Famil Nəsibov kollektivin nüfuzuna ciddi zərər vurub - ŞOK faktlar

11:56 / 09.08.2016

Strategiya.az bildirir ki, avqustun 6-da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını giriş sözü ilə açan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov elmi-tədqiqat institutlarının maddi-texniki bazalarının yaxşılaşdırılması, laboratoriyaların  müasir avadanlıqlar və yeni kompüter dəstləri ilə təchiz edilməsi istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlər barədə danışaraq qeyd etdi ki, elmi-tədqiqat institutlarının bir hissəsinin inzibati-laboratoriya binalarında yenidənqurma işlərinə başlanılmışdır. Əsaslı təmirə və yeni təcrübə-laboratoriya binalarının tikintisinə ehtiyac duyulan elmi-tədqiqat institutları ilə bağlı isə layihələndirmə işləri aparılır. Nazir elmi-tədqiqat institutlarında çalışan işçilərin əmək haqlarının orta hesabla 20 faiz artırıldığını, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni kartof toxumu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda isə meyvə tinglərinin yetişdirilməsi sahəsində layihələrin həyata keçirildiyini bildirdi.

Elmi tədqiqatların səmərəliliyinin artırılması istiqamətində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda da müsbət işlər görülür.

Alimlərin elmi araşdırmalarının nəticələrinin istehsalatda tətbiq edilməsinin böyük sosial-iqtisadi əhəmiyyətini vurğulayan kənd təsərrüfatı naziri Heydər Əsədov dedi ki, sahənin inkişaf etdirilməsi məqsədi ilə elmi-tədqiqat institutlarının ehtiyaclarına uyğun olaraq onlara kənd təsərrüfatı texnikaları və laboratoriya avadanlıqlarının verilməsi təmin olunacaqdır. O, həmçinin elmi-tədqiqat müəssisələrində çalışan işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də Nazirlik tərəfindən tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırdı.

 Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda səriştəli, savadlı və perspektivli kadrların işə cəlb edilmələri Nazirliyin rəhbərliyi tərəfindən prioritet məsələlərdən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Elmi-tədqiqat institutlarında da müasir düşüncəli, öz ixtisasını mükəmməl bilən mütəxəssislərin işə qəbul edilməsinin vacibliyinə toxunan kənd təsərrüfatı naziri bildirdi ki, elmi-tədqiqat institutlarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilərkən onların kadrlarla, o cümlədən gənc mütəxəssislərlə işi necə qurmaları əsas meyarlardan biri kimi nəzərə alınacaqdır. Nazirlik sistemində kadrların təyinatında yalnız yüksək səriştə və peşəkarlığın, idarəetmə təcrübəsinin, insanlarla ünsiyyət qurmaq bacarığının və tələbkarlığın əsas meyar olduğunu vurğulayan nazir kadrlara münasibətdə bu prinsiplərdən kənara çıxan hər bir rəhbər işçi barəsində ciddi tədbirlərin görüləcəyini bildirdi. Qeyd etdi ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların seçilb-yerləşdirilməsində məhz bu prinsiplərin gözlənilmədiyi barədə Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlaraına çoxsaylı müraciətlər daxil olur. Direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlar elmi-tədqiqat institutunun və kollektivin nüfuzuna ciddi zərər vurmuşdur. İnstitutun stuktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni struktur müəyyən edilmişdir. Lakin direktor vəzifəsini müvəqqəti icra edən F. Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməmiş, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük vermiş, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürmüşdür. Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin etmişdir. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin etmişdir. Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürmüşdür. N. Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmələrinə kömək” edəcəyi vədi ilə aldatmışdır.

Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər vermiş, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirmişdir (F. Nəsibov məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad etmişdir).

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə Famil Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilmişdir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq qərar qəbul edildi.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edildi.

Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə və Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə tapşırıldı ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunması sahəsində vəziyyəti yerində araşdırıb Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinə məlumat versinlər və zərurət yarandığı təqdirdə toplanmış materialların əlavə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsini təmin etsinlər.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM