Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu

10:48 / 24.11.2016

Əli Həsənov

Tarix elmləri doktoru, professor

Xəzər hövzəsi Avrasiyanın əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji bölgələrindən biri kimi tarix boyu dünya siyasətşünaslarının diqqət mərkəzində olmuşdur. Mühüm geosiyasi əhəmiyyəti - geniş əraziləri və dinamik əhali resursları, zəngin təbii qaynaqları və enerji ehtiyatları, dünyanın müxtəlif qitələrini birləşdirən əlverişli nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi və s. xarakteristikası bu məkanı daim qlobal dünyanın maraqlar dairəsində saxlamışdır. 

Unikal coğrafi xüsusiyyətləri ilə seçilən Xəzər hövzəsinə dənizə birbaşa çıxışı olan beş Xəzəryanı dövlətin- Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın ərazilərini, əlavə olaraq Şimali və Cənubi Qafqazı, o cümlədən Xəzərə birbaşa çıxışı olmayan Özbəkistan və Gürcüstanı aid edirlər. Türkiyə isə hələ 1997-ci ildə özünü Xəzəryanı dövlət elan etmişdir. Xəzər hövzəsinin əhəmiyyətli geosiyasi xarakteristikası, dünya siyasətində oynadığı rol haqqında bütün dövrlərdə- orta əsrlərdən başlamış günümüzə qədər müxtəlif tədqiqatçılar və politoloqlar çoxsaylı elmi-siyasi araşdırmalar aparmış, cild-cild kitablar yazmış və çoxsaylı geosiyasi xəritələr tərtib etmişlər. Əksər tədqiqatlarda, xüsusən də klassik və müasir Avropa, ingilis-amerikan geosiyasət məktəbinin nümayəndələri, Rusiya, Türkiyə, İran, Çin və s. ölkələrin siyasətşünasları bu bölgəni planetin ən əhəmiyyətli regionlarından biri kimi qiymətləndirirmiş və Kontinental dünyanın (Hartləndin) ən mühüm geosiyasi məkanlarından hesab etmiş, hövzəyə sahib çıxmanın müxtəlif geosiyasi, geoiqtisadi və hərbi-geostrateji yol xəritələrini təklif etmişlər. Anqlo-saks geosiyasi məktəbinin əsas yaradıcılarından hesab olunan Helford Makinder hələ 1904-cü ildə Avrasiyanın geosiyasi və geostrateji əhəmiyyətini tədqiq edərək, Xəzər-Qara dəniz hövzəsi ərazilərinə də toxunmuş və bu bölgənin dünyanın keçmiş, bugünkü və gələcək taleyində oynadığı rol haqqında öz geosiyasi və hərbi-geostrateji mülahizələrini yazmışdır.(1, s. 244-255) 

Makinder Avrasiyanın “Yer kürəsinin sonrakı arxitekturasının qurulmasındakı” roluna xüsusi qiymət vermiş və bu məkanı “gələcək imperiya və müstəmləkə müharibələrinin əsas hədəfi” kimi xarakterizə etmişdir. (1, s. 244-255) Avrasiyanı Yer kürəsinin orta məkanı - Hartlənd adlandıran müəllif yazırdı ki, bura özünün unikal suvarma sistemləri, bərəkətli torpaqları, taxılı, pambığı, meyvə-tərəvəzi ilə yanaşı, həm də zəngin enerji resursları, neft, qaz və qiymətli metalları ilə bütün lazımi inkişaf resurslarına malikdir. Bundan başqa, regionun transmilli nəqliyyat-kommunikasiya imkanları, avtomobil və dəmir yolları, neft və qaz kəmərləri həm qonşu ölkələrlə, həm də bütün dünya ilə iqtisadi-ticarət əlaqələri üçün əlverişli şərait yaradır. Müəllifin fikrincə, dəniz və quru ölkələri arasındakı keçmiş, indiki və gələcək geosiyasi mübarizələrdə əsas hədəf “tarixin coğrafi oxu” hesab olunan Avrasiyaya (orta məkana) sahiblik uğrunda aparılır. Alimin qənaətinə görə, Avrasiya gələcək müharibələrin də həlledici amilidir və “Hartləndə sahib olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya sahib olanlar isə bütün dünyaya sahib olacaqlar.”(1, s. 244-255)
Avrasiyanın, xüsusən də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın dünya siyasətində oynadığı müasir geosiyasi, hərbi-geostrateji və geoiqtisadi rolu ABŞ politoloqu Zbiqnev Bjezinski də çox yüksək dəyərləndirmişdir. Makinder kimi Bjezinski də hesab edir ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları bu məkanda həll olunacaqdır. Lakin Makinderdən fərqli olaraq, Bjezinski yeni minillikdə dünyanın taleyinin “Avrasiyanın orta zonası hesab olunan Şərqi Avropada” deyil, daha çox Xəzər-Qara dəniz hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqazda həll olunacağı qənaətinə gəlir.(2, s.136-137)


Müəllif ABŞ-ı və Qərb dünyasını öz diqqət və güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad edərək, qərbə inteqrasiya etdirməyə çağırır. Z. Bjezinskinin fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürüdən dövlətlərinin transmilli geosiyasi və geoiqtisadi layihələrini dəstəkləməli və onların vasitəsilə özünün bu bölgədəki strateji mövqelərini gücləndirməlidir.(2, s.136-137)
Xəzər hövzəsinin geoiqtisadi xüsusiyyətləri, onun zəngin enerji resurslarının dünya ölkələrinin maraqlarını cəlb etməsi, Avropa ilə enerji mübadiləsi sahəsində region ölkələrinin reallaşdırmaq istədiyi transmilli layihələr və s. haqqında “Sivilizasiyaların toqquşması” əsərində S. Hantinqton da bəhs etmişdir. (4, s.591-628)
ABŞ diplomatı, görkəmli ictimai-siyasi xadim Henri Kissincer Avrasiyanın dünya geosiyasətindəki rolundan bəhs edərkən əsas diqqətini Rusiyanın Xəzər hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində yürütdüyü siyasətə və onun gələcək mümkün geostrateji nəticələrinə yönəltmişdir. Kissincer rusların “yaxın xaric” hesab etdikləri Orta Asiya və Cənubi Qafqazdakı geostrateji maraqlarının keçmiş SSRİ-nin digər ərazilərindəkilərdən daha vacib və strateji olduğunu qeyd etməklə yanaşı, onların bu maraqları “qeyri-sivil vasitələrlə və beynəlxalq hüquqa zidd yollarla” təmin etməyə çalışdıqlarını xüsusi vurğulamışdır. (5, s. 562-568)
Xəzər hövzəsinin və bütövlükdə Avrasiyanın geosiyasi xarakteristikası, dünya ölkələrinin bölgədə təmsil olunan və toqquşan maraqları, regional münasibətlərin vəziyyəti və inkişaf meyilləri, Rusiyanın geosiyasi maraqları, onun bölgə ölkələri ilə münasibətlərinin xarakteri və s. haqqında məsələləri klassik rus geosiyasətçilərindən tutmuş, “köhnə” və “yeni Avrasiyaçılar” adlanan müasir cərəyanların nümayəndələri də daxil olmaqla əksər rus alimləri öz əsərlərində geniş təhlil etmiş, çoxsaylı geosiyasi mülahizələr söyləmiş və “Rusiyanı bölgədə öz maraqlarını fəal surətdə, müxtəlif yollarla və vasitələrlə təmin etməyə çağırmışlar.” (6,7,8)
Avrasiyanın və Xəzər-Qara dəniz hövzələrinin geosiyasi və geostrateji əhəmiyyəti, bölgədə həyata keçirilən transmilli, regional və lokal geosiyasət haqqında Ziya Gökalpdan, Mustafa Kamal Atatürkdən üzü bəri çoxsaylı türk siyasətşünasları və Türkiyə rəsmiləri də bəhs etmiş, bununla bağlı çoxsaylı əsərlər yazmışlar. Xüsusilə, son zamanlar Türkiyə Cümhuriyyətində regionu öyrənmək və burada həyata keçirilən siyasətin tədqiq olunması yönündə mühüm işlər görülmüşdür. (9,10,11,12,13,14,15). Əksər tədqiqatçılar və politoloqlar Xəzər hövzəsini Avrasiyanın və dünyanın ən əhəmiyyətli geosiyasi bölgəsi hesab edərək, Türkiyənin öz fəaliyyətini bu regionda gücləndirməsini, burada reallaşdırılan transmilli layihələrdə yaxından iştirak etməsini vacib saymışlar.
Azərbaycanda dərc olunan bir çox geosiyasi tədqiqat əsərlərində (16,17,18,19,20,21,22). Xəzər hövzəsinin və Cənubi Qafqazın geosiyasi xarakteristikası, dünyanın və regionun aparıcı ölkələrinin bu bölgədə nümayiş etdirdiyi geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlar sistemi təhlil edilmişdir. Bu əsərlərdə, xüsusən 1994-cü ildən sonra bölgədə reallaşdırılan mühüm transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri, enerji ixracı kəmərləri və onların istismarı, hərbi-geostrateji təhlükəsizlik sahəsində hövzədə irəli sürülən təkliflər və nümayiş etdirilən mövqelər və s. ilə bağlı həyata keçirilən əksər beynəlxalq, regional və lokal təşəbbüslər detallı tədqiq olunur. Bundan başqa, Azərbaycan siyasətşünaslığında dünyanın aparıcı ölkələrinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda nümayiş etdirdiyi fəal geosiyasət fonunda Azərbaycan Respublikasının indiki və gələcək strateji inkişaf məsələləri, milli mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları öyrənilir, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması sahəsində onun oynadığı rol, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərdə dünyanın və regionun əsas güc mərkəzləri ilə geoiqtisadi münasibətlərinin xarakteri geniş tədqiq olunur. Azərbaycan dövlətinin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli dünyanın enerji, tranzit-keçid, beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya sistemindəki iştirakı kimi məsələlər də Azərbaycan alimlərinin əsərlərində öz əksini tapmışdır.
Göründüyü kimi, Xəzər hövzəsi həm geosiyasi və geoiqtisadi, həm də hərbi-geostrateji əhəmiyyətinə görə bütün dövrlərdə dünyanın aparıcı dövlətlərinin, geosiyasi güc mərkəzlərinin və araşdırıcı təşkilatların diqqətini cəlb etmiş və etməkdədir. XX əsrin sonlarına yaxın SSRİ-nin və dünya sosializm sisteminin süqutundan sonra fərqli ideoloji düşərgələri təmsil edən mütəxəssislər bu regionun artan qlobal geosiyasi əhəmiyyətindən, bölgədəki vəziyyətə təsir göstərən geosiyasi maraqlar sistemindən, üçüncü minillikdə transmilli, regional və lokal milli maraqların kəsişmə nöqtəsinə və mübarizə hədəfinə çevrilməsindən bəhs edərək, Xəzər hövzəsini yenidən dünya siyasətşünaslığının diqqət mərkəzinə çıxardılar. O dövrə qədər hövzədə baş verən hadisələr daha çox SSRİ-yə, onun tərkib hissəsi olan hövzəətrafı respublikalara və qismən də İrana aid edilirdisə, yeni şəraitdə bölgənin əksər dövlətlərində yaşanan daxili proseslər, dövlətlərarası regional münasibətlər hövzə çərçivəni aşaraq beynəlxalq aləmin diqqətini cəlb etməyə başladı.
Xəzər hövzəsində SSRİ-nin süqutu ərəfəsində dünya dövlətlərinin yürütdüyü geosiyasəti şərti olaraq iki dövrə ayırmaq olar:
Birinci dövr - 1980-ci illərin sonu və 90-cı illərin əvvəlindən başlayaraq SSRİ-nin dağılması ilə dünya siyasi arenasına “Xəzəryanı” region adlanan yeni bir vacib geosiyasi məkan daxil olur. Əgər SSRİ dövründə Xəzər hövzəsini yalnız iki dövlət – SSRİ və İran bölüşürdüsə, SSRİ-nin süqutundan sonra artıq Xəzərdə dörd yeni müstəqil dövlət meydana gəldi. Düzdür, bu dövrdə dünya siyasətşünaslığında Xəzərin enerji resurslarından, onun istismarından hələ ki, bəhs edən yox idi. Lakin həmin dövrdə hövzənin karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı müəyyən tədqiqatlar aparılmağa, xüsusən BP kimi nəhəng kompaniyalar bu haqda düşünməkdə idilər.
İkinci dövr - 1990-cı ilin ortalarından başlayaraq 1994-cü ilə qədər və ondan sonrakı mərhələni əhatə edir. Bu dövrdə geosiyasi ədəbiyyatda “Xəzərin geosiyasi oyunçuları” adlanan yeni termin meydana çıxır və dünya siyasət mərkəzlərində geniş şəkildə təhlil olunmağa başlayır.
1993-cü ildən Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla özünün yeni neft strategiyasını elan edir və ilk dəfə olaraq dünyanın aparıcı dövlətlərini və nəhəng transmilli şirkətləri Xəzərin zəngin neft-qaz ehtiyatlarını birgə istismar etməyə dəvət edir. Həmin dövrdən başlayaraq Xəzərin zəngin enerji mənbələrinə malik olması və üçüncü minillikdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynaya biləcəyi alternativ rol dünya geosiyasətinin gündəmini zəbt edir. Məhz elə həmin dövrdən başlayaraq Azərbaycanın təşəbbüsü və ciddi səyi ilə dünyanın əksər nəhəng neft-qaz şirkətlərinin qoşulduğu “Əsrin kontraktı” adlanan neft müqavilələri hazırlanaraq 1994-cü ildə imzalandı. Bu müqavilənin imzalanması, dünyanın aparıcı ölkələrinin və nəhəng transmilli şirkətlərin ona qoşulması nəticəsində beynəlxalq aləmin Xəzər regionu ilə bağlı geosiyasi maraqlarında böyük dönüş baş verdi. Xəzər hövzəsi və Cənubi Qafqaz regionu həmin vaxtdan etibarən böyük dövlətlərin, transmilli şirkətlərin və region ölkələrinin geosiyasi rəqabət meydanına çevrildi.
Düzdür, dünyanın transmilli güclərinin Xəzər hövzəsinə daxil olmasının qarşısını almaq məqsədilə regiondakı bəzi ölkələr bir müddət “Xəzərin hüquqi statusu” adlı süni problemi ortaya ataraq “bölgədə ciddi regional problemlərin mövcud olması haqqında” beynəlxalq ictimai rəy formalaşdırmağa, Xəzər ölkələrinin xarici aləmlə iqtisadi əməkdaşlığına əngəl törətməyə və s. cəhd etdilər. Lakin, Azərbaycanın əksər sivil dünya ölkələri və geosiyasi aktorlar tərəfindən dəstəklənən konstruktiv, ədalətli enerji strategiyası və balanslı regional geosiyasəti nəticəsində Xəzər hövzəsindəki gərgin dövlətlərarası münasibətləri nisbətən sabitləşdirmək və sağlam regional əməkdaşlıq mühiti formalaşdırmaq mümkün oldu. (23, s. 82-83)
Xəzər hövzəsinin hazırkı geosiyasi statusu və geniş geoiqtisadi, tranzit-dəhliz imkanları həm əksər region ölkələrinin sağlam rəqabət maraqlarına cavab verir, həm də bütün dünya ölkələrini bölgənin iqtisadi və siyasi həyatına maliyyə yatırmağa, yerli ölkələrlə hərtərəfli iqtisadi əməkdaşlıq etməyə ruhlandırır. Əlbəttə, həm ABŞ və Qərbin aparıcı dövlətləri, həm Rusiya, İran, Türkiyə kimi böyük region dövlətləri, həm transmilli dünya şirkətləri, həm də hövzənin enerji qaynaqları ilə zəngin yerli ölkələri ilk növbədə bölgədə öz geosiyasi maraqlarını təmin etməyə çalışır, onların hər birinin fəaliyyəti bəzən digərləri ilə rəqabət şəraitində həyata keçir. Lakin əsas məsələ ondadır ki, region dövlətləri əvvəlki illərdən fərqli olaraq hazırda həm qonşu ölkələrlə, həm də xarici aləmlə öz geosiyasi və geoiqtisadi münasibətlərini sərbəst müəyyənləşdirmək, tərəfdaşlar arasında praqmatik seçim etmək imkanı qazanmışlar.
Xəzər hövzəsinin müasir geosiyasi münasibətlərində müxtəlif vasitələrlə öz milli maraqlarını təmin etməyə çalışan əsas aktorlar sırasında, ilk növbədə: 1. müstəqillik qazanmış yerli ölkələri, 2. regionda özünün ənənəvi üstün mövqelərini qorumağa çalışan Rusiya, İran və Türkiyəni, 3. Hövzədə fərqli qlobal maraqlar üzrə əlverişli mövqelər qazanmağa çalışan ABŞ və Avropa İttifaqını, Çin, Yaponiya və s. kimi böyük dünya dövlətlərini fərqləndirmək olar. Bu aktorların hər biri Xəzər hövzəsinin əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərinə yiyələnərək, özlərinin və müttəfiqlərinin maraqlarını təmin etməyə çalışırlar. ABŞ siyasətşünası Z. Bjezinskinin sözü ilə ifadə etsək “Xəzər hövzəsi Mərkəzi Asiya və Cənubi Qafqazla birlikdə XX əsrin sonundan başlayaraq yerli, regional və transmilli maraqlar üzrə dünyanın əsas mübarizə obyektlərindən birinə çevrilimişdir.” (2,3,4,7)
Xəzər hövzəsində və ətraf ərazilərdə həyata keçirilən transmilli geosiyasi maraqlar mübarizəsinin əsas hədəfləri, mütəxəssislərin fikrinə görə, ilk növbədə:
• bölgənin zəngin enerji və karbohidrogen ehtiyatlarına çıxış əldə etmək;
• hövzənin əhəmiyyətli geosiyasi və hərbi-geostrateji mövqelərinə (strateji dəhlizlər, hərbi bazalar, neft-qaz kəmərləri, dəmir və avtomobil yolları və s.) yiyələnmək;
• yerli ölkələrin siya­si rejimlərinə və ictimai dairələrinə təsir əldə etmək, onların iqtisadi, sosial, dini, etnik, mədəni və informasiya mühitini təsir altında saxlamaq və s. sahələr üzrə aparılır.
Mütəxəssislərin fikrinə görə, Xəzər hövzəsi, ilk növbədə XXI əsrin əsas alternativ enerji layihələrinin həyata keçirildiyi region hesab olunur. Təbii xammal mənbələri ilə zənginliyi, əmək resurslarının geniş potensialı, dünya enerji və xammal ehtiyatlarının böyük bir qisminə malik olması və s. hövzənin geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyətini getdikcə ciddi şəkildə artırır. Xüsusən, yeni dövrdə dünyada enerji ehtiyaclarının getdikcə artması regionun zəngin təbii və mineral qaynaqlara malik olan Orta Asiya, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi kimi ərazilərinin planetin əhəmiyyətli və cəlbedici məkanı kimi tanınmasına şərait yaratmışdır. Böyük Britaniyanın BP şirkətinin “Energetika sahəsinin icmalı – 2016” hesabatına görə Xəzər hövzəsi ölkələrinin malik olduğu enerji resursları üçüncü minillikdə dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas alternativ mənbə hesab olunur və kifayət qədər zəngindir. (24) Statistik məlumata görə hazırda dünyanın bütövlükdə təsdiqlənmiş 1.383 milyard barel neft ehtiyatlarının 371 milyard bareli, yaxud dörddən biri, 187 trilyon kub metr təbii qaz ehtiyatlarınsa 107 trilyon kub metri, yaxud üçdən ikisi Xəzər hövzəsi ölkələrinin payına düşür.


XX əsrin sonlarından başlayaraq Xəzər hövzəsi həm də transkontinental enerji ixracı və beynəlxalq enerji təhlükəsizliyi sisteminin təsiredici halqalarından birinə çevrilmişdir. 1994-cü ildən başlayaraq Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatlarının dünya bazarlarına, xüsusən Qara-Aralıq dənizlərinə (Çin, Hindistan və s.) daşınmasını təmin edən çoxşaxəli ixrac-boru kəmərləri və marşurutları istifadəyə verilmişdir.
Bu marşurutlarla, xüsusən Qara və Aralıq dənizləri istiqamətində fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərilə hər gün milyon barellərlə neft və milyard kub metrlərlə təbii qaz sərbəst şəkildə dünya bazarlarına ixrac olunur.

ƏDƏBİYYAT
1. Макиндер Х.Дж. Географическая осъ истории // Геополитика. Антология. Москва, 2006. c. 244-255.
2. Bжезинский З.К. Выбор: мировое господство или глобалъное лидерство. Москва, 2004.s.136-137.
3. Бжезинский З.К. Великая шахматная доска. Господство Америки и ее геостратегические императивы. Москва, 1998;
4. Хантингтон С. Ф. Столкновение цивилизаций. Москва, 2005. s.591-628.
5. Генри Киссинджер. Нужна ли Америке внешняя политика // Геополитика. Антология. Москва, 2006. s.562-568.
6. Нартов Н. А; Нартов Б.Н. Геополитика. Москва, 2007;
7. Дугин А.Г. Основы Геополитики. Геополитическое будущее России. Москва, 2000.,
8. Дугин А.Г Теория неоевразийства. Москва, 2002 və s.
9. Suat İlhan. Türklerin Jeopolitiği ve Avrasiyaçılık. Ankara.2005;
10. Mert Bilgin. Avrasiya Enerji savaşları. İstanbul, 2005;
11. Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005;
12. Ahmet Davutoğlu. Stratejik Derinlik. Türkiye,nin uluslararası konumu. Ankara, 2008;
13. Bügünden yarına Türk dünyasında Stratejik bakış. İstanbul, 2008;
14. Avrasyada Türk jeopolitiği.Ankara, 2009;
15. Celalettin Yavuz. Jeopolitik ve Strateji // http:www.turksam.orq və s.
16. Həsənov Ə.M. Geosiyasət. Bakı, 2010
17. Гасанов А.М..Геополитика. Баку, 2012
18. Hasanov A.M. Azerbaycan Cumhuriyyetinin Ulusal Kalkınma ve Güvenlik Politikası. Ankara, 2013
19. Гасанов А.М Современные международные отношения и внешняя политика Азербайджана. Второе издание, Баку, 2013
20. Гасанов А.М. Политика национального развития и безопасности Азербайджанской Республики. Баку, 2014
21. Həsənov Ə.M.Azərbaycanın geosiyasəti. Bakı, 2015;
22. Həsənov Ə.M.: Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016;
23. Həsənov Ə.M. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. Bakı, 2016 və s.
24. Statistical Review of World Energy, iyun, 2016.

Açar sözlər: Xəzər hövzəsi; nəqliyyat dəhlizləri; Cənubi Qafqaz; geosiyasi xarakteristika; enerji resursları
Ключевые слова: Каспийский бассейн; транпортный корридоры; Южный Кавказ, геополитическая характеристика; энергетические ресурсы
Keywords: Caspian basin; transport communication corridors; South Caucasus; geopolitical characteristics; energy resources.
SUMMARY
The geopolitical characteristics of the Caspian basin and the role of it in the modern world politics
In the article analysis the geopolitical interests of the world’s leading countries in the Caspian basin and in the South Caucasus, and according to their geopolitical policy, current and future economic development of the Republic of Azerbaijan is examined.
In addition, the basis of state policy ensuring national interests of Azerbaijan, the role of the exploitation, and supplying Caspian energy resources to the world markets is explained. At the same time, creating the East-West and North-South transport communication corridors, ensuring security on such issues as well as geo- economic relations with the great power centers of the region is studied.
In the article, as well as geopolitical and geo-economic activities of Azerbaijan state, participation in region’s, Europe’s and transnational world’s energy, transit-access, international transportation, transport-communication fields is analyzed, global geo-economic processes threatening the future national interest of South Caucasus and the Caspian Basin countries is studied.

РЕЗЮМЕ
Геополитическая характеристика Каспийского бассейна и её роль в современной мировой политике
В статье исследуются вопросы настоящего и будущего экономического развития Азербайджанской Республики на фоне геоэкономических интересов и геополитики, осуществляемой со стороны ведущих государств мира.
Наряду с этим, осуществляется толкование основ государственной политики по обеспечению национальных интересов Азербайджана и исследуется роль эксплуатации энергетических ресурсов Каспия и их транспортировки на мировые рынки. В то же время анализируются геоэкономические отношения Азербайджана с основными центрами силы в регионе и в мире, связанные с формированием и обеспечением безопасности транспортно-коммуникационных коридоров Восток-Запад и Север-Юг.
В статье также находят отражение такие вопросы, как геополитическая и геоэкономическая деятельность Азербайджанского государства в регионе и в мире, участие республики в Европейской и транснациональной энергетической, транспортно - коммуникационной системе и в процессе международных перевозок. Также исследуются глобальные геоэкономические процессы,которые могут в будущем представлять собой угрозу национальным интересам Южного Кавказа и Каспийского бассейна.

Davamı olacaq


"Geostrategiya" jurnalı № 03 (33) MAY - İYUN 2016



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM