X X X
Lənkəran şəhərində səhər saat 07:25-də bazarda baş verən yanğın söndürülüb. Strategiya.az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Qurum sözçüsü bildirib ki, hadisə bazarın yaxınlığındakı çayxanalardan birində baş verib. Maye qaz balonunun partlaması nəticəsində çayxana və yaxınlıqdakı mağaza yanıb. FHN qüvvələrinin köməyi ilə yanğın saat 08:21-də söndürülüb.