəsini həmişə uca tutur və ehtiram göstəririk”.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafına daim diqqət göstərdiyini deyən Ə.Həsənov məhz Heydər Əliyev tərəfindən “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyulun Azərbaycanda Milli Mətbuat Günü elan edildiyini xatırladıb: “Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu”.

Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab edirdi. Buna görə də 1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam imzalandı: “Heydər Əliyevi mətbuata sevdirən ən başlıca səbəblərdən biri də ulu öndərin həmişə jurnalistlərlə yaxın təmas qurması, onların problemlərinə həssas münasibəti və hər bir halda çətinliklərin aradan qaldırılmasına çevik reaksiyası olub. Bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ə.Həsənov əlavə edib ki, ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir: “Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resurslarının monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir. 2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür”.

PA rəsmisi deyib ki, 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib: “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir”.

Ə.Həsənov bildirib ki, Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir: “Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə İlham Əliyevi “Jurnalistlərin dostu” seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Regionumuzda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM