ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI PROSESİNDƏ HUMANİST İSTİQAMƏT

09:00 / 06.12.2016

Bəşər tarixi boyu, insan özünə xas ali keyfiyyətləri uca tutmağa və cəmiyyətdə öz sosial rolunu dərk etməyə çalışmışdır. Cəmiyyətdə rastlaşdığı ədalətsizliklər, neqativ hallar və qəddarlıq çox zaman şəxsiyyətin sosiallaşmasına, həmçinin cəmiyyətdəki mövqeyinə öz mənfi təsirini göstərmişdir . Qeyri-humanist keyfiyyətlər insanın mənəvi-fiziki sağlamlığında, psixikasında və mənəviyyatında ağır nəticələrə səbəb olur. “İnsanın öz varlığına məna verməyinin yeganə imkanı, onun dünyaya təbii münasibətini mənəvi münasibət səviyyəsinə qaldırmaqdan ibarətdir. Fəaliyyətdə olan varlıq kimi insan dünya ilə mənəvi əlaqəsini bununla müəyyənləşdirir ki, o özü üçün yaşamayıb, onu əhatə edən bütün həyatla öz qohumluğunu dərk edir və bu həyatın talelərini öz xüsusi taleyi kimi yaşayır: həmişə bacardığı qədər ona kömək edir və özünün həyata köməyini, həyatı xilasetməsini onun nail ola biləcəyi ən böyük xoşbəxtlik kimi başa düşür ” [13, s. 200].
Sosiallaşma prosesində şəxsiyyəti humanist varlıq kimi nəzərdən keçirmək müasir dövrdə əsas məsələlərdəndir. Humanist insan öz Mənliyini dərk etmiş, mahiyyətcə müsbət keyfiyyətlərə malik olan insandır. Humanist dünyagörüşünə görə, insan bütün maddi və mənəvi dəyərlərdən yüksəkdə dayanır. Bu anlayış insanın müasir həyat tərzinin forması olub, nikbinlik, azadlıq, ümid, qəhrəmanlıq, təxəyyül, fantaziya, dözümlülük, cəsarət, sevgi, çalışqanlıq və s. özündə ehtiva edir. O, fərdin qarşısına yeni perspektivlər qoyan, ayrı-ayrı təbəqələrin, siniflərin və cəmiyyətin maraq və mənafeyinə uyğun gələn fəlsəfi dünyagörüşdür.
Elmi ədəbiyyatda geniş istifadə olunan “humanizm” sözü insan şəxsiyyətini inkişaf etdirərək sosiallaşmanın istiqamətini müəyyən edir. Humanistlərin fikrincə , insan həqiqəti tapmağa çalışan zaman mistisizm, inanclar və məntiqə uyğun gəlməyən üsullardan istifadə etməməlidir. Məşhur filosof Piter Singer “humanistlər digər canlı növlərinə qarşı düşüncəsiz istismara qarşı çıxmalıdır” deyərək humanizmin təbiiliyi və həyatsevərliyini göstərir. Cəmiyyətdə sosiallaşmanın humanist şəkildə aparılması insan amilinin hərtərəfli rolunun optimallaşdırılmasından asılıdır. Cəmiyyətdə o qədər sürətlə dəyişikliklər baş verir ki, insan bəzən bu dəyişikliklərdən geridə qalır. Humanizm bu dəyişikliklərlə qarşı-qarşıya gəlsə də, müasir inkişafın əsas istiqamətini məhz humanizm müəyyən edir. Sosiallaşmanın humanistləşməsi ayrıca bir fərddən deyil, bütün mənəvi keyfiyyətlərini özündə əks etdirən şəxslərdən asılıdır. Məşhur alman filosofu İ. Kant belə qayda irəli sürmüşdür ki, “həmişə elə hərəkət et ki, sənin davranışının başlıca prinsipi ümumi qanun kimi çıxış edə bilsin” [ 8 , s .273].
Humanizm çoxşaxəli proses olduğundan onun tarixi qədim zamanlardan başlayır. Hələ qədim Çin fəlsəfəsində Konfutsinin təlimində göstərilirdi ki, “ valideynlərə itaət etmək və böyük qardaşa hörmət bəsləmək humanistliyin əsasını təşkil edir ”. Bu təlimdəki “yen” (humanistlik və borc) və “li” (davranış norması) insan şəxsiyyətinin mahiyyətini müəyyən edən əsalar hesab olunurdu [12, s. 83; 3 , s. 291]. Onun әn çoх tələb etdiyi keyfiyyət olan humanizm bütün yaхşı cәhәtlәrin məcmusudur. Oğulun ataya hörməti, qardaşın qardaşa məhəbbəti “humanizmin köküdür”.
Antik yunan filosofu Platon göstərirdi ki, bəşəriyyət xoşbəxtliyə ədalət, müdriklik və qanunun bir yerdə olacağı zaman qovuşacaqdır. O, xeyir və şər kateqoriyalarına münasibət bildirmişdir. Platonun fikrincə, şər biliklərin azlığından doğur. O inanırdı ki, insanlar xeyirin xeyir olduqlarını anladıqları zaman pis əməllərə heç vaxt yol verməyəcəklər. Platona görə əsas məsələ düzgün olanın, yaxşının, səadətin, rifahın nə olduğunu mənimsəməkdən ibarətdir. Düzgün həyatın nə olduğunu anlamaq üçün insanlar müəyyən biliklər əldə etməlidirlər. Platon insanların düzgün və yaxşı yaşamağı üçün humanist keyfiyyətlər formalaşdırmağı təklif edirdi [7, s. 111].
İslamda humanizm mərhəmət və sevgi kimi nəzərdə tutulur. Dindar olmaq humanist və mərhəmətli olmaq deməkdir. Bu humanizm fəlsəfi və sosial səviyyədə insanları mehriban münasibətlər qurmağa çağırır. İnsanın bu dünyada yaxşı işlər görməsi və ətrafdakılara hörmətlə yanaşması sosiallaşmada humanizmin dini tərəfini əks etdirir.
Şifahi xalq ədəbiyyatından qaynaqlanan, Nizami, Füzuli, İ. Nəsimi, H. Cavid, M. Ş. Vazeh,A.A. Bakıxanov, M. Hadi yaradıcılığında özünü göstərən humanist ideyalar hər bir dövrdə insanlarası münasibətlərdə başlıca qayə olmuşdur. İ. Nəsimi şerlərində mənəvi saflıq mühüm yer tuturdu. Onun ən çox müdafiə etdiyi məsələlər hikmət, ədalət, sülh, doğruluq və insana dəyər vermə olmuşdur. Bunun üçün isə ilk növbədə, insan nəfsini təmizləməlidir. A. A. Bakıxanov humanizm prinsipini özünün ədalət anlayışının məzmununa aid edərək bildirirdi ki, humanistlik prinsipinin, adamların ləyaqəti və xoşbəxtliyinin əsasını ədalətə, bərabərliyə nail olmaq təşkil edir. Ədalətli və ağıllı insan zülmə etiraz edir. İnsanlıq anlayışının ən yaxşı nümunəsi olan Yunus Əmrə insanları sevərək, düşünərək yaşamağın rolundan bəhs etmiş, “ insan sevgi varlığıdır ” şüarı ilə çıxış etmişdir . O, sevgi və doğruluğu, mərdlik və qəti qərarlılığı, mətanət və səbri, səmimilik və sadəliyi müdafiə edirdi [5, s. 203].
Məşhur alman filosofu M. Haydeggerin fikrincə, insan öz davranışını qorxu və təhlükə əsasında qurur. Qorxu insanla dünyanın və insanla insanın münasibətlərinin tənzimləyicisi kimi çıxış edir. İnsan çalışır ki, dünya və başqaları ilə əlaqə və münasibətlərini normal saxlasın. O, məşhur “Humanizm haqqında məktubunda” bildirir ki, həqiqət üçün yalnız insan əhəmiyyətlidir. Bu humanizmə görə, ilk növbədə, insanlığın həqiqətə yaxın olması və onun həqiqətin başlanması tarixi ilə bağlıdır. Başqa sözlə, humanizm insanlara görə narahatlığı bildirir. Humanizmin bir neçə variantı olmasına baxmayaraq, onun tarixi anlayışı Haydeggerin fikrincə, insanlığın yaradılışıdır [9, s. 208].
E.Fromm şəxsiyyətin humanizmi məsələsinə öz münasibətini bildirmişdir. O, humanizmi insanın daxili təbiətindən irəli gələn sevməyə və yaşamağa olan cəhd kimi göstərir. Fromma görə, insan dünyaya əsl dəyər kimi yanaşmalı, onu dağıtmağa çalışmamalı və özünü bu dünyada təsdiq etməyə çalışmalıdır . Onun fikrincə, insan nəyəsə sahib olmağa yönəldikdə, gələcəkdə əldə edəcəyi nəticəyə yekun nöqteyi-nəzərindən yanaşır [14, s.132-135].
Ümummilli liderimiz Heydər Əliyev humanizm, sosial ədalət və insanpərvərlik kimi üç ali prinsipi hər bir fərdin maraq və mənafeyinin, cəmiyyətin rifahı üçün əsas hesab etmişdir. O deyirdi ki, həyatın mənası insanın bu həyatda yerini tutması, ləyaqətli olması və başqaları üçün nümunə olacaq şəxs olmasıdır. Dahi liderin mütərəqqi ideyaları milli inkişaf prosesində əsas istiqamət hesab olunur.
Müasir fəlsəfi fikirdə hörmət, sevgi və insanpərvərliyi ifadə edən humanizm şəxsiyyətin mənəvi-psixoloji keyfiyyətlərinin məcmusu kimi səciyyələnir. O, insanın dinindən, irqindən, yaş və cinsindən və sosial xüsusiyyətlərindən asili deyildir. Bu anlayış insanın təkbaşına bütün mənəvi dəyərlərə çata biləcəyi ilə razılaşmır, bu işdə digərlərinin də köməyinin lazım olduğunu qeyd edilir. Sosiomədəni cəhətdən yanaşdıqda, humanizm mədəniyyətin forması kimi insanın dünyagörüşünün və əməli fəaliyyətinin əsasında dayanır. Milli ənənələr əsasında formalaşan müasir humanizmin formalaşmasına qloballaşma, bilik cəmiyyəti və cəmiyyətin informasiyalaşdırılması təsir edir.
Şəxsiyyətin humanist məqsədinin əldə olunması mürəkkəb proses olub, iqtisadi, sosial və mənəvi-mədəni amillərin bütöv kompleksini əhatə edir. Müasir dövrdə şəxsiyyətin şüurunu elə inkişaf etdirmək lazımdır ki, o humanist məzmunlu yeni cəmiyyət quruculuğu prosesini şüurlu və məqsədəuyğun şəkildə tənzimləyərək onu idarə edə bilsin. Cəmiyyətin inkişafının əvvəlki mərhələlərində icitimai şüur varlığın bilavasitə təsiri altında formalaşırdısa, sonrakı dövrlərdə bu proses vasitələnmiş xarakter daşıyır, yəni siyasi və hüquqi münasibətlərdən keçərək yaranır. Bunun əvəzində ictimai şüurun varlığa təsiri getdikcə daha çox bilavasitə xarakteri alır [11, s.478 ; 4, s.31].
Şəxsiyyətin mənəvi keyfiyyətləri sosiallaşma prosesində formalaşır. İnsanın sosiallaşması daxil olduğu cəmiyyətin dəyərlər sistemini, münasibətləri, davranış normalarını, stereotiplərini mənimsəməsi prosesidir. İnsan bu təcrübəni mənimsədikcə mədəniləşir, yəni məxsus olduğu cəmiyyətin keyfiyyətlərini qəbul edir. Bu prosesdə sosiumun dəyərlər sistemini mənimsəyən fərd onları özünün daxili aləminə uyğunlaşdırır, onları özününküləşdirir, yəni özünün daxili dəyərlər sistemini formalaşdırır. Daxili dəyərlər sistemi şəxsiyyətin daxili mövqeyini formalaşdırır, daxili mövqe insanın biososial xüsusiyyətləri ilə şəxsi keyfiyyətlərinin vəhdətindən yaranır.
Müasir Azərbaycan cəmiyyəti demokratik , humanist, dünyəvi və vətəndaş cəmiyyətidir. Bizim cəmiyyət öz inkişafının elə bir pilləsindədir ki, şəxsiyyətin təşəbbüskarlığı ön plana çəkilmiş, cəmiyyətdə yeni davranış normaları və stereotipləri formalaşmağa başlamışdır. Cəmiyyətimiz elə daxili dəyərlər kompleksi yaratmalıdır ki, onlar sabit və inteqrasiyaya, yerdəyişməyə, diffuziyaya və transformasiyaya məruz qalmayan dəyərlər hesab edilsin [2, s. 686]. Cəmiyyətimizdə ailəyə, vətənə, torpağa bağlılıq, böyüyə hörmət, düzgünlük, qonaqpərvərlik, səxavətlilik, sadiq dostluq və sözündə bütövlük kimi mənəvi dəyərlər şəxsiyyətin sosiallaşmasında olduqca əhəmiyyətli rola malikdir. Hələ vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Qafqazda olarkən azərbaycanlılar haqqında demişdir ki, onlarla sövdələşəndə imzalanmış sənəd tələb etməyə ehtiyac olmur, çünki verdikləri sözə sadiqdirlər.
Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünəməxsus milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata – anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır [6 , s. 10-11]. Bu milli-mənəvi dəyərlər öz mahiyyətinə görə humanist səciyyə daşıyır.
Müasir cəmiyyətdə humanizm təkcə elmi-idraki tələbat deyil, dövrün sosiomədəni reallığından irəli gələn zərurətdir. XXI əsrdə cəmiyyətin bütün həyat tərzinin dəyişməsi dəyər oriyentasiyaları və davranış motivasiyalarında da dəyişiklik yaradır, nəticədə şəxsiyyətin sosiallaşması proseslərində dəyişikliyə səbəb olur. Bu gün baş verən sosial, mədəni proseslər, qloballaşma və urbanizasiya, tarixdə görünməmiş dinamika insan və bütövlükdə bəşəriyyətə təsir göstərir. Planet əhalisinin sürətlə artımı, elmi texniki inqilabın nəticəsi olaraq “ali dəyər” in sosial determinasiya səviyyəsinin artmasına gətirib çıxarır. Sosiomədəni ənənələrin elementi olaraq humanizm bir tərəfdən fərd ilə sosium arasında ictimai həyatın tənzimləyicisi kimi, digər tərəfdən onların yaradıcı fəallığının qarşılıqlı təsiri kimi çıxış edir. Müasir cəmiyyətdə baş verən elmi-texniki və kommunikativ sıçrayışlar, dərin siyasi və mənəvi transformasiya prosesləri, mədəni inteqrasiya, qloballaşma və universallaşma meylləri sosiallaşmada humanizmin yeni mahiyyət kəsb etməsinə səbəb olur.
İnsanı təbiətdən fərqləndirən əsas amil onun mənəviyyata malik olmasıdır. İnsanların öz aralarında ittifaqa girməsi üçün ilk növbədə, insani münasibətlərin olması zəruridir. Sosiallaşmanın humanistyönümlü olması insanın özü və ətraf mühiti üçün məsuliyyəti şəxs olmasını tələb edir. Humanizm təkcə insanlığın insana qaytarılması deyil, vəhşilik üzərində insanlığın təntənəsinə kömək edir [10, s.121].
Müasir Azərbaycan cəmiyyətində şəxsiyyətin sosiallaşmasında humanizmin mütərəqqi əhəmiyyəti özünü aşağıdakı kimi göstərir: - Humanizmin mövcud olması üçün təkcə humanist ideyaların mövcudluğu deyil, əsl insanlığın özü lazımdır.
- Azərbaycançılıq ideyasında da humanist prinsiplərin əməli fəaliyyətlə həyata keçirilməsinə nail olmaq prioritetlər məsələlərdəndir.
- Şərq ölkələri içərisində ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ölkəmizin humanist, demokratik, dünyəvi dövlət olduğunu sübut edir.
- Humanizmin bərqərar olması milli mentalitet, milli mənəvi dəyərlər, milli şüur, milli özünüdərk ilə birbaşa bağlıdır.
Humanist prinsipin həyata keçirilməsi millətin genofondunun qorunmasına, cəmiyyətin mənəvi iqliminin yaxşılaşdırılmasına xidmət edir. Dövlətlərarası sənədlərdə, elmi publisistik nəşrlərdə, manifestlərdə, məqalələrdə ali humanist dəyərlərə, məqsədlərə, prinsiplərə geniş yer verilir. Bu baxımdan əlillərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. Bu da Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir.
Şəxsiyyətin özünü realizə etməsi, öz qabiliyyətlərini gerçəkləşdirməsi, özünütəsdiqetməsi hüquq və ədalətə söykənən sivil cəmiyyətin qurulması şəraitində mümkün olur. Bu gün hər bir vətəndaş təkcə öz mənafeyini fikirləşməməli, bəşəriyyətin taleyini düşünməli və humanizmi özünün mənəvi borcu bilməlidir.


ƏDƏBİYYAT
1. Hacıyev Zeynəddin , Fəlsəfə, Bakı, Təhsil, NPM, 2010, s. 640
2. Mehdiyev Ramiz , Demokratiya yolunda: irs haqqında düşünərkən, Bakı, Şərq – Qərb , 2008, 792 s.
3. Rzayev Məmməd, Fəlsəfə tarixində humanizm problemi, AMEA Naxçıvan bölməsi , Xəbərlər – 2010 N 1, s. 290- 295.
4. Rzayev Məmməd, MÜASİR İCTİMAİ HƏYATIN HUMANİSTLƏŞMƏSİ HAQQINDA //Azərbaycan Milli Elmlər Akademiyası, Elmi əsərlər,Beynəlxalq elmi-nəzəri jurnal, N 1(18), Bakı 2012 , 31-35 s.
5. Rzayeva Roida , Türk Modernleşmesi,Ankara, Otorite yayınları, 2012, s.268.
6. Vəliyeva S. Azərbaycançılıq milli ideologiya və ədəbi – estetik təlim kimi, Bakı, “ Azərbaycan Universiteti Nəşriyyatı” , 2002, 146 s.
7. Zeynalov Məmmədəli , Fəlsəfə tarixi, Bakı, Azərbaycan nəşriyyatı, 2001, 535s .
8. И Кант. Собрание сочинений в 6 т., Москва, Мысль, 1959, 258 c.
9. М. Хайдеггер Письмо о гуманизме. Проблема человека в западной философии. Сборник переводов , Москва, Прогресс, 1988, 380 c.
10. Современный гуманизм: проблемы и перспективы: сб. науч. трудов. / Под общ ред. проф. В. А. Решетникова. Иркутск: изд-во Иркут. гос. ун- та, 2004, 462 с.
11. Спиркин А.Г. Основы философии, Москва , Политиздат, 1988, 591c.
12. Узнадзе Д. Н. Основные положения теории установки. Тбилиси, 1967, 392c.
13. Фрайер П. Г. , Альберт Швейцер, Картина жизни, Москва, Наука, 1982, 232 с.
14 . Э. Фромм Иметь или быть. Москва, Прогресс, 1990, 336 c.

Резюме
В статье анализируем роль гуманизма в процессе личности социализации. Гуманизм понятие личности в поведении проявляется как устойчивое позитивное отношение, укоренившиеся в сложной социальной направленности. Социально –духовный в качестве гуманизм имеет большое значение формирование и достижения самосознания в обществе. Гуманизм стимулирует новизне, толерантность, взаимопонимание, призывы для сохранения их благосостояния людей к добру. Сегодня каждый гражданин должны знать гуманизма его моральным долгом.

Resume
The article tried to investigate the role of humanism to process of socialization. Humanism as socially in understanding the complex nature appears individual behavior as entrenched in a sustainable and positive attitude. As a social moral case humanism is a great importance of achieve in the formation of self- consciousness. Humanism stimulates innovation, mutual understanding , tolerance, calls people for protection of the welfare of have dealt with them. Today every citizen should know its moral duty humanity.

Ülviyyə Səlimova
BDU-nin fəlsəfə kafedrasının doktorantı



Etiket:

Strategiya.az

Xəbərlər
06.06.2020

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü

06.06.2020

“Azeri Light”ın bir barrelinin qiyməti 43 dolları ötüb

06.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

06.06.2020

Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”

06.06.2020

Neftin qiyməti bahalaşır

06.06.2020

Koronavirusa yoluxma bu aylarda daha da artacaq

06.06.2020

Atəşkəs snayper tüfənglərlə 24 dəfə pozuldu

06.06.2020

Bakı küçələri boş qaldı

05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI