Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakinləri Musa Hüseynova, Oqtay Yusifzadəyə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.
 
                         
                         
                         
                         
                         
                     
                                             
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    