Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır

09:16 / 07.09.2016

Məktəbəqədər təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində Təhsil Nazlirliyi, ekspertlərlə birgə ciddi iş aparılır: "Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq".
B.Əliyev bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait yaranıb: "2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi".
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva "modern.az"a deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması  daha səmərəli ola bilər. "Məktəbəqədər təhsil müəssisələri ilə bağlı aparılan siyasət ürəkaçandır.  Bilirik ki, uzun illər bu müəssisə Təhsil Nazirliyinin  tabeliyində olub. Sonrakı dövrlərdə rayon üzrə icra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı. Əgər söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında "təhsil" ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı  bir məsələdir" deyən deputat hesab edir ki, əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər. Onun sözlərinə görə, söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər,  maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı olar. "Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır".
Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının "Ekspress"ə bildirdiyinə görə, məktəbəqədər təhsil müəssisələri ikili tabeçilikdədir: "Həm İcra hakimiyyətinə, həm də Təhsil Nazirliyinə tabedir. Hər hansı bir rəhbər işçi təyin olunanda bunlardan biri təqdimat verir, biri də təsdiq edir" deyən Zülfüqarlı bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin birbaşa Təhsil Nazirliyinə tabe olması və bütün səlahiyyətlərin Təhsil Nazirliyinə verilməsi müsbət haldır. Dediyinə görə, bunun nəticəsində Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə həm metodiki, həm də elmi kömək edə bilər. Həm də məktəbəqədər təhislə oranı mütəxəssislə təmin etməklə də kömək edə bilər.

Dövlət məktəbəqədər təhsil müəssisələri ilə yanaşı özəl məktəbəqədər təhsil müəssisələrinin də fəaliyyət göstərdiyini deyən müsahibimizin sözlərinə görə, Təhsil Nazirliyinin bu sahəyə də nəzarəti var. Ekspert hesab edir ki, sertifikat verilməsi və s. məsələlər də Təhsil Nazirliyinə verilsə, bir mərkəzdən idarə olunar və nəticə də göz qabağında olar.

Dediyinə görə, gələcəkdə uşaqların yaxşı təhsil alması dövlətçilik üçün mühüm işlərdən biridir: "Ona görə də birinci növbədə uşaq bağçalarına və məktəbəqədər təhsil müəssisələrinə qayğı ilə yanaşılmalıdır. Onda müsbət nəticələr ola bilər. Xarici dövlətlərin böyük şəhərlərində qərb standartlarına uyğun məktəbəqədər təhsil müəssisələri var. Xüsusilə də, özəl".

M.Zülfüqarlıya görə, dövlət məktəbəqədər təhsil müəssisələrində tədirisin keyfiyyətini yüksəltmək üçün birinci növbədə burada işləyənlərin maaşı yüksək olmalıdır ki, müəllimlər uşaqları daha həvəslə öyrətsinlər, onlara daha çox qayğı ilə yanaşsınlar: "Dövlət məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilməlidir. Özəl məktəbəqədər təhsil müəssisələrindəsə aylıq ödəniş elə məbləğdə olmalıdır ki, Azərbaycan ailəsinin buna imkanı çatsın. Bu sahədə islahatlar aparılsa, onda məktəbəqədər təhsil müəssisələrindən keyfiyyətli təhsil gözləmək olar. Məktəbəqədər təhsil müəssisələrində tədrisin səviyyəsi yüksək olarsa, uşaqlar bu müəssisələri bitirib orta məktəblərə girərkən təhsillərində yaxşı nəticə göstərə bilərlər".

Müsahibimiz hesab edir ki, özəl sektor dövlət məktəbəqədər təhsil müəssisələrini üstələyir. Onun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrinə diqqət artırılsa, bu müəssisələrin reytinqi güclənər: "Maddi-texniki baza, əmək haqqı zəif olanda, bunu hamı qəbul edir ki, orada yüksək keyfiyyət gözləmək olmaz".

 

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM