Yeniləşən, müasirləşən qədim diyar: ULU NAXÇIVAN

14:15 / 28.10.2016

 

 

Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar o qədər doğmadır ki, mənə... Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi - Naxçıvanın hər daşı, zərrəsi mənim üçün çox əzizdir.

Çünki həyatımın ən yaddaqalan illəri bu yerlərdə keçib. Naxçıvana bu dəfəki səfərimiz mənim üçün fərqli bir səfər idi. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın 20 aparıcı mətbu orqanının rəhbərləri ilə növbəti səfərimiz reallaşırdı. Baş redaktorlardan bəziləri Naxçıvana ilk dəfə, bir çoxları isə uzun fasilədən sonra növbəti səfərə gəlmişdilər.

Hər dəfə əsas yoldan ayrılıb doğma kəndimizə - Saltağa doğru enərkən nədənsə evimizə-ata ocağına tələsirəm... Qarşımda əzəmətli İlandağ, o qədər də geniş olmayan döngələr, işıq dirəklərinin başında yuva salan leyləklər, qoyun-quzu səsi və daha nələr, nələr mənə uşaqlığımı xatırladır. Köhnə hasarlar, tozlu-torpaqlı yollar, sınıq-salxaq körpü, məktəb illərini keçirdiyimiz kiçik, birmərtəbəli bina və s. tikililər artıq tarixə qovuşub. Dəyişən çox şey var. Kəndimizin girişindən sonuna qədər uzanan yeni, müasir asfalt yol, Əlincə çayı üzərində qurulan geniş və əzəmətli körpü, yenilənən hasarlar, bir neçə ay bundan əvvəl istifadəyə verilən dördmərtəbəli müasir orta məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və digər obyektlər təbii ki, insanların daha rahat və mükəmməl həyat şəraitinin təmin edilməsi üçündür.

Bu görkəm artıq Naxçıvanın bütün kəndlərinin simasıdır desək, səhv etmərik. Yəni bütün kəndlərdə müasir orta məktəblər, kənd mərkəzləri, körpülər, yeni yollar inşa olunub, abadlıq-quruculuq işləri aparılıb.

Naxçıvan qədim və zəngin tarixə, mədəniyyətə sahibdir, havası təmiz, iqlimi - yayı isti, qışı isə bir o qədər də sərt, insanları dürüst, istiqanlı, qonaqpərvərdir. Bunu təkcə mən yox, muxtar respublikaya səfər edən hər kəs görür, duyur və etiraf edir.

Yuxarıda qeyd etdiyim kimi, oktyabrın 14-15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həmkarlarımla birlikdə Naxçıvana qısa səfərimiz oldu. Hesab edirəm ki, səfər qısa olsa da, hazırlanmış zəngin səfər proqramı qonaqlarda Naxçıvanla bağlı dolğun təəssürat yaratdı.

Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz “Təbriz” otelinə doğru hərəkət etdikcə uzanan geniş və təmiz yollar, müasir tikililər, ümumilikdə şəhərin nizam-intizamlı ab-havası hansısa kiçik Avropa şəhərini xatırladırdı. Reallıq budur ki, muxtar respublikada ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Başlanan hər yeni gün Naxçıvanın hansısa şəhər və kəndində, bölgəsində müsbət mənada yeniliklər baş verir. Yerləşdiyimiz “Təbriz” oteli isə belə yeniliklərin sadəcə kiçik bir hissəsidir. Burada Avropanın 5 ulduzlu otellərindən geri qalmayan, hətta daha üstün və mükəmməl şərait yaradılıb. Təcrübəli personal isə qüsursuz xidməti ilə müştərilərin bütün arzu və istəklərini yerinə yetirməyə hazırdır.

Səfər proqramımız ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət etməklə başladı. Daha sonra görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən muzeydə olduq. Muzeydə nümayiş olunan zəngin eksponatlar ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirməklə yanaşı, xalqını, dövlətini, Vətənini, millətini nə qədər sevdiyini və bu torpağa bağlılığını bir daha nümayiş və təsdiq edir.

Naxçıvanın qədimliyini əks etdirən məkanlardan biri də “Əlincəqala” tarixi abidəsidir. “Əlincəqala” həm də muxtar respublikanın yenilməzlik simvoluna çevrilib desək, daha doğru olar. Həmkarlarımla birlikdə dağın zirvəsinə doğru uzanan daş pillələri qalxdıqca sanki tarixin yenidən canlandığını duyurduq. Son illər burada aparılan tikinti-quruculuq işləri, yaradılan şərait “Əlincəqala”ya gələn insanların lap ürəyincədir. Məlumat verildi ki, tarixi abidə bir neçə il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı

əsasında bərpa edilib. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün yeni bina tikilib. Ekspozisiya zalında “Əlincəqala”da məskunlaşan insanların həyatını əks etdirən nümunələr, qədim əşyalar nümayiş olunur. Təbii ki, bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Divarlar, bürc və giriş qapıları, qədim yaşayış evləri, su hovuzları, təndirlər və s. bərpa edilib. İnsanların rahat hərəkəti üçün zirvəyə uzanan yeni yol salınıb, möhtəşəm işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb. Bir sözlə, Azərbaycanın tarixi-mədəni irsini özündə əks etdirən Qala qədimliyini saxlamaqla, yeni görkəm alıb. “Əlincəqala”nın zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı isə insanda sonsuz qürur hissi yaradır. Sözsüz ki, bu istiqamətdə görülən işlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Çünki hələ bundan sonra uzun illər boyu “Əlincəqala”nı görmək üçün Naxçıvana gələn yerli və xarici turistlər qədim tariximizin canlı şahidləri olacaqlar.

Naxçıvanın özünəməxsusluğunu əks etdirən əsas məqamlardan biri onun tarixi abidələrlə zəngin olmasıdır. Həmkarlarımla birlikdə Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsinə səfər də yaddaqalan məqamlardan oldu. 2015-ci ildə bərpa edilən, nəinki Azərbaycanın, hətta dünyanın tarix və mədəniyyət abidələrindən biri sayılan türbə media rəhbərlərinin böyük marağına səbəb oldu. Məlumat verildi ki, abidənin səthi oyma həndəsi ornamentlər və dekorativ tağlarla bəzədilib. Türbə zərifliyi, mükəmməl memarlıq üslubu ilə göz oxşayır. Abidənin yerləşdiyi ərazinin tarixi, mədəni əhəmiyyətindən irəli gələrək burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Səfər proqramında “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da yer almışdı. Naxçıvana gəlmək və “Əshabi-Kəhf” Ziyarətgahında olmamaq mümkün deyil. Çünki bu sirli məkan istər yerli, istərsə də xarici turistlərin hər zaman diqqət mərkəzində olub. Son illərdə Dini-Mədəni Abidə Kompleksində yaradılan şərait ziyarətçilərin dağların dərinliyinə doğru uzanan çətin və keçilməz yolunu asanlaşdırıb. İnsanlar müqəddəs kitabımız olan Qurani-Kərimdə adı çəkilən bu məkanı ziyarət edərək qurban kəsir, Allaha dualar edir, Naxçıvanın tarixinin və mədəniyyətinin qədimliyinin bir daha şahidi olurlar. Müşahidələrim zamanı media rəhbərlərinin “Əshabi-Kəhf”lə tanış olarkən müsbət mənada təsirləndiyini gördüm. Doğrudan da tarixi və dini baxımdan bu qədim, əsrarəngiz məkanda olmaq insanı saflaşdırır, müqəddəs inanclarımıza daha möhkəm bağlılığa sövq edir.

İnanıram ki, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da həmkarlarımın yaddaşında xoş xatirələrlə qalacaq. Bəlkə də artıq bir çoxu beynində yenidən buraya gəlmək və Mərkəzdən faydalanmaqla bağlı planlar qurublar. Çünki Duzdağ Fizioterapiya Mərkəzi həqiqətən də unikal bir məkandır. Təbii müalicənin ən doğru ünvanlarından biri sayılan Mərkəzə gələn hər kəs burada şəfa tapır, daha sağlam və gümrah şəkildə evinə qayıdır. Duzdağ Fizioterapiya Mərkəzi ilə bağlı məlumatları maraqla dinləyən, burada yaradılan şəraiti öz gözləri ilə görən media rəhbərlərinin heyrətlərini müşahidə etməmək mümkün deyildi.

Səfər zamanı “Arıçılıq məhsulları - bal festivalı”nın keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvanın müxtəlif bölgələrində istehsal olunan bal məhsulları ilə tanışlıq da maraqlı oldu. Festivala Naxçıvanın 210 arıçısı tərəfindən 10 tondan artıq bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Bu amil isə təbii ki, muxtar respublikanın iqtisadi inkişafından, xüsusilə özünün ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin etməsindən xəbər verir. Statistik məlumatlara görə, Naxçıvanda yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 1 milyard 831 milyon 84 min manatdan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq, 4 min 103 manatdan çox olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz çoxalıb. Rəqəmlər də onu göstərir ki, blokada şəraitində olmasına baxmayaraq Naxçıvan inkişaf tempini qoruyub saxlayır.

Bu gün Naxçıvanda Heydər Əliyev ideyaları uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev muxtar respublikaya səfərləri zamanı yeni obyektlərin açılışında iştirak etməklə, müvafiq tapşırıq və tövsiyələrini verməklə yanaşı, görülən işlərdən razılığını da ifadə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə yorulmaz və səmərəli fəaliyyəti ilə möhtərəm Prezidentimizin tapşırıqlarını layiqincə yerinə yetirir.

KİV rəhbərlərinin muxtar respublikaya səfəri zamanı Naxçıvan Xalça Muzeyi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Dövlət Bayrağı Meydanı və Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Şahbuz rayonunun Nursu kəndində yerləşən Xalq Şairi Məmməd Arazın Ev-Muzeyi, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası ilə tanışlıq kifayət qədər xoş xatirələrlə yadda qaldı.

Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Beləcə bir-iki günlük də olsa Naxçıvana gedən və oradakı inkişafı, yenilikləri, qədimliklə müasirliyin vəhdətini öz gözləri ilə görən həmkarlarım inanıram ki, bu ulu diyardan zəngin təəssüratlar, unudulmaz xatirələrlə qayıdıblar.

Təbii ki, bu səfərlə bağlı böyük təəssüratlarımızı kiçik bir qəzet yazısına sığışdırmaq qeyri-mümkündür. Hələ biz uzun müddət bu səfərin xoş təsiri altında olacağıq.

Şübhəsiz ki, Qoca Şərqin Qapısı hələ bundan sonra tez-tez döyüləcək və bu müqəddəs məkan öz ziyarətçilərini gülərüz qarşıladığı kimi, elə gülərüz də yola salacaq...

 

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM