Nuşirəvan Məhərrəmli: “Cəmiyyət özü görür ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri hansı dərəcədədir”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi
- Azərbaycanda rəqəmsal televiziya yayımı başlayıb. MTRŞ-nin rəqəmsal yayımla bağlı əhalinin imkansız təbəqəsinin dekoderlərlə pulsuz təmin edilməsi ilə bağlı səyinin nəticəsi nə oldu?
- Rəqəmsal yayıma tam keçidlə bağlı qərarda bunun üçün son müddət bu ilin sonu nəzərdə tutulub. MTRŞ əhalinin sosial cəhətdən zəif olan təbəqəsinin tunerlə təmin edilməsi üçün Azərbaycan prezidentinə müraciət etmişdi, bu müraciətə də Nazirlər Kabinetində baxılır. Biz o vaxt da demişdik ki, bu müraciətə nə qədər tez cavab verilsə, yəni məsələ müsbət həll olunsa, biz analoq yayımı dayandıra bilərik. Amma bu müraciətə hələ müsbət cavab verilməyib. Biz analoq yayımın dayandırılması məsələsində tələsməyəcəyik. Hazırda ölkəmizin ərazisinin 90 faizindən çoxu rəqəmsal yayımla əhatə olunub, ölkədə rəqəmsal yayımın təşkili demək olar ki, başa çatıb, bununla bağlı problem yoxdur. Sadəcə, biz rəqəmsal yayımla bərabər analoq yayımı da davam etdiririk. Bu zaman daha çox əhalinin sosial cəhətdən zəif olan təbəqəsini nəzərə alırıq. Amma hesab edirəm ki, ildən-ilə bu problem öz-özünə aradan qalxacaq.
- Müraciətinizə müsbət cavab verilsə, hansı sayda insan pulsuz dekoderlə təmin edilə bilər?
- Sosial cəhətdən zəif insanlar var və onların da siyahısı Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən tutulur. Nazirliyin bizə verdiyi məlumata görə, belə insanların sayı 130 min nəfərə yaxındır. Biz istəyirik ki, dövlət bu 130 min insana dekoderi öz hesabına versin. Hətta təklif etmişdik ki, o dekoderlərin hazırlanması Azərbaycanda həyata keçirilsin. Çünki bu dekoderlərin Azərbaycanda hazırlanması həyata keçirilərsə, onun dəyəri də aşağı düşəcək. Sonra da Azərbaycanda dekoderlərin istehsalı davam edə bilər. Çünki Azərbaycanda xeyli kabel şəbəkəsi var ki, onlar da bu dekoderlərdən istifadə edirlər.
- Belə başa düşmək olar ki, MTRŞ-in müraciətinə müsbət cavab verilməsə, gələn il də analoq yayım davam edə bilər?
- Əsas məsələ odur ki, ölkə rəqəmsal televiziya yayımı ilə əhatə olunsun. Bu iş demək olar ki, başa çatdırılıb, ona görə də hər hansı problem yoxdur.
- Azərbaycanda rəqəmsal radio yayımı sahəsində hansı işlər görülüb, hazırda vəziyyət necədir?
- Hələ Avropa ölkələrində də bu məsələ öyrənilir. Rəqəmsal radio yayımı diqqətimizdədir, amma biz bu məsələdə tələsmirik. Çünki rəqəmsal radio yayımı ilə bağlı bəzi problemlər ortaya çıxıb. Azərbaycanda radio yayımını daha çox avtomobillərdəki radiolar vasitəsi ilə dinləyirlər. Təsadüfi hallarda evlərdə radiola ola bilər. Ona görə də rəqəmsal radio yayımı texniki cəhətdən öyrənilməli, Avropa ölkələrindəki təcrübə həyata keçirilməlidir. Rəqəmsal televiziya yayımını başa çatdıraq, anoloq yayımı dayandıraq, sonra rəqəmsal radio yayımına keçərik. Rəqəmsal radio yayımını öyrənirik.
- Bəs, telekanallarda “Adam içində” tipli verilişlərin bağlanması məsələsi nə yerdədir?
- MTRŞ fəaliyyətini ona verilmiş səlahiyyətlər, müvafiq Əsasnamə çərçivəsində qurub. Şura telekanalların yaradıcılıq işlərinə, proqram siyasətinə qətiyyən qarışmır. Telekanallarda hansı verilişlərin verilib-verilməməsinə müdaxilə etmirik. Sadəcə, “Televiziya və radio yayımı haqqında” qanunda televiziya proqramlarına verilən bəzi tələblərlə bağlı məsələləri qaldırırıq. Sizin dediyiniz verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ önə çəkilirsə, bu, qanundan irəli gələn məsələdir.
- Türkiyədə bu sahədə fəaliyyət göstərən qurumun çox geniş səlahiyyətləri var, müəyyən hallarda verilişlərin, telekanalın yayımını belə dayandırmaq barədə qərar verir. MTRŞ-nin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac görürsünüzmü?
- Cəmiyyət özü görür ki, MTRŞ-nin səlahiyyətləri hansı dərəcədədir. Xarici ölkələrdə, elə Türkiyənin özündə hər hansı veriliş milli-mənəvi dəyərlərə uyğun olmursa, o verilişi müəyyən müddətə, 10 günə, 1 aya qədər dayandıra bilirlər. Hətta telekanalın lisenziyasını geri ala bilirlər. Cərimələr belə fantastik dərəcədədir, 1 milyon, 2 milyon cərimələr olur. Çox təəssüf ki, Azərbaycanda bunlar yoxdur. Şura 4-5 il əvvəl bununla bağlı müvafiq qurumlara müraciət etdi. Təəssüf ki, o vaxt müraciətimiz cavabsız qaldı.
- Telekanallarda ədəbi dillə bağlı məsələ nə dərəcədə diqqət mərkəzindədir?
- Bu məsələ diqqət mərkəzindədir. Amma telekanallarda Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar varsa, öncə mütəxəssislər, xüsusən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu bununla bağlı fikirlərini Milli Televiziya və Radio Şurasına çatdırarsa, Şura bununla bağlı tədbir görə bilər. Monitorinqlərin keçirilməsinə gəlincə, biz bunun tərəfdarıyıq. Özümüz də imkanlarımız çərçivəsində bu monitorinqləri həyata keçiririk.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM