Qan təzyiqinizi ölçdürürsünüzmü?

18:27 / 08.09.2016

İnsanlarda hipertoniyanın yaranmasına səbəb olan amillər haqqında 

Ailənizdə, yaxın qohumlarınızda və ya tanışlarınızın arasında  hipertoniyalı çox insan var. İnsanlarda hipertoniyanın ortaya çıxmasında bəzi amillər önəmli rol oynayır. Məsələn, yaşlanma, köklük, genetik  amillər, şəkərli diabet, az hərəkətli və  ya oturaq həyat tərzi, spirtli içkilərin çox içilməsi, çox duzlu qidalarla qidalanma, çox az çəkidə doğulmaq, stress, depressiya və sair kimi amillər bir sıra insanlarda hipertoniyanın ortaya çıxmasının ən önəmli səbəblərindəndir. Hipertoniyanın yaranmasının  95 faizinin  səbəbi  məhz  bu  amillərdir. Daha sadə olaraq bu şəkildə izah edim. Bir insanda bu amillərdən hər hansı birisi varsa, o insanda həyatının hansısa bir dönəmində hipertoniya xəstəliyinin ortaya çıxma riski yüksək olur. Hipertoniya xəstəliyinin ortaya cıxmasında genetik amillər da önəmli rol oynayır. Aparılan araşdırmalar nəticəsində hipertoniya xəstəliyinin 30-50 faizində genetik amillərin rol oynadığı, yəni 30-50 faizinin genetik yolla keçdiyi müəyyən olunub. Atasında və ya anasında hipertoniya olan bir insanda həyat boyunca hipertoniyanın ortaya çıxma riski 2-2,4 dəfə artır. Hipertoniya adətən genetik amillərlə ətraf mühit amillərinin birgə təsiri ilə ortaya çıxan bir xəstəlikdir. Bunu sizə daha sadə şəkildə belə izah edim. Bir insanda genetik olaraq hipertoniyaya meyillilik varsa, bəzi amillərin (stressli həyat tərzi, siqaret çəkmək, spirtli içkilərdən istifadə etmək, çox duzlu qidalarla qidalanma, köklük, diabet, oturaq həyat tərzi və s.) təsiri ilə bu insanlarda hipertoniyanın ortaya çıxma riski artar. Ona görə də ata və ya anasında hipertoniya olan bir insanın qan təzyiqi normal olsa belə, o, həyatının sonraki illərində hipertoniyanın ortaya çıxma riskini azaltmaq üçün mütləq sağlam həyat tərzi keçirməlidir.  Ata və ya ananızda hipertoniya olmasa belə, mütləq sağlam həyat tərzi keçirməlisiniz.
 
Bəzi  dərmanları içdiyiniz zaman  qan təzyiqiniz qalxa bilər 
 
Gündəlik həyatda tez-tez içilən bəzi dərmanlar  müvəqqəti olaraq  qan təzyiqini qaldıra bilir. Məsələn, bəzi ağrıkəsici dərmanlar, depressiya müalicəsində istifadə edilən bəzi dərmanlar, qrip əleyhinə içilən dərmanlar,  arıqlamaq üçün içilən dərmanlar, steroidlər və s. kimi dərmanlar. Hipertoniyanız olsun və ya olmasın, bu dərmanları içmək məcburiyyətindəsinizsə, diqqətli  olmalısınız.
 
Hipertoniya niyə önəmli xəstəlikdir?
 
Hipertoniya ürək çatışmazlığına, infarkta, ürək-damar tıxanmalarına, beyin qanaxmalarına, aorta damarının yırtılmasına, xroniki böyrək çatışmazlığına səbəb olur. Hipertoniyası olan bir insanın ürək-damar xəstəliyinə (infarkt  keçirmə və ya damarların daralması) tutulma riski bu xəstəliyi olmayan bir insandan ikiqat daha çoxdur. Hipertoniyalı xəstələrə dərman yazmağımızın, yəni müalicə etməyimizin  məqsədi təzyiqlərini nəzarətdə tutub bu cür xəstəliklərin ortaya çıxma ehtimalını azaltmaqdır. 
 
Kimlər qan təzyiqini mütəmadi ölçdürməlidir? 
 
Hal-hazırda dünyada bir milyarda yaxın hipertoniya xəstəsi var. 2020-ci illərdə bu rəqəmin 1,5 milyarda yaxınlaşacağı gözlənilir. Məsələn, 2005-2008-ci illər arasında aparılan br araşdırma nəticəsində  Amerika Birləşmiş Ştatlarındakı yetkin insanların 29-31 faizində  hipertoniyanın  olduğu  müəyyən edilib. Türkiyədə  isə bu rəqəmin  31,8 faiz olduğu bildirilir. Hipertoniyanın bu qədər çox yayılmasının ən önəmli səbəbləri qidalanma tərzinin pis olması, ətraf mühit amilləri və yanlış həyat tərzidir. Təbii ki, genetik amilləri də söyləmək lazımdır.  Ona görə də hər bir insan mütəmadi olaraq qan təzyiqini ölçdürməlidir. 18 yaşından sonra hər kəs üç ildən bir, 40 yaşdan sonra isə ildə bir dəfə qan təzyiqini ölçdürməlidir. Ancaq kök insanlar və yuxarı qan təzyiqi 130-140 və ya aşağı qan təzyiqi 85-90 arasında olan hər bir insan artıq 18 yaşından etibarən ildə bir dəfə qan təzyiqini ölçdürməlidir. 
 
Evdə qan təzyiqini ölçərkən nələrə diqqət etmək lazımdır?
 
Evdə qan təzyiqinizi ölçərkən mütləq oturub 5 dəqiqə istirahət etmək, sonra qan təzyiqinizi ölçmək lazımdır. Təzyiqinizi ölçdüyünüz qolunuzu paltarınız sıxmamalıdır. Yemək yeyilmiş isə təzyiq yeməkdən 2-3 saat, çay və ya kofe içdikdən və ya siqaret çəkdikdən isə 30 dəqiqə sonra ölçülməlidir. Biləkdən və ya barmaqdan ölçən cihazlarla qan təzyiqinin ölçülməsini məsləhət görmürük. Ancaq elektronik qol cihazları ilə qan təzyiqi ölçülə bilər. Qan təzyiqinizin yuxarısı 140 və ya  yuxarısı normal olsa belə, aşağısı 90-ın üstündədirsə, mütləq həkiminizə müraciət edin.
 
Hipertoniyanın müalicəsi ömür boyu olmalıdır?
 
Bəzi istisnalar olmaqla, hipertoniya adətən ömür boyu davam edən xəstəlikdir və buna görə də müalicəsi də ömür boyu davam etməlidir. Hipertoniyası olan bir insan üçün önəmli olan sadəcə dərman içmək deyil. Önəmli olan dərman içdiyi zaman xəstənin təzyiqinin nəzarətdə olub-olmamasıdır. Məsələn, xəstələrin bir qismi təzyiq düşürücü dərmanlar içdiyi halda qan təzyiqi hələ də yuxarı olur, yəni nəzarətdə olmur. Üstəlik təzyiqləri yüksək olduğu halda belə, heç nədən gileylənmirlər. Belə olduğu halda xəstələrin aldığı mualicənin faydası  olmur. Hipertoniyası olan bir insanın şəkərli diabeti, ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı olsun və ya olmasın, daha öncə infarkt və ya insult keçirsin və ya keçirməsin, müalicəylə yuxarı qan təzyiqi 140, aşağı qan təzyiqi isə 85-in  altında olmalıdır. Əyər bu insanlar həkimin yazdığı dərmanı içdikləri halda qan təzyiqləri bu rəqəmlərin üstündə isə, mütləq həkimlərinə müraciət etməlidirlər.  Ancaq hipertoniya xəstəliyindən başqa heç bir xəstəliyi olmayan, yaşı 80-dən yuxarı olan və dərman içən hipertoniyalı insanların yuxarı qan təzyiqinin 150-ə qədər olmasına  icazə veririk. 
 
Sadəcə olaraq dərman içmək kifayətdirmi?
 
Sadəcə olaraq dərman içmək kifayət  deyil. Dərman içməklə bərabər yaşam tərzində də dəyişiklik etmək lazımdır. Bunlardan ən önəmlisi duz istifadəsinin azaldılmasıdır. Gündə maksimum 5 qr (bir mürəbbə qasığı qədər) duz istifadə etmək lazımdır. Ən önəmlisi, duz qaynağı olan turşulardan və konservləşdirilmiş qidalardan çox istifadə edilməməli, mümkün olduqca uzaq durulmalıdır. Ayrıca hisə verilmiş, qurudulmuş ət və ət məhsullarından da uzaq durulmalıdır.  Spirtli içkilərin müəyyən  miqdardan çox içilməsi həm hipertoniya xəstəliyinə tutulma riskini artırır, həm də hipertoniya xəstələrində təzyiqin daha yüksək olmasına səbəb olur.  Əsla siqaret çəkilməməli, kök insanlar arıqlayaraq ideal çəkilərində qalmalı və mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır.
 
Uzman doktor Yalçın Velibey
Kardiologiya uzmanı

Kaspi.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM