Reyhanə və baba

09:10 / 08.10.2016

(“Baba-nəvə söhbətləri” silsiləsindən)

Zibili hara atmalı?

 

 

Adi bir yay günündə Reyhanə və baba şirin söhbət edə-edə parka necə gəldiklərini heç hiss etmədilər. Reyhanə də digər uşaqlar kimi ora-bura qaçır, gah qatara minir, gah karuseldə fırlanır, gah da elektrik mühərrikli maşın sürürdü. Birdən sanki yadına Babanın bir qədər əvvəlki təklifi düşdü və meyvə istədi. Baba evdən gətirdiyi yuyulmuş meyvələrdən Reyhanəyə verir, o da iştahla yeyirdi. Baba “gülüm, meyvə qalıqlarını, kağız dəsmalı, ümumiyyətlə gərək olmayan şeyləri yerə yox, zibil qutusuna atmaq lazımdır” dedi ona. Reyhanə “mən özüm atacam, baba” dedi və əllərini kağız dəsmalla silərək içərisinə tullantı yığılmış kapron torbanı qaça-qaça yaxınlıqdakı zibil qutusuna atdı. O söhbətdən sonra balaca Reyhanə hər dəfə baba ilə parka gələndə gərəksiz şeyləri yalnız zibil qutusunda atırdı. Hələ 3 yaşı bitməyən uşağın bu hərəkəti hətta ətrafdakılara da maraqlı görünürdü. Bir müddət sonra axşamüstü Reyhanə və baba yaxınlıqdakı məktəbin həyətinə gəldilər.

Burada xeyli insan söhbət edə-edə gəzişirdi. Uşaqlar hay-küylə qaçışır, boş su qablarını və digər tullantıları hara gəldi atırdılar. Reyhanə su içən zaman təəccüblə bildirdi, “ay baba, burada heç zibil qutusu yoxmuş ki?!”. Amma, yenə o, meyvə qalıqlarını, boş su qabını və istifadə olunmuş kağız dəsmalları sakitcə babanın əlindəki kapron torbaya yığırdı. Gəzintidən sonra məktəbin həyətindən küçəyə çıxanda yaxınlıqda zibil üçün qoyulmuş iri, hündür dəmir qutuları görərkən Reyhanə “baba, zibili bura ataq” dedi. Bu hərəkət babanın çox xoşuna gəldi və o bunu söylədi:

...Mənim ağıllı balam, bir yazıçı var, həm uşaqlar üçün, həm də böyüklərçün maraqlı nağıllar və başqa-başqa şeylər yazır, özü də fransızdır. Vətənimiz Azərbaycandan çox-çox uzaqlarda bir ölkə var, Fransadır adı. Orada yaşayanlara isə fransızlar deyirlər. Bu yazıçının adı isə Antuan de Sent Ekzüperidir. Onun çox gözəl bir nağılı var - “Balaca Şahzadə”. Neçə illərdir ki, dünyanın hər yerində uşaqlar, hətta böyüklər də bu nağılı həvəslə oxuyurlar. Belə ki, balaca bir şahzadə oğlan tamam başqa, amma bapbalaca bir dünyaya - planetə düşür. Onun sözüdür: “Elə ki, səhər yuxudan durub yatağını yığışdırdın, planetini də sahmana sal”.

Reyhanə soruşdu:

- Baba planet nədir?

Baba:

- Burada gördüyümüz və bizdən çox-çox uzaqlardakı bütün adamların, heyvanların və ağacların yaşadığı yerə planet deyirlər-Yer planeti! Şübhə etmirəm ki, yaxın zamanlarda özün hər şeyi başa düşəcəksən. Hə...deyəsən söhbətdən uzaqlaşdıq, mənum balam-dedi...

...Amma, a Reyhanə, bu yazıçının “Elə ki, səhər yuxudan durub yatağını yığışdırdın, planetini də sahmana sal” sözləri mənim elə xoşuma gəlir ki... Özü də lap çoxdan. Hə,

gülüm, “Ətraf mühit” deyilən bir anlayış var, yəni bizim yaxınlığımızda olan, bizi əhatə edən bütün şeylər;- ağaclar, heyvanlar, torpaq, lap elə çimərlikdə oyuncaq vedrə ilə babanın belinə tökdüyün qumlar, elə dənizin özü də ətraf mühitin hissələridir. Ətraf mühit saf və təmiz olanda “planet də sahmana salınmış” olur. Siz uşaqlar çox zaman biz böyüklərdən daha səmimi olursunuz. Görünür elə buna görədir ki, yaxşı insanların hamısı uşaqları dəlicəsinə sevir...

Nağıldakı Balaca Şahzadə biz yaşlılardan daha səmimi və tədbirlidir. Yəni o, tək özünü yox, həm də sakini olduğu kiçik planetini düşünür. Əgər hamı öz planetini sahmana salmağa can atsaydı gör necə gözəl olardı. Bütün insanların yaşadığı Yer planetində hər tərəf gül-çiçək olar və insanların simasından yalnız təbəssüm yağardı. Təəssüf ki, biz hələ planetimizi sahmana sala bilmirik. Səbəb bilirsən nədədir, Reyhanə? Biz böyüklər hələ ki, bir-birimizi anlamırıq, etibar etmirik, inanmırıq ...Biz hələ də nəcib və biganə insanlar olaraq qalırıq. Əfsus ki, sonuncular lap çoxdurlar. Yəqin, elə bir zaman gələr ki, böyüklər də uşaqlarla birlikdə öz planetlərini yığışdırar və ...sahmana salarlar.

  

İşıqfor

 

Bir gün Reyhanə və baba küçə ilə gedirdilər. Yolu keçmək lazım gələndə Baba: - Gülüm, biz də bu gördüyün adamlar kimi hələlik gözləməli olacağıq; çünki bax, indi yolun o tərəfindəki işıqforda qırmızı işıq yanır. Yəni hazırda piyadalara yolu keçmək qadağandır. Görürsənmi işıqforda qırmızıdan başqa sarı və yaşıl rənglər də var. Onlar da işıqlardır, qırmızıdan sonra növbə ilə yanacaqlar. Hər rəng işığın yanmasında məna var. Təsəvvür et, əyər işıqforlar olmasaydı Bakımızda nələr baş verərdi. Bilirsən onlar nə üçün düzəldilib? İndi mən bunları sənə izah edərəm, demişdi ki, işıqforda yaşıl işıq yandı və piyadalar tələsik yolu keçməyə başladılar. Reyhanə ilə Baba da onlara qoşuldular. Küçəni kecəndən sonra baba dedi: artıq bilirsən ki, işıqforda 3 rəngli işıq var; qırmızı, sarı və yaşıl. Bu işıqlar biz piyadalarla sürücülər arasında olan münasibəti tənzimləyir. Daha doğrusu hamı yolu nə zaman keçməli olduğunu bilir. Yəni qırmızı işıqda hərəkət etmək qadağandır, sarı işıqda

diqqəti toplamalı və yolu keçməyə hazır olmalı, yaşıl işıqda isə sağa-sola baxaraq dayanmadan yolu keçmək gərəkdir.

Sürücünün kobud səhfi üzündən təsadüfən yol hərəkəti qaydalarını kobudcasına pozan avtomobildən qorunmaq üçün yan-yörəyə baxmağa ehtiyac olur. Mənim balam, bir daha təkrar edirəm, yadında qalsın, “yolu yalnız yaşıl işıq yananda keçmək olar. Qırmızı işıqda yox! Bu çox təhlükəlidir!” Yolu keçəndən az sonra Reyhanə -ay baba, sən deyirsən yolu yalnız yaşıl işıqda keçmək lazımdır, amma qırmızı işıqda da keçənlər var yolu -dedi. Baba - düz deyirsən mənim balam - deyə cavab verdi. Təbii ki, mədəni, ilk növbədə öz təhlükəsizliyini düşünən adam yolu qırmızı işıqda keçməz. Bu yol hərəkətləri barədə qəbul olunmuş Qaydaları pozmaqdır.

- Bəs qayda nədir, ay Baba?-soruşdu Reyhanə.

-Necə deyim, mənim balam. Qayda insanların təhlükəsizliyini nizamlayan üsul, düzgün yoldur. Yolu qırmızı işıqda keçən insanların bir çoxu nə etdiklərini özləri də anlamırlar, bəziləri harasa tələsirlər, fikirli olurlar. Amma, bir qisim insanlar isə belə tərbiyə olunublar. Onlar hər hansı bir vəziyyətdə risq etməklə, yəni dediyimiz Qaydaları pozmaqla seçilməyi xoşlayırlar və onların bir çoxu qanunlara riayət etməzlər.

Bilirsən Bakımızda nə qədər maşın var? İndi burada gördüklərimizdən yüzlərlə dəfə çox. Əgər işıqforlar olmasaydı maşınlar haradasa ilişib qalar, adamlar hər yerə gecikər, bir sözlə aləm qarışardı. Yüz ildən bir qədər əvvəl İlk dəfə insanlar işıqforlardan istifadə etməyə başlayanda bu problemi qismən həll etmiş oldular...

Bizdən xeyli uzaqlarda olan Almaniya adlanan ölkədə insanlar yolu heç zaman qırmızı işıqda keçməzlər. Hətta, yolda maşın olmasa belə! Bu ölkədə insanlar çox firavan yaşayır, küçədə hətta tanımadıqları insanlarla rastlaşdıqda belə onların çöhrəsindən təbəssüm əksik olmur. Görünür burada adamların xoşbəxt yaşamasının səbəblərindən biri də onların yolu yalnız yaşıl işıqda keçməsində - dediyimiz qaydalara əməl etməsindədir. Yəni hər bir insanın həyatı onun seçdiyi yoldan asılı olur- deyərək sözünü yekunlaşdırdı baba.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM