Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.
Nəticədə, avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. (“Report”)