Bakıda sürücülərin “Niva” markalı üç avtomobildə avtoxuliqanlıq videosu yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Babək prospektində baş verib. “Maşın bazarı”nın qarşısındakı körpünün yanından üzü şəhər istiqamətində hərəkət edən “Niva” markalı üç avtomobilin sürücüləri təhlükəli manevrlərlə “avtoş”luq ediblər. Onlar bir-birinin üstünə maşın sürüb, ziqzaqvari hərəkətlər ediblər.
Sürücülər hətta bu hərəkətləri yol polisinin kameralarının qarşısında da təkrar ediblər.