"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Strategiya.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-də gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.