Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) Missiyasının BƏYANATI

12:03 / 27.09.2016

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) Missiyasının

BƏYANATI

Azərbaycanda Konstitusiya İslahatlarına dair Referendum

Bazar ertəsi, 26 sentyabr 2016-cı il

 

 “Beynəlxalq müşahidəçilərin fikrincə, Referendum prosesləri beynəlxalq standartlara uyğun keçmişdir”

Bakı, çərşənbə axşamı, 27 sentyabr 2016-cı il

 

12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert “Avropa Seçkilərin Müşahidəsi Akademiyası” beynəlxalq QHT-sinin üzvü kimi, 26 sentyabr 2016-cı il Konstitusiya İslahatlarına dair Referendumu müşahidə etdi. Müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası və ya ATƏT Parlament Assambleyası kimi qurumların indiki və keçmiş üzvü olaraq, seçkilərin və referendumun müşahidəsində böyük təcrübəyə malikdir.

Bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilmişdir. Mərkəzi Seçki Komissiyası (MSK) əmin etmişdir ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərlərdə bölmələr ayrılmışdır. Qeyd edilmişdir ki, Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılmışdır.

Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılmışdır. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə, adlarını siyahıya əlavə etdirmiş və səs vermişlər.

Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınmışdır.

ASMA müşahidəçiləri Referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparmışdır. Referendum günü ölkə boyu dinc keçmiş, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olmuşdur. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməmişdir. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmamışdır. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilməmişdir. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı.

Mərkəzi Seçki Komissiyasının səsvermə məntəqələrinin 20%-də quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradırdı.

Ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılmışdır. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınmış, lakin səsveməyə təsir etməmişdir. Bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilmişdi. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi.

Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi.

Referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir. Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirmiş, lakin prezident mandatını gücləndirən təklifləri tənqid etmişdir. Biz, xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilmişdir. Seçicilər qeyd etmişlər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünki çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir.

Sonda, beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə çağırır və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət edir. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir.

Onlar həmçinin bütün beynəlxalq təşkilatları Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır.

 

35 beynəlxalq müşahidəçi adından,

Deputat Anglu Farrugia, Malta Parlamentinin Spikeri

ASMA Müşahidə Missiyasının rəhbəri

 

Bəyanat ASMA missiyasının bütün iştirakçıları tərəfindən bazar günü, 26 sentyabrda saat 23:30-da Bakıda Hyatt Park otelinin konfrans zalında təsdiqlənmişdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM