"İstəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur" - Gülər Əhmədova

21:09 / 11.04.2014

Sabiq deputatın apelyasiya məhkəməsi başladı 

Aprelin 11-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirildi. 

 
MÜDAFİƏYƏ DAHA İKİ VƏKİL QOŞULDU 
 
Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın müdafiəsinə Əfsər Talıbovdan başqa, daha iki vəkili Fazil Nemətov və Lətif Ağayev qoşuldu. Prosesdə dövlət ittihamını Rəsul Abbasov müdafiə edirdi. 
 
Bu dəfə də G.Əhmədova şüşə qəfəsə salındı və zaldakılara səsini mikrofon vasitəsilə duyura bildi. Sabiq deputat bu dəfə prosesə daha öncəkilərdən fərqli olaraq başı açıq gəlmişdi. 
 
Proses başlayan kimi vəkil F. Nemətov apelyasiya şikayətinə xitam verilməsi, G. Əhmədova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatətlər verdi. Onun sözlərinə görə, G.Əhmədovaya qarşı CPM-in 178.3.2 maddəsi ilə cinayət işi başlanmasına səbəb KİV materialları ilə yanaşı, şikayətçinin ərizəsi olmalıdır: “O diskin cinayət işinin materiallarına necə, hardan əlavə edilməsi də sual doğurur, biz o məlumata rast gəlmədik. Cinayət işinə Elşad Abdullayevin adından yazılmış şikayət ərizəsi daxil edilib. Cinayət işinin materiallarında Elşad Abdullayevin ifadəsi və bu barədə məlumat var. Olmayan zərərçəkən, olmayan məbləğ üzrə cinayət işi açılıb. Zərərçəkən olmayanda işə xitam verilir”.
 
F.Nemətov dedi ki, istintaq və birinci instansiya məhkəmə zamanı qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, çəkişmə mərhələsində ittiham və müdafiə tərəfi olur: “Əgər zərərçəkmiş yoxdursa prokuror kimin maraqlarını müdafiə edirdi? Bu, bizə aydın deyil. O video materialları Elşad Abdullayev yox, başqası yayıb. Şikayət ərizəsini də o yox, başqası yazıb. Mən də deyirəm ki, görüntüdə Elşad Abdullayev yoxdur, o ərizə də onun deyil, imza da. Ümid edirəm ki, ittiham tərəfi bizə bunun əksini sübut edəcək. Zərərçəkmiş olmadığı halda mülki iddia necə və kim tərəfindən qəbul edilib?”
 
Ə.Talıbov da sözügedən vəsatətə münasibət bildirərək dedi ki, G.Əhmədova etibardan sui-istifadə də ittiham edilib. “Əgər ortada zərərçəkən yoxdursa, kimin etibarından söhbət gedir” deyə, sual edən vəkil vəsatətin təmin edilməsini istədi. 
 
“BİLSƏM DEPUTAT MANDATIMDAN İMTİNA ETMƏZDİM”
 
G. Əhmədova vəsatətləri müdafiə etdiyini dedi. Bu məhkəmənin ictimaiyyətdə geniş maraq doğurduğunu deyən sabiq deputat bəzi detalları açıqladı: “Mən bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. 178.3.2 maddəsi ilə keçirilən məhkəmələrdə zərərçəkən hər zaman iştirak edir. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. 
 
Amma mən hər zaman prokurorlarla üz-üzə gəlmişəm. Bu işdə zərərçəkən yoxdur. Elşadın mülki iddiaları təmin olunmayıb. Mən heç kimə zərər verməmişəm. Bu dəfə də 3 il həbs verilib. Heç vaxt dövlətimə qarşı etirazım olmayıb, olmayacaq da. İstəyirəm, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Gülər bir il həbsdə oturubsa, bu da qurban olsun vətənim Azərbaycana. Bu məsələyə hüquqi müstəvidə baxın,haqlı və ədalətli qərar verin”.
 

“Gülər bir il həbsdə oturubsa, qurban olsun vətənimə”

 
Prokuror isə bildirdi ki, E.Abdullayevlə bağlı cinayət işi ayrıca icraata götürülüb və onun istintaqa cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür. O, həmçinin G.Əhmədova barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün də əsas olmadığını dedi. 
 
G.Əhmədova isə prokurora etiraz etdi: “Cənab prokuror demədi ki, dələduzluq kimə qarşı yönəldilib”. 
 
Vəkil F.Nemətov da maddi ziyan vurulduğu iddia edilən şəxsin ortada olmadığını bildirdi: “Mən deyirəm ki, gətirin, ziyanı mən ödəyəcəyəm. Hanı zərərçəkən? Zərərçəkənin məhkəmədə iştirakı təmin edilməlidir”.
 
Daha sonra məhkəmə müşavirəyə getdi. Müşavirədən sonra hakim bildirdi ki, həmin vəsatətlər məhkəmənin ilkin baxış iclasının qərarı elan olunan zaman müzakirə olunacaq və qiymət veriləcək.
 
GÜLƏR ƏHMƏDOVA: “BİR DƏFƏLİK DEYİN Kİ...”
 
Sonra vəkil Əfsər Talıbov G. Əhmədovanın şüşə kabinədən çıxarılaraq vəkillərin yanında əyləşməsi barədə vəsatət verdi. Sabiq deputatın dosyesini, deputatlıq fəaliyyətini, gördüyü işləri nəzərə çatdıran vəkil onun hazırda dəmir barmaqlıqlar arasında olmasına baxmayaraq, yenə də iqtidarı dəstəklədiyini, prezidentə teleqramlarında bunu bildirdiyini dedi. 
 

“Əmin deyiləm ki, hər şey prezidentə doğru-dürüst çatdırılır”

 
L.Ağayev isə müvəkkili ilə konfindensial danışmaları üçün onun şüşə kabinadan çıxarılıb, yanlarında oturdulmasının vacibliyini vurğuladı. 
 
Dövlət ittihamçısı isə həmin vəsatətin təmin olunmamasını xahiş etdi. Onun sözlərinə görə, vəkilləri G.Əhmədova ilə kifayət qədər görüşə bilir və proses zamanı gizli  danışıq üçün şərait yaradıldığını dedi. 
 
Vəsatətə münasibət bildirən G. Əhmədova dedi ki, ona qarşı ayrı-seçkilik edilir: “Bir ildir ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Orada dələduzluqda təqsirləndirilən kifayət qədər qadın var. Hamısı məhkəmədə vəkillərin yanında əyləşirlər. Hətta 3 dəfə 178-lə məhkəməyə cəlb olunan şəxslər də vəkillərinin yanında otura bilirlər. Yeganə adamam ki, mənə qarşı ayrı-seçkilik edilir. Mən terrorist deyiləm, adam öldürməmişəm. Mən bu dövlətə, prokurorluğa nə etmişəm ki? Bir dəfəlik deyin ki, səndən xoşumuz gəlmir”. 
 
Məhkəmə isə həmin vəsatəti də təmin etmədi. 
 
“ƏMİN DEYİLƏM Kİ, HƏR ŞEY PREZİDENTƏ DOĞRU-DÜRÜST ÇATDIRILIR”
 

“Mən terrorist deyiləm, adam öldürməmişəm...”

 
Daha sonra vəkil Ə. Talıbov prosesdə audio və video çəkiliş aparılması barədə vəsatət verdi. F.Nemətov dəfələrlə siyasi proseslərdə iştirak etdiyini və həmin proseslərdə də çəkiliş üçün heç olmasa 5 dəqiqə icazə verildiyini dedi. G. Əhmədova vəsatətə münasibət bildirərkən dedi ki, o, prosesdən 5 dəqiqəlik görüntünün götürülməsini yox, bütün prosesin audio və videoya yazılmasını istəyir: “Ötən proseslərdə də gördüm ki, hər media orqanı ayrı cür yazır məhkəməni.
 
 Məhkəmə iclaslarının tam olaraq audio və video yazılarının aparılmasını istəyirəm. Bu məsələ cənab prezidentin nəzarətindədir. Mən əmin deyiləm ki, ona hər şey doğru-dürüst çatdırılır. Mənə qarşı mediada açıq-aşkar qərəz var. İqtidara qarşı qərəzi olanların çoxu da o qərəzi mənə qarşı nümayiş etdirir. Uzun illər siyasi mübarizə aparmışam. İndi isə ətrafımda müxtəlif cür gəzişmələr edən media orqanları var. Ona görə də prosesin şəffaf olması naminə bu vəsatətin təmin edilməsini istəyirəm”. 
Prokuror vəsatətin rədd olunmasını istədi. Hakim vəsatəti təmin etmədi. 
 
Növbəti vəsatət üçün söz alan Ə.Talıbovla müvəkkili arasında isə maraqlı dialoq baş verdi: 
 
G.Əhmədova: “Əfsər müəllim, xahiş edirəm, əmin olmadığınız vəsatətləri verməyin”. 
 
Ə.Talıbov: “Gülər xanım, qoy təmin etməsinlər də. Biz verək...”
 
Ə.Talıbov bildirdi ki, G. Əhmədova barəsində cinayət işi o deputat olan zaman Bakı Şəhər Prokurorluğu tərəfindən açılıb. O, həmin məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi barədə vəsatət verib. 
 
“ZAKİR QARALOVUN ÇIXIŞINDAN SONRA RAHATLAŞDIM...”
 
G. Əhmədova vəsatətə münasibət bildirərək dedi ki, ona qarşı cinayət işi deputat olan zaman açılıb: “Bu cinayət işi fakt üzrə qaldırılmayıb. Mən deputat olan zaman qanunsuz olaraq cinayət işi qaldırılıb. Baş prokuror Zakir Qaralov da mətbuat nümayəndələrinin qarşısında çıxışında deyib ki, Elşad Abdullayev Azərbaycana gəlməli və Gülər Əhmədova ilə üzləşməlidir. Həmçinin o, aydınlıq gətirməlidir ki, mən pul tələb etmişəmsə, niyə bu illər ərzində susub oturub? Prokurorluq ekspertin rəyi olmadan yazıb ki, videogörüntüdəki adam mənəm. Bu düzgün deyil”. 
 
Ə.Talıbov bildirdi ki, E.Abdullayev “can yiyəsi” olaraq audio yazıda və müsahibələrində G.Əhmədovanın ondan pul almadığını deyib. Onun sözlərinə görə, elə təkcə bu səbəb cinayət işinin açılmasının qanunsuz olduğunu sübut edir: “2013-cü ilin 26 sentyabrında video yayılıb, 27-də Gülər Əhmədova mandatından imtina edib. 30 sentyabrında Gülər Əhmədova barədə “dayan” əmri(ölkəni tərk etməsinə qadağa) verilib. 3 oktyabrda isə deputat səlahiyyətlərinə xitam verilib. Bu xronoloji ardıcıllıq göstərir ki, qanunsuzluq baş verib”. 
 
F.Nemətov isə bildirdi ki, əslində bu işlə bağlı ortada sübut yoxdur: “Mən deyirəm ki, o 3 nəfər kino çəkib. Siz sübut edin ki, bu kino deyil”. 
 
G.Əhmədova məhkəməyə müraciətlə dedi ki, baş prokuror Zakir Qaralov nüfuzu olan hüquqşünasdır: “Baş prokuror açıqlama vermişdi ki, Elşad Abdullayev ölkəyə gətirilməlidir. Mən onun bu çıxışını eşidəndən sonra rahatlaşmışdım. Amma ekspertiza rəyi almadan, ortada zərərçəkən olmadan cinayət işinin başlaması qanunsuzluq idi. Mən 3 oktyabra qədər deputat olmuşam. Deputata qarşı cinayət işi qaldırıla bilməz. Halbuki qaldırılıb. Bu cinayət işi 3 nəfərə qarşı açılmalı idi: Elşad, Sevinc və mən. Amma təkcə mənə qarşı açıldı”. 
 
Daha sonra vəkil F. Nemətov çıxış edərək digər vəsatətlərin müzakirə olunması üçün məhkəmənin təxirə salınmasını xahiş edib.
 
Proses aprelin 16-da, saat. 14.30-da davam etdiriləcək. 
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
 
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kasasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib. 
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM