BULUDXAN XƏLİLOV VƏ MƏN

19:40 / 28.11.2016

“Düpdünya adamla doludur. Bu Mahir isə yenə də gəldi mənə ilişdi. Əl çək də... Məndən başqa adam tanımırsan?” Bu, Azərdaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri doktoru, professor, efirimizin yaraşığı Buludxan Xəlilovun, başlığı oxuyandan sonra verdiyi reaksiyanın xırda xülasəsidir. Razıyam. Mən də belə reaksiya verərdim. Amma, məndə təqsir yoxdur. Axı, kimlə özümü müqayisə edim? Yaxud da, Buludxanın təbirincə desək, “kimə ilişim?”

Amma, onunla tanışlığımıza səbəb olan, rəhmətlik İbrahim Ömərov sağ olsaydı mənə qahmar çıxardı. Çünki ona “İbrahim, az iliş mənə” deyəndə, cavab verirdi ki, “başqasına ilişsəm, ağız-burnumu əzişdirib, qanadacaq. Öz dostlarıma ilişirəm, onlarla zarafat edirəm ki, heç nə deməsinlər, heç nə eləməsinlər”.

Bu qısa giriş. Bəs görəsən nə yazacağam ki, hələ Buludxan məndən incisən də... Heç nə. Sadəcə bir günlük həyatımı və onun bir günlük həyatını. Çox danışmayım. Yazım, siz də oxuyun. Özünüz qərar verin – burda inciməli bir şey var, ya yox?

 

Hər bir yeni gün gecədən başlayır. Çünki adı işıqla – Günəşlə eyni olan GÜN gecə saat 12-də qanuni qüvvəsinə minir. Günümüz qaranlıqla başlanır.

Buludxan da yatmamışdan qabaq zəngli saatını qurur. Lap zastoy oğlu zastoyam e... Kim indi zəngli saat qurur axı? Girirsən cib telefonunun menyusuna, sifariş edirsən. O da səhər tezdən, dediyin vaxtda başlayır “banlamağa”. Banlamağı təsadüfən dırnaqda vermədim. Vacib deyil “quqquliqu” desin. Faiq Ağayevin, Röyanın, Aygün Kazımovanın mahnısını, Azərbaycanın himnini də oxuya bilər. İstəsən lap “Ələsgər!!!” də qışqırsın... Bu, sadəcə zövq məsələsidir.

Buludxan da gecə yatanda cib telefonunu qurur. Dilçilik elmində yeni ifadə: “Cib telefonunu qurur”. (Xahiş edirəm işlədəndə mənə istinad edin.) Bəzən vaxtında yuxuya gedir. Bəzən isə yuxusu gəlmir. Amma özünü məcbur edir yatmağa. Çünki sabah səhər tezdən işə getməlidir. Normal insanlarda yuxu adamı yatmağa məcbur edir. Lap sükan arxasında olsan belə... Amma Buludxan məcbur edir ki, ay yuxu, gəl, tez gəl. Mən heç olmasa səkkiz saat yatmalıyam ki, sabah işdə yuxulamayım. Beləcə, birtəhər yuxuya gedir. Bu dəfə yuxular onu yatmağa qoymur. Röyasında görür ki, tyutorlar mühazirə deyən professor, dosent, müəllimləri özbaşına buraxıblar. Onlar da dərsə gəlməyənlərə qayıb qoymayıblar... Və ya Mahir onun yanına qonaq gəlib və otağında baş verənlərlə bağlı Feysbukda canlı yayım verir. Sairə, xülasə. Yuxudur da... Adam var yuxuda milyonlar qazanır, Buludxanın ürəyi isə işinin yanındadır. Əsl pedaqoqdur. İstər gündüz olsun, istər gecə... Bu yuxuların qoynunda bir təhər uyumağını görür. Bir də görür ki, telefonu “banlayır”. Səhərdir. Ayağa durur. İlk növbədə uşaqlarını düşünür. Görəsən onlar da

oyanıblarmı. Axı dərsə getməlidirlər? Öz uşaqlığı, kəndləri yadına düşür. Füzulinin “Leyli və Məcnun” kitabını qucaqlayıb yuxuya getdiyi, xoruzların banına oyandığı vaxtlar. Amma silkələnir. Bakıdadır. Professor, pedaqoq, dekandır. Tez üzünü qırxır, əl-üzünü yuyur, dişlərini fırçalayır. Təkəm-seyrək tellərinə sığal verir. Güzgüylə üz-üzə qalıb, məcburən çöhrəsinə gülüş qondurur. Sonra isə həmən ciddi görkəm alır. Axı o, müəllimdir. Müəllim ciddi olmalıdır. Nə olsun ki, evdədir. Müəllimlik ailədən başlayır.

İdman stilli paltarını geyinir. Mətbəxə keçir. Çaydan qazın üstündədir. Amma qaynamır. Buludxan az qalır əlini də qaza qoysun ki, alov bir az da gur yansın. Axı, işə gecikə bilər. Tyutorlar “buna bax e... bizdən intizam tələb edir, amma özü işə gecikir” deyərək, onu da acıqlı, tənəli baxışlarla süzərlər. Bir an öz-özünə fikirləşir. Əcəba, görəsən ali məktəblərdə tyutor hörmətli vəzifədir, yoxsa dekan?

Nəhayət, çaydan qaynayır, çay dəmlənir. Allah verəndən süfrəyə düzülür. Yeyir, içir. Evdən çıxır. Marşruta minmək istəyir. Yox. Hava yaxşıdır. Vaxtı da var. Piyada işə doğru addımlamağa başlayır. Öz aləmində təsəlli tapır. Bütün günü oturaq həyat tərzini bu yolla tarazlaşdırdığına özünü inandırmağa çalışır. Bir dilçi-alim kimi “təsəlli” sözünün “yalan”la sinonim olduğunu bilə-bilə. Azərbaycan Dövlət Pedaqoji Universitetinin həndəvərinə çatmağını görür. Mələklər çiyninə sanki iki qanad yapışdırırlar. Sanki, 1983-cü il – 1-ci kursa daxil olan vaxtlarıdır. Bir an dayanır. Yanından keçən tələbələrə baxır. Onları paxıllıqla süzür. Professorluğunu, dekanlığını onların tələbəliyinə dəyişmək istəyir. Röyadan ayılır. Başını qaldırıb göyə baxır. Səmayla nəsə bir yaxınlıq hiss edir. Bu məsafə əvvəl çox uzaq idi. İndi isə əlli-əlliyə yaxınlaşıb. Çünki, artıq 50 yaşı var. Heç nə demir. Başını aşağı salıb addımlayır. Tələbə qızların üzünə baxmır. Kişi müəllim qız tələbələrin üzünə baxmaz.

Elə ki, universitetin qapısından girir... düz otağınacan “Salam, Buludxan müəllim”, “Professor, sabahınız xeyir” atəşinə tutulur. Kim ki, “Buludxan, salam” deyirsə, deməli ona dərs deyən müəlliməridir.Yaş artsa da aralarındakı məsafə dəyişmir. Buludxan tələbə, onlar isə müəllimdir. Yaxşı ki, əlaçı, adlı təqaüdlə oxuyan tələbə olub, tapşırıqla qiymət almayıb. Yoxsa gününü göy əskiyə çevirərdilər. Yaxud da müəllimlərinə rüşvət verib, qiymət almayıb. Onda tərsinə olacaqdı. Buludxan onların gününü göy əskiyə bükəcəkdi.

 

***

 

Mənim də Buludxan kimi 50 yaşım var. Onun kimi filoloqam. O saçını töküb alim, professor olub, mən isə jurnalist, yazıçı, publisist...

Axşam saat 9-dur. Yuxum gəlir. Yatıram. İndi deyəcəksiniz ki, 9-da da adam yatar? Ey adamlar, adam yuxusu gələndə yatar. Yaxud da ki, yatmıram.

Televizora baxıram. Gecə 10-dur. Rusiya kanallarında kino verirlər. Bu rusların da yeyib-içmək məsələsi olmaya da. Yarım litr araq, qara çörək, xiyar şorabası, qaynadılmış kartof, hisə verilmiş balıq, donuz piyi. Təzəcə yemişəm e... amma acdım. Hazır yemək var. Amma mən kinodakı yeməklərdən istəyirəm. Mətbəxə baş çəkirəm. Kartof var, “sala” onsuz da yemirəm. Onun əvəzinə kərə yağı var. Xiyar şorabası da öz yerində. Bəs araq, hisə verilmiş balıq? “Mahir, əvvəlki vaxtlar deyil a... Dükanlar səhərəcən açıqdır”.

Əynimi geyinib küçəyə çıxıram. Yolu o tərəfə keçib girirəm super-marketə. “Super-market”, yəni ki, Böyük bazar. Böyük Bazar deyilən ərazi həm də Lənkəranda var. Çörək rəfinə yanaşıram. Borodino, yaxud da İvanovka qara çörəyini götürüb burnuma doğru aparıram. Kinodan aldığım vizual ətri əyani olaraq sinəmə çəkirəm. Oxxayy!!! Çörəyi zənbilə qoyuram. Sonra yanaşıram balıq şöbəsinə. Seld, hisə verilmiş başsız skumbriya, forel... bəh-bəh-bəh. Bir dənə skumbriya, bir dənə də forel alıram. Hər ehtimala qarşı konserv balıq da götürürəm. Birdən kinonun 2-ci seriyasında yeyib-içənlər menyunu dəyişdirərlər. Sonra mənim halım yoxdur ağzımın suyu axa-axa bu soyuqda, gecənin bir vaxtı super-marketə qaçmağa.

Evə qayıdıram. Gecə 11-in yarısıdır. Kartofları qazana atıb üstünə su toküb plitənin üstünə qoyuram. Bir az gözləyirəm. Budur həyat yoldaşım Sevinc həmən özünü yetirdi. (“arvadım” deyəndə acığına gəlir):

* Mahir, neçə dəfə demişəm, kartoşkanı qazana atmamışdan qabaq yu.

* Yaxşı, yuyaram. Salat hazırla, çörək doğra...

* Sən nə danışırsan? Mən iş adamıyam e... səhər tezdən durmalıyam, – deyib o biri otağa keçir. Bir anlıq duruxuram. Deməli, belə çıxır ki, o, iş adamıdır, mən isə avarayam. Görəsən, mən doğrudandamı avarayam? Yaxşı ki, nəşr etdirdiyim 7 kitabı şkafın üstünə düzmüşəm. Göz qabağındadır. Yoxsa, həqiqətən də inanardım ki, avarayam.

Kartoflar paqqapaq qaynayır. Torpağı sıyrılıb suyuna qarışır, ordan da qazanın divarına yapışır. “Kartofu yu, kartofu yu...” Axı, Sevinc, sən hardan biləsən ki, bu torpaq qaynanmış kartofa xüsusi tam, dad verir? Balığı paketindən çıxarıram. Kül mənim başıma. Camaat 30 min manat içində olan pul paketini əlinə almağından fəxrlə danışır, mən isə balıq paketini...

Balığı təmizləyib doğrayıram. Şor xiyar, çörəyi süfrəyə düzürəm. Arağı açıram. Badəyə süzürəm. Yox, kartofun bişməyini gözləmirəm. Elimizin adət-ənənəsi var. Yemək stola gəlməmiş gərək “iyirmi-iyirmi” gillədəsən. Bu sözü dırnaq arasında təsadüfən vermədim. Buludxan Xəlilova məxsus ifadədir. İstinad vacibdir. Çünki o, elm adamıdır. İstinadsız qala bilmir.

Badəni başıma çəkirəm. Şor xiyardan dişləyirəm. Oxxayy! Bu an yadıma düşür ki, bəs ağır aydır. İçmək olmaz. Amma gecdir. Bədənimə istilik gəlir. Osteoxondroz

ağrlarım yoxa çıxır. Adı iyirmi-iyirmidir, əslində 50 qram daxilə öz axarıyla axmağa başlayır. “Bu gedən yerə qada-bala getməsin” deyirəm. Bərkdən yox, ürəyimdə deyirəm. Atamın sevimli ifadəsini bərkdən necə deyim axı? Axı kimə deyim? Təkəm.

 

Arvadsa çoxdan yatıb,

Şirin yuxuya batıb.

Mənimsə yuxum gəlmir,

Yuxu məndən yan qaçıb.

 

Kartof da bişdi. Çəngəli batırıb qazandan çıxarıram. Azcana soyuq suya çəkirəm ki, qabığını rahat soyum. Sonra boşqaba qoyuram. Vay-vay-vay... Baş soğan lap yadımdan çıxmışdı. Tez soğanı soyub həlqəvari dilimləyirəm. Nüvəsini qoparıb ağzıma qoyuram. Kartofun üstünə yağ qoyub dişləyirəm. Üstündən də balıq, qara çörək. 12-nin yarısıdr. İkinci rumkaya ehtiyac var. Süzürəm. Adam içəndən sonra kimi yadına salar? Məşhur məsəl də var e... “Yeyib-içib, əzizləri yadına düşüb”. Ənənəyə uyğun olaraq, ikinci badəni atamın, İbrahim Ömərovun və onun atası Nizami Məmədcanlının sağlığına qaldırıram. “Sağlığına qaldırıram” ifadəsi elə İbrahimin özünə aid idi. “Atalarımız bizimçün sağdırlar. Ona görə də onların sağlığına!” deyərdi. İkinci badə də beləcə həzmi rabiyədən keçir. Lap acıram. İkinci kartofu soyuram. Nimçədə onu 4-5 yerə parçalayıram. Üstünə yağ qoyuram. Soğanı xırda-xırda doğrayıb üstünə tökürəm. Qara istiot səpirəm. Çəngəli götürüb batırıram. Oxxayy! Səsimə arvad o biri otaqdan gəlir. Demə yuxuya gedə bilməyib. “Olar çörəkdən mən də batırıb boşqabına?” deyib, razılıq almadan kartofdan götürür. Balıqdan da... Araq tərəfə baxmır. Heç təklif də etmirəm. Atamın sözü yadıma düşür: “Arvad yaxşı ki, içmir. Dadını bilsə evim yıxılar. Gəl indi onun arağını çatdır”.

Üçüncü rumkanı süzürəm. “Sevinc, bunu içirəm sənin ərinin, qızlarının, nəvələrinin sağlığına” deyərək, badəni burnuna vurub, başıma çəkirəm. Artıq saat 12-dir, 1-ə işləyib. Metro dilliylə desək “gecə saat sıfır sıfırdır”. “O boyda Metropolitendə yəni bir nəfər savadlı adam yoxdur?” deyə düşünürəm. Amma həmən dayanıram. Çünki belə şeyləri düşünsən ayıla bilərsən. Mayan batar.

Yeməyi başa çatdırıram. Hamama keçirəm. Əlimi yuyuram. Dişlərimi fırçalamıram. Bu qədər əziyyət çəkib, sonda yemək yemişəm. Deyirsiniz ki, ağzımdakı dadı Kolqeytə qurban verim? Əsla. Yataq otağına keçirəm. Astaca yerimə uzanıram. Yox. Cib telefonumu qurmuram. Niyə qurum ki?

Səhər yuxudan oyanıram. Neçədə? Adam yuxudan nə vaxt oyanar? Əlbəttə ki, yuxudan doyanda. 6-da, 9-da, 12-də, 1-in yarısında. Amma əsasən 10-un yarısında yataqdan dururam. Əl-üzümü yuyuram. Mətbəxə keçib çay qoyuram. Yağ-pendir

çörək. Bəzən qlazok, qayğanaq, bəzən də mürəbbəylə-çay. Əlbəttə ki, əgər acamsa. Çünki insan nə vaxt yeyər? Əlbəttə ki, acanda.

Sonra paltarımı geyinmirəm, küçəyə düşüb avtobusa minmirəm, yaxud da ki, piyada işə doğru addımlamıram. Eləcə mətbəxdən çıxıb, böyük otağa keçirəm. Qapıda turniket də yoxdur, tyutorlar da... Notbukun qapağını açıb yandırıram. Bir az saytlara baxıram, feysə göz gəzdirirəm. “Bu nə pis oldu? Baho? Fikrət Sadıq rəhmətə gedib...”, “Bu gün vertolyot qəzasından 24 il ötür...”, yaxud da “Mir Şahinin 53 yaşı tamam olub...”. Həmən yaddaşım vərəqlənir. Özümdən asılı deyil, xatirələr kağıza düzülür. Əcəb qafiyədir?

Gecə “Zolotoy koltso”

badələrə süzülür,

Səhər isə yaddaşım

Ağ kağıza düzülür.

 

***

 

Beləcə, Buludxan gəlib girir dekanlığa. Qapını bağlayır. Şkafı açır. Paltarını, ayaqqabısını dəyişir. Kostyumunu geyinir, qalstukunu taxır. Sonra üzünə ciddi görkəm verib, qonşu otağa keçir. Müvafiq tapşırıqlar verir. Təzədən öz otağına qayıdır. Bu zaman yaşlı yox, qoca müəllimlərdən biri otağına girir. O müəllim ki, bir vaxt ona dərs deyib, vəzifəcə ondan yuxarı olub, qayğı göstərib. O saat tələbə düşüncəsiylə ayağa durur. Müəlliminə çay gətizdirir. Evdə heç kim yemədiyindən, məcbur olub işə gətirdiyi tut qurusunu qənddana töküb ortaya qoyur. Və ürəyində “işlər tökülüb qalıb. Görəsən bu nə vaxt çıxıb gedəcək” düşünə-düşünə, başlayır müəlliminə “şirin-şirin” qulaq asmağa. Bu söhbətdən məmnunluğunu ifadə edirmiş kimi üzünə təbəssüm verməyə. Ümidi telefonlara, bir də iki saatdan sonra başlayacaq mühazirəsinədir. Əgər ki, rektor, prorektor zəng etsə, onu çağırsa və üzürxahlıq edib getsə, müəllimi inciməz. Amma...

 

...Telefonsa zəng çalmır,

Susur, elə hey susur,

İntizardan nəfəsi

Kəsilir buza dönür...

 

Yaxud da desə ki, “mühazirəm başlayır”, müəllimi onu başa düşər. Axı, müəllimi də müəllimdir? Nə olsun ki, 70-80 yaşı var. Yaxşı bilir ki, mühazirəyə geciksə tyutorlar onu yaxşıca məzəmmət edərlər. Adını qara siyahıya salarlar.

Müəllimi isə öz işindədir. Buludxan qulaq asır. Hərdən müdaxilə də edir söhbətə. “Maraqla qulaq asır Buludxan. Ona maraqlıdır” deyə düşünən müəllimi isə

Arandan qurtarıb, keçir Turana. Turanı bitirib adlayır İrana. Buludxan da qulaq asır, qulaq asır. Bir saatdan sonra bu müəllimindən canını qurtara bilsə özünü xoşbəxt sanır. Bəzən 2-3 saat da yetmir. Nə etsin? Axı o, pedaqoqdur, həm də dekandır, alimdir, tələbədir.

Nəhayət müəllimi çıxır, tələbə içəri girir: “Buludxan müəllim, mən əliləm. Sabah səhər məni medkomissiyaya çağırıblar. İcazə verin...” Tələbənin sözü ağzında qalır. “Ay oğul, yeni təhsil sisteminə əsasən icazə verməyə ixtiyarım yoxdur” deyir. Tələbə isə dediyini deyir: “Mən sizə bir dekanım kimi dedim ki, bəs xəbəriniz olsun”. Buludxan isə “Qayıb yazılacaq. Sən limiti keçmisən ki?” soruşur. “Yox, müəllim. İstəmirəm ki, qayıbım olsun. Sinifqoma deyin ki, üzürlü səbəbim var”. Buludxan isə hey təkrar etsə də ki, “mənim icazə vermək hüququm yoxdur”, tələbə gülümsəyir. “Bu boyda dekandır, icazə verə də bilmir. Kimə lazımsan day” kinayəsi üzündən oxunur.

Bir tələbə isə utana-utana içəri girib, “imkanımız yoxdur təhsil haqqını ödəməyə” deyəndə Buludxanın onun yazığı gəlmir. Ürəyi partlayır, az qalır ki, tələbənin əlindəki bahalı telefonu, planşeti alıb yerə çırpsın. Amma öz 22 manatlıq telefonuna baxıb heç nə demir. Mülayim tərzdə “bu işə biz baxmırıq” söyləyir.

İşçilərindən kimsə otağa girib sensasiyalı xəbəri Buludxan müəllimə çatdırır: “Bilirsiniz, Buludxan müəllim, saytda yazıblar ki, hansısa vəzifəliyə hər ay 30 min manat “paket” veriblər. Katibəsi, hökumət maşını, hörməti-izzəti də öz yerində. Həm də əlini ağdan-qaraya vurmayıb”. Buludxan isə heç nə demir. Gülümsəyir.

Yaxud da dostlardan biri yanına gəlib deyir ki, “Buludxan, axşam mənim qohumum qonaqlıq verir. Gedirik ora”. Yeyib-içən olmasına baxmayaraq, heç tükü də tərpənmir. Soruşur: “Kimdir o qohumun?”. “Heç. Qızı sizin fakültədə oxuyur.” söyləyir dostu. “Kursunu, qrupunun nömrəsini, adını öyrən” deyir. Dostu öyrənib deyir. Tez köməkçisi Aybənizi çağırır. O da tələbəni araşdırır: “Buludxan müəllim, zərbəçi tələbədir. 4-5-lə oxuyur” cavabı verir. Buludxanın sifətindəki zəhirmar yenə də çəkilmir. Dostundan soruş ki, “qızı zərbəçi tələbədir. Nə istəyir axı, bu qohumun məndən?” Dostu zəng edir. Qohumu deyir ki, bəs qızının əlaçı olmasını arzulayır. Buludxan heç nə demir. Dostunun əlindən tutub aparır imtahan otağına və əlini kompyuterlərin üstünə qoyub, Şekspirin Hamletininsayağı monoloqa başlayır: “Ey kompüter, bu Mahirdir. Mənim dostumdur. Qohumu Filologiya fakültəsində oxuyur. Sən Allah, xahiş edirəm, o imtahan verəndə qiymətini “5” yaz.” Sonra da dostuyla otaqdan çıxır. İşdən sonra gedib çörək yeyib-dərdləşirlər. Dillərində də şair Qabilin bu 4 misrası:

 

Dönüb ruzun olar,

Hər daş, hər divar.

Minnətli çörəkdən

Qoru özünü.

 

Yaxud da ki, bir şair oğlu içəri girib deyir: “Buludxan Xəlilov, mənim atam bu APİ-nin məzunudur, Xalq şairidir, “İstiqlal”, “Şöhrət” ordenli, Dövlət Mükafatı” lauretı, Əməkdar İncəsənət xadimidir, Prezidentin fərdi təqaüdçüsü. Necə olur ki, keçmiş rektor Nizami Xudiyevin qaynatası Hikmət Ziyanın şəklini Fəxri Məzun lövhəsinə vurmusunuz, amma mənim atamın şəklini yox? Yaxud da ki, məzununuz – Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev Qabildən şöhrətcə yuxarıdırmı?

Bu dostu otağından çıxan kimi, bir qrup tələbə girir otağa. Ultimatum verirlər ki, bəs biz imtahanı testlə vermək istəyirik. Buludxanın rəngi boğulur. Özünü toplayıb bircə “ay bala, Şifahi danışıqdan axı testlə necə imtahan vermək olar?” söyləyir.

 

***

 

Mən isə kompyuterin arxasındayam. Yazıram. Fikrət Sadıqdan, Vəli Məmmədovdan, Zeynəb Xanlarovadan, daha kimlərdən, kimlərdən... Publisistikadan bezəndə keçirəm hekayəyə, povestə, romana. Ürəyim darıxanda, dincəlmək istəyəndə şeir tərcüməsinə. Bəzən jurnalistlik də edirəm. Susayanda çay içirəm, istəyəndə araq. Sarımsaq da yeyə bilərəm. İstəsəm bilet alıb istədiyim ölkəyə uça, gedə də bilərəm. Acanda çörək yeyirəm. Bulvara çıxıb qağayılara çörək də atıram. Mənim nə rektorum var, nə tyutorum. Nə müəllimlərim məni axtarıb tapır, nə də dostlar xahişə gəlir. Mən azadam, sərbəstəm, Acanda yeyirəm, yuxum gələndə yatıram. Yuxudan doyanda oyanıram. İşə gecikmirəm, işdən icazə almıram. Mən işsiz, avara deyirəm. Mən azadam.

 

SON

 

Axşam saat 6-dır. İş vaxtım başa çatır. Notbukumu söndürürəm. Buludxana zəng edirəm. Deyir ki, gəl bura, bir yerdə çıxaq. Gedirəm. Zamdekan Məhərrəm müəllimlə ikisidir. Gözləyirlər ki, dərs qurtarsın. Sinif nümayəndələri jurnalları gətirib təhvil versinlər. Sonuncu zəng də vurulur. Əyin başını dəyişir. İdman stilində zahiri hardasa beş yaş cavanlaşır. Spidometr isə 50 yaşdan aşağı düşmür ki, düşmür.

Çıxırıq küçəyə. Mənimlə danışmır. Elə hey suallarını Məhərrəm müəllimə yağdırır. “Görürsən, Məhərrəm müəllim, filankəs mənə nə dedi?”, “Görürsən, filankəs hansı sözü söylədi?” Qulaq asıram bunlara. Filologiya Fakültəsində oxuduğum vaxtlar professor, Ağamusa Axundov kimi dekan olmaq istəyirdim. Qulağımı çəkib, yumruğumu Azərbaycan Pedaqoji Universitetinin divarına vururam. Sonra da deyirəm: “Kışş-kışş”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM