Yer oxundan çıxır: Fəlakət yaxınlaşır? - "Yeni Nuh gəmisi olacaq”

22:01 / 27.11.2016

“Yaponiya sular altında qalacaq, Avropanın quruluşu dəyişəcək, xilas Rusiyadan başlayacaq”.

Bu sözlərin müəllifi Edqar Keysi 1877-ci il martın 18-də ABŞ-ın Kentucky ştatında anadan olub. 1945-ci il 3 yanvar tarixində isə Virciniyada vəfat edib. İnsanlar Nostradamus, Vanqa, Messinq haqda çox eşidiblər. Belə şəxslərdən biri də Edqar Keysidir. O, öncəgörmələri ilə çox məşhurdur və bir sıra proqnozu dəqiqliklə yerinə yetib. Bəzən belə insanlara çətinliklə inanılır. Lakin ABŞ-da Atlantika Universitetində və Virciniya Tədqiqatlar və Maarif Assosasiyasının bazasında Edqar Keysinin irsini öyrənirlər. Onun 14306 öncəgörməsi var.

Strategiya.az Publika.az-a istinadən fenomen insanlardan olan E.Keysinin öncəgörmələrini təqdim edir.

E.Keysinin verdiyi bir çox proqnozlar doğru çıxıb. Vaxtilə elmi dairələr ona inanmırdılar. Lakin onun klinikası qarşısında insanların uzun növbələri elmi dairələrin də fikirlərini dəyişdirdi.

Amerika həkimləri həmkarlar ittifaqının katibi Con Blekbern Keysinin fəaliyyəti ilə maraqlanır və onun seanslarını təşkil edirlər. Belə seanslarda həkimlər həm suallar verir, həm də onun diaqnozlarını yoxlayırdılar. Nəticədə, Keysinin qabiliyyəti qəbul olundu və ona rəsmən “zehni konsultasiya” verməyə icazə verildi. Tibb ilk dəfə fövqəltəbii qabiliyyəti tanıdı.

Tarixçi Marqarita Volkov yazırdı ki, Keysi həqiqətən də diaqnoz qoymaq və buna uyğun müalicə yazmaq bacarığına sahib idi.

E. Keysi öncəgörmələrini hipnoz vəziyyətdə olanda deyirdi. Təsadüfi deyil ki, onu “yatan kahin” adlandırırdılar.

O, “20-ci illərdə ABŞ-da iqtisadi böhran olacaq” proqnozunu verdi və 1929-cu ildə belə bir böhran baş verdi. Amerika qorxunc xaos yaşadı, işsizlik, yoxsulluq, iqtisadi depressiya başladı".

Keysi öncəgörmələrində hadisələrin xırda detallarına qədər danışırdı. Misal üçün, 1933-cü ildə fond birjasının iflasını, 1939-cu ildə II Dünya Müharibəsinin başlanacağını, İsrail və Hindistanın müstəqillik əldə edəcəyini öncədən detallarına qədər bildirmişdi.

Keysi XX əsrin sonunda Böyük Britaniyada qadının baş nazir olacağını da demişdi. Həqiqətən də dediyi vaxt Marqareta Tetçer baş nazir oldu. O, XX əsrin sonunda həm də Çinin iqtisadi inkişafı haqda danışmışdı. Deyilən vaxt Çin iqtisadiyyatı 10 dəfə artdı. Onun dünyadakı kataklizmlər, qütblərin dəyişməsi, geoloji tərpənmələr barəsində dediklərinin bəziləri artıq gerçəkləşib.

E Keysinin bioqrafı Mark Tertson deyir: “O, Yer kürəsinin dəyişikliyi haqda qabaqcadan xəbər verdi. Ən əhəmiyyətli məsələlərdən biri də Yer kürəsinin fırlanma oxunun dəyişəcəyi haqdadır. Bu planetimiz üçün qəza deməkdir. Onun öncəgörmələrinə görə, Yaponiya su altında qalacaq, Avropanın geoloji quruluşu dəyişəcək”.

Edqar Keysinin Yer kürəsinin gələcəyi haqda öncəgörmələri: “Yer kürəsi Amerikanın qərb hissəsində doğranacaq. Yaponiyanın çox hissəsi dənizin altında qalacaq. Avropanın yuxarı hissəsi bir göz qırpımında dəyişəcək. Torpaqlar Amerikanın şərq sahilində çıxacaq. Arktika və Antarktidada dəyişikliklər olacaq, isti ərazilərdə vulkanlar püskürəcək və qütblər yerindən oynayacaq. Soyuq və ya subtropik iqlim daha çox tropik olacaq, orada mamırlar artacaq. Bu dəyişiklik “58-ci ildən 98-ci ilə qədər başlanacaq”.

Bu, iki tarixdən biri Keysinin dediyi fəlakətlərin başlandığı tarixdir. Dünya hər iki tarixi geridə qoyub, Keysiyə inansaq deməli fəlakət yaxınlaşır.

Yer kürəsində dəyişiklik nə vaxt olacaq?

“Cənub dənizində birinci kataklizm olanda və enmələr müşahidə olunmağa başlayanda Yer kürəsinin əks hissəsində - Aralıq dənizində, Etna ərazisində (Siciliyada yerləşən vulkan) bu, başlanğıc olacaq”, - deyə Keysi gələcək fəlakətlərdən xəbər verir.

Onun öncəgörməsinə görə, Qərbi Sibir dünyanın xilas olacağı yerdir və yeni Nuh gəmisi məhz bura çıxacaq.

“Kommunizm, yaxud biolşevizm adlanan sistemlə Rusiyadan dünyaya ümid gəlməyəcək. Yalnız azadlıq, azadlıq! Hər bir insan öz yoldaşı üçün yaşayacaq. Bu prinsip öz təsdiqini tapıb. Onun kristallaşması üçün illər keçəcək və Rusiyadan dünyaya yeni ümid doğacaq. Slavyan xalqlarının missiyası insan münasibətlərinin mahiyyətinin dəyişdirilməsi, eqoizm və maddi ehtiraslardan azad etməkdir”.

E. Keysiyə görə, dirilən svilizasiyanın mərkəzi Qərbi Sibir olacaq.

“Qərbi Sibirdə artıq təmiz enerji yığılır. Bu enerji təbii fəlakətlərin və energetika kataklizimlərinin Yer kürəsini dağıtmasının qarşısını alacaq. Qərbi Sibir demək olar ki, sağ-salamat qalacaq. Yeni Nuh gəmisi olacaq”, - deyə o, gələcəyi belə oxuyur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM