Nikah öncəsi müayinəyə daha hansı xəstəliklər salına bilər?

17:30 / 23.09.2016

Strategiya.az musavat.com-a istinadən bildirir ki, bir neçə gün öncə Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Zərbəliyevanın müəmmalı ölümü gündəmin ən çox diqqət çəkən xəbərlərindən birinə çevrilmişdi. Sonradan məlum olmuşdu ki, gəlində qan xərçəngi olub və qızın ailəsi onun xəstə olduğunu oğlan evindən gizlədib. Toydan sonra gəlinin vəziyyəti getdikcə pisləşib, bir neçə gündən sonra şok vəziyyətdə xəstəxanaya aparılıb və bütün tədbirlərə baxmayaraq dünyasını dəyişib. 

Yenicə qurulan gənc ailənin dramı çoxlarını üzdü. 

Lakin bu hadisə nikah öncəsi müayinələrin əhəmiyyətini bir daha gündəmə gətirdi, aktuallaşdırdı. Evləndikdən sonra tərəflərin hansındasa xəstəliyin aşkarlanması peşmanlıq yaradır, gənc ailənin dağılmasına və yaxud sağlam olmayan uşaqların dünyaya gəlməsinə səbəb olur. Qeyd edək ki, Azərbaycanda ötən il iyunun 1-dən etibarən ailə qurmaq istəyənlər nikahlarını rəsmi şəkildə təsdiq etdirmək üçün məcburi tibbi müayinədən keçir. Səbəb isə gələcəkdə qurulan ailənin sağlam olması və tərəflərin bir-birilərinin sağlamlıqları haqqında öncədən məlumatlı olmasıdır. Müayinədən keçməyən şəxslərə nikah bağlamağa izn verilmir. 

Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında mərkəzi rayon xəstəxanaları və ya şəhər xəstəxanalarının, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçirilir. 

Maraqlıdır, müayinədə hansı xəstəliklər nəzərdə tutulub? Zərdabda 10 günlük gənc ailənin dramına səbəb olan qan xərçəngi xəstəliyi də həmin müayinəyə daxildirmi? 
Qısa bir arayış verək ki, qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür. Həkim ekspertlər bildirirlər ki, erkən diaqnostika və müvafiq müalicə sağalma şansını artırır. Bu kimi xəstəliklərin də nikah öncəsi müayinəyə salınması zəruridirmi və ya gələcəkdə siyahıya salınması nəzərdə tutulurmu?

Məsələ ilə əlaqədar Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM)  ilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr üzrə nümayəndəsi  Səadət Hənifəyeva suallarımıza bu cür aydınlıq gətirdi:

""ASAN Xidmət" ilə bizim aramızda müqavilə var. Bizim xidmətimiz yalnız müayinələrin təchizatı ilə bağlıdır. Nazirlər Kabinetinin qərarına əsasən, nikahdan öncə 3 xəstəlik üzrə müayinələr aparılır. Bunlar talassemiya, sifilis və QİÇS-dir. Buna görə qan nümunələri götürülərək mərkəzləşdirilmiş formada RMDM-a göndərilir. Bu müayinələr Bakı və Sumqayıt şəhərləri üzrə keçirilirsə, cavablar 5 gün ərzində, rayon mərkəzlərində olarsa isə 9 gün ərzində məlumatlar verilir. Müayinə üçün isə bir şəxs üçün 9 manat ödənilməsi nəzərdə tutulub. Əlbəttə ki, bu, pulsuz da aparıla bilər, vətəndaş istəsə, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi tibb məntəqələrində pulsuz müayinədən keçə bilərlər. Bu tamamilə vətəndaşın özünün azad seçimidir".

Səadət Hənifəyevanın sözlərinə görə, hazırda qeyd olunan 3 xəstəlikdən əlavə digərlərinin də siyahıya salınması hələ ki nəzərdə tutulmayıb: "Əsasən də hələ ki 3 xəstəlik üzrə müayinə aparılır. Gələcəkdə qeyd olunan qan xərçəngi və bu kimi digər xəstəliklərin müayinəsi ilə bağlı həkim mütəxəssislərimizin birgə qərarı, tövsiyəsi və dövlət proqramı əsasında keçirilə bilər, təbii ki, zəruri olarsa".

Mövzu ilə əlaqədar onu da qeyd edək ki, statistikaya görə, təkcə ötən avqust ayında  nikaha daxil olmaq istəyən cütlüklərdən icbari tibbi müayinə zamanı 17 min 526 nəfərdən 17-də QİÇS, 92-də sifilis, 672 nəfərində isə talassemiya aşkarlanıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM