X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərini və səfər əsnasında keçirdiyi görüşlərin, xüsusilə Federal Kansler Angela Merkel ilə görüşünün ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğuladı. Azərbaycan və Almaniyanın xarici işlər nazirləri tərəfindən həyata keçirilən qarşılıqlı səfərləri, o cümlədən ATƏT-in Fəaliyyətdə olan Sədri statusunda Frank Valter Ştanmayerin bu yaxınlarında Azərbaycana ziyarətini, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında mütəmadi xarakter daşıyan siyasi məhləhətləşmələr mexanizmini qeyd edən X.Xələfov, ikitərəfli siyasi dialoqun inkişafından məmnunluğunu ifadə etdi. O, Almaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu qeyd edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq müstəvisində iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı.
O, əməkdaşlığın irəliyə doğru aparılmasında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Karin Ştrentsin ölkəmizə, Azərbaycan parlament nümayəndə heyətinin isə Almaniyaya səfərinin Azərbaycan və Almaniya arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini bildirdi.
Karin Ştrents Azərbaycanda müşahidə etdiyi inkişafa münasibətdə sevincini ifadə edərək, Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğuladı. O, bu görüşün təşkil olunmasında Prezident İlham Əliyevin rolunu və onun digər ölkə başçıları ilə şəxsi münasibətlərini xüsusi olaraq qeyd etdi.
X.Xələfov Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya üçtərəfli görüşün regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və regionun tarixində yeni səhifə açdığını vurğuladı. Görüşün əhatəli gündəliyə malik olduğunu deyən nazir müavini siyasi, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi, nəqliyyat, sənaye, energetika və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı baxımdan əlverişli imkanlar yaratdığını bildirdi. Azərbaycanın digər region dövlətləri ilə də üçtərəfli əsasda əməkdaşlığa malik olduğunu deyən X.Xələfov bu formatda əlaqələrin bütün regionun rifahina xidmət etdiyini söylədi.
Ermənistanın təhriki və təxribatı ilə baş vermiş məlum aprel hadisələrinə toxunan X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, prezidentlər səviyyəsində Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər haqqında məlumat verdi. Beynəlxalq ictimaiyyət tərəfindən mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı hesab edildiyini deyən nazir müavini münaqişənin həll edilməməsinin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdırdı. Vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün status kvonun dəyişdirilməsinin və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasının vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunan X.Xələfov Cənub Qaz dəhlizinin inkişafı və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqəti çəkdi.
Karin Ştrents ətraflı məlumata görə təşəkkürünü ifadə etdi və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün dostluq qrupunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM