İşıq pulundan xilas olmağın ən asan yolu - Bu cihazlardan bizdə də var - FOTO

10:17 / 03.12.2016

Elektrik enerjisindən istifadənin bahalaşması günəş panellərindən istifadəni gündəmə gətirib. Məsələn, Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda isə ildə ən azı 300 günəşli gün olduğu halda, ekoloji enerji mənbəyindən istifadə edənləri barmaqla saymaq olar. Səbəb nədir? Publika.az bu sualın cavabını araşdırdı.

Günəş enerjisi nədir?

Başınızı ağrıtmadan diqqətinizə çatdırmaq istəyirəm ki, yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılı olmasıdır. Hazırda dünyanın 70-ə yaхın dövlətində (ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b.) günəş elektrik stansiyaları fəaliyyət göstərir və yaхın gələcəkdə onların istehsal gücünün artırılması üçün perspektiv layihələr hazırlanır. Günəş stansiyalarının əsas işçi elementinin (fotoelement) istehsalı üçün yüksək səmərəliliyə malik teхnologiyalar yaradılıb. Bunlar ABŞ, Almaniya, Yaponiya və Çində istehsal edilir.

Azərbaycan da 2012-ci ilin aprelində günəş panellərinin istehsalı ilə məşğul olan Günəş Modulları Zavodu inşa edilib. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir. Bəs bu panelləri alan varmı?

Nəzərə çatdıraq ki, bir müddət əvvəl Bank VTB” (Azərbaycan) günəş panellərini almaq istəyənlərə kredit verəcəyini açıqlamışdı. Hətta bankın sədri Yuri Yakovlev bildirmişdi ki, layihə Enerji Nazirliyi ilə də müzakirə olunur. Maraq doğursa və ölkənin müvafiq strukturları onu dəstəkləsə, Azərbaycanda günəş panellərinin kreditlə satışına başlanacaq. Maraqlıdır zəlzələdənmi-vəlvələdənmi bu kredit xətti baş tutmadı.

O ki qaldı panellərin satışına, Günəş Modulları Zavodundan aldığımız məlumata görə, panelləri alanlar var. Sadəcə say məhduddur. Qiymətlərə gəlincə, öyrəndik ki, bir günəş panelinin dəyəri 550 manatdır: “60 hücrəli günəş modullarının gücü 250-255 vatt arasında dəyişir. Bir evin günəş enerjisini istehsal edən avadanlıqla təhciz olunması evin enerji işlətmə gücündən asılıdır. Yəni vətəndaş buna müvafiq olaraq, bir neçə günəş paneli ala bilər”.

Onu da bildirək ki, texniki qurğuların quraşdırılması əlavə xərclər kimi hesablanır. Bu avadanlıqlar da xaricdən gətirildiyindən dolların bahalaşmasi ilə əlaqədar qiymətləri qalxıb.

Panellərin keyfiyyətini də soruşduq. Zavodun təmsilçisi bildirdi ki, “Azguntex” texnologiyasi 60 hücrəli multi kristallik modullar istehsal edir və bu Günəş panellərin hazırlanmasında 14 xammaldan istifadə olunur: “Şüsə, EVA (etilen-vinil-asetat), hücrə, flüs, astar vərəqi, lehimləmə naqili, 5mm və 2mm endə yastı naqillər, çərçivə, skotç, elektrik qutusu, silikon, yapışqan lent, və künclük”.

Türkiyədə daha ucuzdur

Məlum oldu ki, bir günəş paneli 1 kVsaat enerji istehsal edir. Azərbaycanda isə nəzərə alsaq ki, bir ev gündə ortalama 8-10 kVsaat enerji sərf edir, azı 5 ədəd 250 vattlıq günəş paneli lazımdır. Bunun da dəyəri ən kobud hesablamalarla 2750 manat edir. Bura quraşdırılma üçün tələb edilən texniki avadanlıqları da əlavə etsək, evin enerji ehtiyacının günəş paneli ilə ödənilməsinin xərci təxminən 10 min manata çatır.

Qonşu Türkiyə ilə müqayisə apardıq. Məlum oldu ki, evə elektrik naqilinin çəkilməsi 20 min tl xərc tələb edirsə, həmin evin günəş enerjisi ilə təmin olunması 7000 tl-yə başa gəlir. Belə ki, bu ölkədə 250 vattlıq günəş panelinin qiyməti ƏDV daxil 937tl-dir. Quraşdırılma üçün tələb olunan texniki avadanlıqlara gəldikdə, hər birinin fərqli qiymətləri mövcuddur. Bunlar o qədər də baha deyil. Rusiyada da günəş paneli, texniki avadanlıqları ilə birgə - şarj nizamlayıcısı, inverter, batareya daxil 48 min rubl təşkil edir. Bu da manat ekvivalentində 1267 manat deməkdir.

Günəş enerjisindən istifadə etməklə vətəndaş işığa, dövlət qaza qənaət edəcək

Hesablamalara əsasən, əhali abonentlərinin 72 faizinin aylıq enerji istehlakının həcmi 250 kilovat-enerjidir. Hazırkı tariflərlə bu, aylıq17,5 manat deməkdir. 12 aya vurduqda isə illik 2100 manat edir. Evinizi inşa edərkən 10 min manat xərc çəkib günəş paneli quraşdırmaqla elektrik enerjisinə 5 ildə ödəyəcəyiniz xərci birdəfəlik çəkmiş ola bilərsiniz.

Məsələnin başqa tərəfi daha keyfiyyətli elektrik enerjisi almaqdır. Belə ki, mütəxəssislər deyir ki, Azərbaycanda hər km2-ə düşən günəş enerjisinin miqdarı 1500-2000kVt/s təşkil edir:

“Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Misal üçün, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt səviyyəsindədir. Hazırda Azərbaycanda tikilən Günəş elektrik stansiyalarının ümumi qoyuluş gücü 10 MVt-dır. İndiyə qədər mövcud bütün günəş elektrik stansiyalarından 170 gün ərzində 1 mln. KVt elektrik enerjisi istehsal olunub”.

Günəş panellərindən istifadə dövlətin bir kilovat-saat elektrik enerjisinin istehsalına çəkdiyi xərcləri də azalda bilər. Bu gün bir kilovat-saat elektrik enerjisinin istehsalında 0,3 kubmetr qaz istifadə olunur. Bu elektrik enerjisi günəşin, küləyin və digər bərpa olunan enerji mənbələrinin hesabına əldə edilsə, hər kilovat saata görə, 0,3 kubmetr qaza qənaət edilmiş olar.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM