Prezident İlham Əliyev: "İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir"

16:15 / 08.09.2016

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.

Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz, cənab Prezident. Qədəmləriniz mübarək olsun!

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz, işləriniz necədir?

Sakin: Bizim şimal bölgəmizə, respublikamızın şimal qapısı olan Yalama qəsəbəsinə xoş gəlmisiniz! Allah Sizin köməyiniz olsun! Sizin siyasətinizin nəticəsi və bəhrəsidir ki, suyumuz beton kanallarla, qazımız təzə polietilen borularla gəlir, işığımız kabelləşib, fasiləsiz təmin olunmuşuq. Allah Sizə yar olsun!

Bu gün gəldiyiniz bu gözəl, yaraşıqlı yol Sizin siyasətinizin uğurudur. Bütün standartlara uyğun bu yola görə camaatımızın adından Sizə minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Gələcək işlərinizdə də Sizə uğurlu fəaliyyətlər arzu edirik. Allah köməyiniz olsun! Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Sizin də qeyd etdiyiniz kimi, yeni yol salınıb. Bu gün bu yolun rəsmi açılışını qeyd etdik. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu gün Yalama Aqroparkının açılışı olacaq. Orada da yüzlərlə iş yeri yaradılır. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.

Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi, dediyiniz kimi, bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar.

Sakinlər: Sizin sayənizdə, cənab Prezident. Çox sağ olun. Bunların hamısı Sizin zəhmətinizin bəhrəsidir. Allah Sizi qorusun!

Sakin: Möhtərəm cənab Prezident, Siz Yalama qəsəbəsinə xoş gəlmisiniz. Bu, yalamalılar üçün böyük bayramdır. Sizin siyasətinizi bütün yalamalılar dəstəkləyirlər. Bizim dayandığımız bu bir hektar torpaq sahəsi 2008-ci ilə qədər həqiqətən bataqlıq ərazi idi. Xalqın müraciəti ilə biz burada Ulu Öndərin adına layiq gözəl Heydər Əliyev Parkı yaratdıq, Heydər Əliyev Muzeyi tikildi. Heydər Əliyev Parkı ilə bərabər, Ulu Öndərin adını daşıyan küçə də abadlaşdı. Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bir halda ki, əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfatı, turizm inkişaf etməlidir. Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun.

Sakin: Möhtərəm cənab Prezident, bir daha xoş gəlmisiniz. Mən Yalama məktəbində müəllimə işləyirəm. Bizim məktəbimizdə təmir işləri gedir. Yeni dərs ilində biz əsaslı təmir olunmuş məktəbdə çalışacağıq. Yalama çox abadlaşıb, inkişaf edib. İnanırıq ki, bu inkişaf davamlı olacaq. Cənab Prezident, çox sağ olun. Biz Sizə çox təşəkkür edirik, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Yalamada bir məktəb var?

Sakin: Bəli, tam orta məktəbdir, 800 şagird yerlikdir.

Prezident İlham Əliyev: Burada yaşayan əhalinin sayı 5020 nəfərdir. Bu, çox yaxşıdır. İndi yol təmir olunub, gediş-gəliş rahat olacaq.

Sakinlər: Biz Xudatdan buraya bir saata gələ bilmirdik. İndi 15 dəqiqəyə gəlirik. Çox gözəl yollar salınıb. Çox sağ olun. Bütün camaatımız adından Sizə minnətdarıq. Bizə yaratdığınız bu şəraitə görə Sizə təşəkkür edirik. Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Yol əsasdır. Çünki yol abad olanda həm gediş-gəliş asanlaşır, eyni zamanda, bütün digər məsələlər öz həllini tapır. Misal üçün, biz 3-4 il bundan əvvəl Xaçmazda mərkəzi rayon xəstəxanasını təmirdən sonra istifadəyə verdik. İndi insanlar rayon mərkəzinə çox qısa müddətdə çata bilərlər.

Sakinlər: Çox sağ olun. Bu yol qarşıdan gələn Qurban bayramı münasibətilə Sizin bizə hədiyyəniz oldu. Ailənizlə birlikdə Sizi təbrik edirik. Çox sağ olun. Allah köməyiniz olsun! Sizə uğurlar arzulayırıq.

Prezident İlham Əliyev: Mən də qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Çox sağ olun.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM